Ermənistan müxalifəti isterika içində - parlament dinləmələri siyasi böhranı dərinləşdirdi
26.11.2021 [10:45]
Soçi görüşü revanşistlərin bütün planlarını pozub - erməni cəmiyyəti ohanyanlara inanmır
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat 44 günlük II Qarabağ müharibəsini yekunlaşdırmaqla yanaşı, 30 ildən artıq davam etmiş bəzi qeyri-müəyyənlikləri də aktuallaşdırdı. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan torpaqlarını qeyri-qanuni şəkildə zəbt etmiş Ermənistanın cavab vermək məqamı yetişib. Belə ki, rəsmi İrəvan illərlə işğal altında saxladığı torpaqları qaytarmaqla yanaşı, Azərbaycanın qanuni sərhədlərini də tanımalıdır. Bu amil həm də iki ölkə arasında qarşıdurmaların sona çatmasına yol aça bilər.
Artıq aylardır xaos və anarxiyadan, küçə mitinqlərindən yaxa qurtara bilməyən Ermənistanın siyasi mühitində isə tamam fərqli ab-hava hökm sürməkdədir. Sərhədlərin müəyyənləşməsi məsələsində Azərbaycanın daha hazırlıqlı və güclü mövqeyə sahib olduğunu dərk edən Ermənistanın siyasi mühiti bu reallıqla barışa bilmir. Verilən son açıqlamalar və sərhədlərin müəyyənləşməsi ilə bağlı parlament dinləmələri də deyilənləri təsdiqləyir. İlk növbədə, məğlub Ermənistanın delimitasiya və demarkasiya məsələsi ilə bağlı xüsusi dinləmə keçirməsi zərurəti özü bütün həqiqəti çılpaqlığı ilə üzə çıxarır. Bu, cəmiyyət, siyasi mühit və ölkə rəhbərliyi arasındakı güvənsizliyi, etimadsızlığı növbəti dəfə ortaya qoyur. Öz dövlətinin rəhbərinə etibar etməyən Ermənistan müxalifəti onları gözləyən aqibəti bildiyi üçün son şans kimi baş verənlərdən həm də siyasi dividend qazanmaq fürsəti güdür.
Ermənistan siyasətçiləri nələrin baş verdiyini görür və dərk edirlər. Artıq hər hansı bir yalan və ya manipulyasiya ilə vaxt uzada bilməyən Ermənistanda bir qism müxalifət (daha çox revanşist qüvvələr) reallıqla barışdığını elan edir. Məsələn, revanşist qüvvələrin əsas özəyini təşkil edən “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan dinləmələrdə çıxışı zamanı bildirib ki, Azərbaycan artıq birtərəfli qaydada sərhədin demarkasiyası və delimitasiyasına başlayıb. O, indiki vəziyyətdə sərhədlərin istənilən demarkasiyasının ölkəsinin maraqlarına zərər verəcəyini deyib. İllərdir özündən “sərhəd” uyduran keçmiş iqtidar komandasının ən parlaq üzvlərindən sayılan S.Ohanyan Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren və hüquqi ərazilərində yerləşməsindən əməlli-başlı narahatlıq keçirdiyini büruzə verib.
Dinləmələrdə edilən çıxışlar Ermənistandakı reallığı üzə çıxarır: isterika içində olan və illərdir uydurduğu yalanlarla yaşayan ermənilər Azərbaycanın regionda yaratdığı yeni siyasi mənzərənin tamaşaçısı qisminə düşüb. Məsələn, Ohanyan etiraf edir ki, strateji ərazilər və yollar Azərbaycanın nəzarətinə keçib. Amma Ohanyan nəzərdə tutduğu Gorus-Qafan avtomobil yolunun keçdiyi həmin ərazinin Azərbaycanın suveren ərazisi olduğunu söyləməyi unudur. Erməni xisləti bir daha özünü ortaya qoyur.
Dinləmələrdə çıxış edən müxalifət nümayəndələri Azərbaycanla sərhədlərin müəyyənləşməsi məsələsi ilə bağlı sənədin mövcudluğunu da vurğulayıblar. Onlar Paşinyan komandasının bu sənədi tezliklə imzalamasından şübhələndiklərini dilə gətiriblər və sazişin mətninin ictimaiyyətə açıqlanmasını istəyiblər. Paşinyan komandasını xalqın “arxasından” danışıqlar aparmaqda ittiham edən “Hayastan” bloku parlamentə təqdim etdiyi bəyanatda prosesin dayandırılmasını tələb edib. Əslində isə, revanşist erməni müxalifəti iki ölkə arasındakı problemlərin həllindən qorxur. Çünki bu addım onların yalanlarını ifşa edəcək, siyasi fiaskolarını tam şəkildə gerçəkləşdirəcək.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxGündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37

