Bir millətin qan yaddaşını təzələyib, ruhunu coşduran QƏHRƏMAN
03.08.2010 [09:46]
Bu dünyada mənim üçün dəyərli olan iki varlıq var.
Onlar mənim üçün sevgiyə baxılacaq gözlərdir.
Birinin sevgisi üçün yenidən doğularam,
Birinin sevgisi üçün isə hər zaman ölərəm.
Sevgisi üçün doğulmağa hazır olduğum anamdır.
Sevgisi üçün ölməyə hər an hazır olduğum isə Vətəndir!
Bu epiqraf təkcə Mübarizin qəhrəmanlığından sonra deyil, ondan çox çox əvvəl də Azərbaycan gəncinin, Azərbaycan kişisinin həyatına yazılıb. Necə ki, savaş və şəhidlik Türk oğlu Türkün alnına yazılıb.
Analara qurban, oğul doğurlar!
Darvazaları açıqdır və onu döyməyə ehtiyac yoxdur. Yolu da soraqlamırsan. Təkcə intuisiya deyil, bu yerlərə bələdçilik deyil, kəndin girəcəyindən başlayan plakatları tutub getsən Mübarizgilin qapılarına gəlib çıxacaqsan. Lap nağıllarda olduğu kimi. Təkcə sıra ilə düzülmüş darvazalara, hasarlara yapışdırılmış plakatlar deyil, az qala söyüdlərin, çinarların həzin pıçıltısı da Əliab kəndinə yol almış yolçuya onların evini nişan verir. Bu evdə böyüyən oğullardan kiçiyi cəmi bir ay əvvəl Azərbaycanın 20 faiz torpağını işğal etmiş, 1 milyondan çox insanı didərgin salıb, qaçqın və köçkünə çevirmiş Ermənistana-XX əsrin quduz millətinə təkbaşına matəm yaşadıb. özləri etiraf etməsə də, rus saytlarının xəbərinə görə, arxalandıqları qüvvələrə güvənərək Azərbaycan torpaqlarına atəş açmağa başlayan erməni hərbçisini nəinki peşman edib, hətta onlara bütün bu törətdiklərinin qarşılığında adi bir kənd oğlanının, adi bir azərbaycanlının, Türk oğlu Türkün, Türk ərinin nəyə qadir olduğunu göstərib. Təkbaşına atəş nöqtəsinə yeriyərək düşmən postunu darmadağın edib, Xocalının, Ağdamın, Kəlbəcərin, işğal olunmuş torpaqlarımızın, Şəhid olan oğul və qızlarımızın intiqamını alıb. Və üç qardaşın kiçiyi öz qəhrəmanlığı ilə yeni bir dastan-XXI əsrin qəhrəmanlıq dastanını yazıb. Bir millətin qan yaddaşını təzələyib, ruhunu coşdurub.
Mübariz İbrahimovun anası ilə bərabər oturmuşuq. Danışmağa söz tapmır. Gözlərini bir nöqtəyə dikib susur. Şamama xanımın nə kəndin darvazalarına vurulmuş şəkillərdən, nə mətbuatda yazılan yazılardan xəbəri var. Mübarizlə bağlı söhbətinin bir yerində də onun adını çəkmir. Eləcə “uşaq” deyir. Bir milləti yerindən oynadan, ruhunu şahə qaldıran, bircə gedişi ilə qəhrəmanlığın bu millətin qanında, canında yatdığını sübut edən Milli Qəhrəman Mübariz İbrahimov onun üçün həmişə uşaq olaraq qalacaq.
- Milli Qəhrəman adının verilməsini qonşular bizə xəbər verdi. El-oba evimizə gözaydınlığına axışdı. Təsəvvür edin ki, ağlaya bilmirik, qulağımız səsdə qalıb, hər an oğlumun verilməsi ilə bağlı xəbəri gözləyirik. Bilirsən ki, övladın artıq yoxdu, amma...
çox ağır bir faciədir. Böyük ağrıdır. Sağ olsun cənab Prezident. Belə böyük bir ağrının içində bizə necə böyük sevinc bəxş etdi. Elə bildim yanan ürəyimə su səpildi. Elə bildim oğlumun cənazəsini mənə verdilər.
Şamama xanımla söhbətimiz uzanır. Bu qadının dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı Mübarizin qəhrəman olması üçün heç bir xüsusi məktəb keçməyib. Sadəcə, bütün analar kimi övladını dünyaya gətirib, layla çalıb, qayğısını çəkib. Vətən sevgisini, Vətən yolunda hər an ölə bilmək duyğularını bütün analar kimi südü ilə, laylası ilə ötürüb övladına. Peşman da deyil Şamama xanım.
- Mən oğlumla fəxr edirəm- deyir - Allah bütün anaların başını mənim kimi uca etsin!
Millət vəkili Qənirə Paşayevanın gəlişindən danışır. Əvvəldən də tanışlıqları varmış. Televiziya ekranlarında bu qızın işini çox bəyənirmiş. Oğlu ilə bağlı film çəkiləcəyini eşidəndə narahat qəlbi bir az rahatlıq tapıb.
- Hər kəsə minnətdaram-oğlumun qəhrəmanlığını dəyərləndirən Prezidentimiz İlham Əliyevə, filmin çəkilməsi üçün gələnlərə, bizə təsəlli üçün gələn bu insanlara. Tanımırıq, bilmirik amma maşın karvanı ilə gəlirlər. Bayraqlar dalğalanır, heç kimin üzündə kədər görmürəm. Baxıram ki, mənim uşağımla, onun hərəkəti ilə fəxr edirlər. Qürurla danışırlar, şəhid olmağa hazırıq deyirlər. Nə qədər qəribə görünsə də, bu qədər göz yaşlarının, bu qədər acıların içində sevinirəm ki, belə oğlum var!
Oğullara qurban, şəhid olurlar!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
- Ey namaz qılanlar Allah yolunda sizlərə üzümü tutub deyirəm. Namazda Mübariz İbrahimova dua edin və ona Fatihə sürəsini oxuyun.
çaydan bir qurtum alıb yerə qoyandan sonra kimsə məclisə gələnlərə bu xitabı edir. Mənə elə gəlir ki, içdiyim çay bir az acı dadırdı. Anaların göz yaşı kimi.
- Sonuncu dəfə evə gələndə çox öpürdüm, oxşayırdım. Baxırdı ki, köynəklərini yumaq üçün götürəndə qoxlayıram. “özünü mənə çox öyrətmə, ana” deyirdi. Niyə deyirdim? “Oğul şəhid olmaq üçündür” dilim söz tutmazdı belə deyəndə. Həmişə şəhidlikdən müharibədən söz düşəndə müharibə başlasa get və Allah eləməmiş bir şey olsa, çox yanıb-yaxılmaram deyirdim. Elnən gələn qara gün toy-bayramdı. Amma belə gedib nə edəcəksən? Bir güllə bahar olmaz deyirdim.
Bir güllə bütün dərdlərimizi bahara çevirən Şəhid oğul! Bu gün hətta anan da sənin üçün göz yaşı tökmür. Bu gün hamı səninlə fəxr edir və sənə oxşamağa çalışır.
Təkcə babası, atasının atası Mirelyas baba onun ayrılığına dözməyib yatağa düşüb. O Mirelyas baba ki, uzun, keşməkeşli ömründə təkcə oğlullarına deyil, nəvələrinə də nümunə, örnək olub.
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Surəti çıxarılaraq valideynlərə təqdim olunmuş bu məktub Mübarizin doğulub böyüdüyü bu evin indi ən qiymətli əşyasına çevrilib.
- Bilirdim... Hamımız bilirdik... Ona görə də, səhər saat beş tamamda qülluq etdiyi hissədən evimizə zəng vuranda təəccüblənmədik. Heç məktubu da bizə verəndə təəccüblənmədik. Həmişə dediyi sözlər idi...
Tərtər rayonunun çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən erməni hərbçilərini darmadağın edərək qəhrəmancasına şəhid olan Milli Ordunun hərbi qulluqçusu 22 yaşlı gizir Mübariz Ağakərim oğlu İbrahimovun ölümündən bir gün qabaq valideynlərinə yazdığı məktub haqqında danışırıq. Bu sözləri müasirimiz olan oxucu üçün qeyd etməyə ehtiyac yoxdur. Hətta kiçik yaşlı uşaq da Mübarizin qəhrəmanlığı haqqında hər şeyi kiçik detalına qədər bilir. Amma “qəzet konservləşdirilmiş zamandır” deyiminə görə bu qeyd çox vacibdir. Gələcək nəsillərə Vətəni necə qorumaq, Vətəni necə sevmək haqqında örnək üçün bu vacibdir.
Mübariz də kiçik yaşlarından bu sevgi ilə nəfəs alıb. 1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbin Əlifba bayramında valideynlərindən atası iştirak edib. Sonra atası Ağakərim həyat yoldaşına danışırmış ki, oğlu bütün şənlik boyu oynayan uşaqlara qoşulmayıb. Amma şənliyin sonuna yaxın əsgər mahnısı çaldırıb və atasını da məcbur edib ki, ona qoşulub oynasın.
- Heç fərqində olmamışıq ki, bu uşağın əsgər gedənə qədər cəmi bir dəfə şəklini çəkdirmişik. O da ikinci sinifdə oxuyanda. Hətta əsgər gedəndə qorxurdum ki, Bakıda azar. çox narahat idim. Amma hərbi xidmətdən məzuniyyətə gələndə qarşımda başqa Mübariz gördüm. Bilirdim, ürəyimə dammışdı. özü də gizlətmirdi. Hərbi xidmətdən gəldi. Yenidən hərbi işə qayıtmaq üçün altı aylıq kurs oxumağa getdi. Heç birimiz razı deyildik. Babası bir kəlmə qarışmayın dedi, daha qarşı çıxa bilmədik.
...Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, milli bayrağımız həkk olunmuş paltarlar geyərmiş. Bunu mənə adını söyləmədiyi dostu dedi.
- Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Bir gün sonra vida məktubu yazır. Gecə saat 11-də atası ilə telefonda danışdı. Atası soruşdu ki, xəstələnməyibsən. özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın.
Əsgərlikdən gələndən sonra dilə tuturdum ki, evləndirim, fikri yayınsın. “Yox dedi, ana mənim yolum başqadı, mənimlə işin olmasın.” Oğlum öz yolunu bilirmiş...
Bu yol nağıllardakı gedər-gəlməz yollara bənzəyir. Bu yolla gedişin dönüşü yoxdur. Bunu Mübariz İbrahimov özü də bilirdi-Qəhrəmanlıq zirvəsini fəth etmək üçün yola çıxan qəhrəman. Ona görə də, sonuncu gedişində arxasınca su atan anasına “arxamca su atma. Haqqını halal et” - deyib.
Qəhrəmanlıq zirvəsinə gedən yolun halallığını Vətəndən aldı Mübariz İbrahimov.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

