Ermənistan ədalət mühakiməsinə cəlb edilir...
01.12.2021 [10:44]
Hərb meydanında qələbə qazandıq, hüquq müstəvisində də qalib olacağıq
Haaqa Məhkəməsi Azərbaycanın iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq
Nurlan QƏLƏNDƏRLİ
Məlum olduğu kimi, bu il oktyabr ayında Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib. İclasda Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb. Məlumata əsasən, Haaqa Məhkəməsi iddia ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq. Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq.
Mütəxəssislərin qeyd etdikləri kimi, işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti beynəlxalq humanitar hüququn ən ciddi pozuntularının nəticəsidir. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi zərurətdir.
Ədalətli qərar qəbul edilməli, beynəlxalq hüququn yerinə yetirilməsi təmin olunmalıdır
Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Ermənistan bu zamana qədər ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törədib, beynəlxalq humanitar hüququn tələblərini kobud surətdə pozub: “Ötən müddət ərzində xalqımızın maddi və mədəni irsinə qarşı terror siyasəti, soyqırımı həyata keçirilib. Eyni zamanda, Ermənistan dövləti çox sayda müharibə cinayətlərinə yol verib. O səbəbdən, Azərbaycan bütün bu cinayətlərə, vandalizm aktlarına görə Ermənistanın hüquq müstəvisində cavab verməsi, layiqincə cəzalandırılması üçün müvafiq iddialar irəli sürür. Təbii ki, araşdırmalar aparıldıqca, yeni faktlar aşkar edildikcə növbəti iddialar da qaldırıla bilər. Bütün hallarda, bəhs olunan qeyri-qanuni əməllərə görə işğalçı dövlətə qarşı ədalətli qərar qəbul edilməli, beynəlxalq hüququn yerinə yetirilməsi təmin olunmalıdır”.
İşğalçı ölkə beynəlxalq məhkəmələrdə, tribunallarda ifşa olunmalı, maddi təzminat ödəməlidir
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev isə bildirib ki, Azərbaycanın Ermənistana qarşı iddia qaldırması tam düzgün, gərəkli və təqdirəlayiq addımdır: “Çünki erməni vandalları 30 il boyunca bir çox cinayətlər törədiblər və müvafiq beynəlxalq konvensiyaların müddəalarını pozublar. Ona görə də Haaqa məhkəməsinin qərarını səbirsizliklə gözləyirik və dekabrın 7-də veriləcək həmin qərarın ədalətli olacağına ümid edirik”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan daim irqi ayrı-seçkilik siyasəti yürüdüb, hər zaman diskriminasiya xətti götürüb, müharibə cinayətləri, mülki əhaliyə qarşı terror törədib: “44 günlük müharibədə də onlar öz xislətlərini göstərdilər, amma ağır məğlubiyyətə düçar oldular. Azərbaycanın qəhrəman Ordusu öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ermənistanı diz çökdürdü, əzəli torpaqlarımızı işğaldan azad etdi. Ermənistan növbəti mərhələdə törətdiyi cinayətlərə görə cavab verməlidir. Bu ölkə daha qlobal sferalarda, beynəlxalq məhkəmələrdə, tribunallarda ifşa olunmalıdır, maddi təzminat ödəməlidir. Biz hərb meydanında qalib olduq. Məhkəmələrdə də qalib olacağıq. Buna kimsənin şübhəsi yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

