Ermənistanın “sərhəd davranışı”nın əsl səbəbləri...
23.11.2021 [10:38]
Rəsmi İrəvan XX əsrdə Azərbaycandan oğurladığı torpaqları itirməkdən qorxur
Bu ölkə 1920-1980-ci illər aralığında qeyri-qanuni şəkildə 1000 kv.km-ə qədər ərazimizi mənimsəyib
Ermənistan artıq Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına hazır olduğunu bildirir. Bu məsələ 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapsa da, bir ildən artıqdır ki, rəsmi İrəvan bundan yayınır. Həm Azərbaycan Ordusunun erməni təxribatlarına verdiyi uğurlu cavab, həm də Rusiya prezidentinin iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı fikirləri artıq bu ölkənin “daşı ətəyindən tökməsinə” yol açıb. Ermənistanın Baş naziri Paşinyan delimitasiya ilə bağlı “isti fikirlər” səsləndirməyə başlayıb. Rəsmi İrəvanın indiyə qədər delimitasiyadan boyun qaçırmasının arxasında isə mühüm məqamlar dayanmaqdadır. Bununla bağlı KİV-ə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli maraqlı fikirlər səsləndirib. Bildirilib ki, Ermənistan sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlasa, 10 noyabrda imzaladığı kapitulyasiya sənədini yekun olaraq təsdiq etmiş olacaq. Digər tərəfdən, Qazaxın hələ də işğal altında saxladığı kəndlərini, Naxçıvanın Kərki kəndini rəsmi olaraq qaytarmış olacaq. Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə saxladığı silahlı terrorçu dəstələrlə əlaqələri xeyli dərəcədə kəsilmiş olacaq. Millət vəkilinin fikrincə, Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürolarının 1920-ci il 30 dekabr və 1921-ci il 12 yanvar tarixli iclaslarında Azərbaycanın tarixi ərazisi olan Zəngəzur Moskvanın təhriki ilə faktiki olaraq iki yerə bölünəndə 6742 kv.km olub, onun 3637 kv.km-i Ermənistana birlədirilib, 3105 kv.km-i isə Azərbaycanın tərkibində qalıb. Ermənistana verilmiş həmin ərazi 1930-cü il sentyabrın 9-da Ermənistan SSR-də rayonlaşdırma aparılarkən dörd rayona - Gorus, Qarakilsə, Qafan və Meğri rayonlarına bölünüb. Amma 1980-ci illərin əvvəllərində həmin rayonların ərazisi Gorus rayonu - 752 kv.km, Qarakilsə (Sisian) rayonu - 1719 kv.km, Qafan rayonu - 1345 kv.km, Meğri rayonu - 664 kv.km kimi göstərilib. Bu isə toplamda 3637 deyil, 4480 kv.km ərazi edir. Bu baxımdan, sərhədlərin delimitasiyası prosesi başlayanda Ermənistan qanunsuz olaraq zəbt etdiyi 843 kv. km ərazini də itirmiş olacaq.
Göründüyü kimi, Ermənistanın sərhədlərin müəyyənləşməsinə yaratdığı əngəlin əsl səbəbləri artıq ortaya çıxmaqdadır. Azərbaycanın torpaqları hesabına özünə dövlət yaratmış, hətta paytaxt seçmiş bu ölkə ötən yüzillikdə addım-addım oğurladığı torpaqlarımızın cavabını verməkdən çəkinir. Prezident İlham Əliyevin qətiyyətini hər kəsdən yaxşı bilən Ermənistan anlayır ki, Qaragöl, Zod, Şurnuxu məsələsində bir addım geri çəkilməyən Azərbaycan sərhədlərin müəyyənləşməsi məsələsində də öz maraqlarını təmin edəcək. Beləliklə də, yüz il ərzində Azərbaycandan oğurladığı torpaqların siyahısı üzə çıxacaq, üstəlik, bu torpaqlar əlindən çıxacaq.
2020-ci il Vətən müharibəsi işğal altındakı torpaqların azad edilməsi ilə yanaşı, illərdir ki, tapdanan haqqı, ədaləti bərpa edir. Azərbaycan Prezidentinin “nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri növbəti dəfə öz təsdiqini tapır. Müharibədə məğlub olan, siyasi-iqtisadi böhranın girdabına düşən, 30 ilə işğal altında saxladığı Azərbaycan torpaqlarını itirən Ermənistan sərhədlərin müəyyənləşməsi nəticəsində yüz il ərzində həyata keçirdiyi cinayətlərin, oğurluğun da cavabını verəcək. Bu gün elə də uzaqda deyil...
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

