Senzuranın ləğvi - Azərbaycan mətbuatının gələcəyi üçün dönüş nöqtəsi
07.08.2010 [12:40]
Azərbaycan mətbuatı 135 illik tarixi ərzində müxtəlif dönüş məqamlarını yaşayıb, taleyüklü mərhələlərdən keçib. 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulan Azərbaycan mətbuatı fərqli situasiyalardan, müxtəlif reformasiyalardan uğurla çıxaraq zəngin bir irs yaradıb. Tarixinin ilk illərində böyük çətinliklərlə qarşı-qarşıya qalan, bununla belə, ölkəmizdə maarifçilik hərəkatının önündə dayanan mətbuatımız XX əsrin əvvəllərində müstəqillik qazanan Azərbaycan dövləti kimi, ilk dəfə müstəqilliyi dada bildi. Lakin müstəqil mətbuatın da ömrü elə Xalq Cümhuriyyətinin ömrü qədər cəmi 23 ay davam etdi və mətbuat yenidən ciddi nəzarətin, sərt senzuranın təzyiqləri altında fəaliyyət göstərməyə məcbur oldu. Bundan sonra Sovet imperiyasının təbliğat ruporu rolunda çıxış edən mətbuat yalnız, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra növbəti dəfə dönüş nöqtəsində dayandı. İlk dəfə, bu dövrdən etibarən dövlət mətbuat orqanlarına onun üçün çalışan bir işçi kimi deyil, hakimiyyətin bir forması, idarəçiliyin mühüm subyektlərindən biri kimi yanaşmağa başladı. Bunun nəticəsində də jurnalistikanın inkişafı üçün yeni imkanlar yarandı, jurnalistlərin cəmiyyət arasındakı nüfuzu artdı və ən nəhayət mətbuat yeni inkişaf yoluna qədəm qoydu.
Azərbaycan mətbuatı və ümumilikdə jurnalistikası üçün 1991-ci ildə dövlətimizin əldə etdiyi müstəqillikdən sonra yaşananları, ortaya çıxan yeni situasiyanın mətbuatın gələcəyi baxımından oynadığı rolu, dövrün çətinliklərinin mətbuat həyatına təsirini də növbəti dönüş məqamı kimi qiymətləndirmək olar. Amma çox təəssüf ki, o dövrdə yaşananların ağır və arzuolunmaz fəsadları mətbuatımızda dərin iz buraxdı. Həmin vaxt siyasi hakimiyyətsizlik, dövlətin bir-birinin ardınca yaşadığı ağır iqtisadi və siyasi zərbələr bütün digər sahələrdə olduğu kimi, mətbuata da ağır zərbələr vurmuşdu. Amma 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə dövlətin mətbuat siyasətində yeni müsbət çalarlar ortaya çıxmağa başladı. ümummilli liderimizin hakimiyyətə gəlişi mətbuat üçün bir başlanğıcın da əsasını qoydu. ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, problemlərin çevik şəkildə və yerində həllinə nail olurdu. Heydər Əliyev çox gözəl dərk edirdi ki, demokratiya yolunu seçən Azərbaycan üçün azad söz, azad mətbuat ən mühüm tələblərdən biri idi və bunun üçün mətbuata sözdə deyil, həqiqi azadlıq vermək gərək idi. Ona görə də, 1995-ci ildə ümummilli liderimizin birbaşa rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasında söz və məlumat azadlığı təsbit olundu. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Konstitusiyanın 50-ci maddəsi isə məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Konstitusiyanın qəbulu zamanı ortaya qoyulan bu iradə digər hüquqi sənədlərin ərsəyə gəlməsində də özünü göstərdi. Mətbuat azadlığına verilən yüksək dəyər mətbuatın daha çox azadlıqlar almasına və müstəqil fəaliyyətinə zəmanət verən yeni qərarların qəbulunu şərtləndirirdi. Ona görə də, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının inkişafında bir inqilab sayılan - “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı imzalandı. Həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapıb. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olunub. Bu isə 1990-cı illərin əvvəllərində ölkəmizdə daha da ciddi şəkildə tətbiq olunmağa başlanmış senzuranın ləğvi demək idi. Bununla da, mətbuat azadlığının, söz azadlığının, jurnalistikanın müstəqil inkişafı üçün yeni üfüqlər yarandı. ümummilli lider bununla da kifayətlənməyərək, dövlət məmurlarını jurnalistlərin yazılarına qarşı dözümlü olmağa, hər kəsi mətbuat azadlığına dəstək verməyə çağırırdı. Bundan başqa, 2000-ci il iyulun 30-da “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlandı. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borcları donduruldu. Bu illər ərzində görülən işlərin nəticəsi olaraq qəzetlərin qeydiyyat proseduru asanlaşdırıldı, KİV-lərin maddi-texniki təminatı möhkəmləndirilib, azad sözün, mətbuat azadlığının gücləndirilməsi istiqamətində böyük nailiyyətlər qazanıldı.
çox sevindirici haldır ki, bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi, yüksək ideyalara söykənən siyasət kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” Nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını təsdiq edib. Bu konsepsiyadan irəli gələrək 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) yaradılması haqqında Fərman imzalayıb. Amma şübhəsiz ki, ən böyük nailiyyət məhz Prezident İlham Əliyevin atdığı mütərəqqi addımlar nəticəsində mətbuatın əvvəlki ictimai nüfuzunu geri qaytarmasıdır. Dövlət başçısı KİV-ə yüksək diqqəti və etimadı ilə cəmiyyətin marağını yenidən bu sahəyə yönəltməyə nail olub. Prezident İlham Əliyevin 10 iyun tarixli Sərəncamı ilə milli mətbuatımızın 135 illik yubileyinin qeyd olunması çərçivəsində keçirilən tədbirlər də məhz bu reallığı ortaya qoyur. Belə ki, Sərəncama uyğun olaraq, həm Bakıda, həm də respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirildi ki, bunlar da media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin, dövlət başçısının imzaladığı sərəncamlarla milli mətbuatımızın inkişafında xidmətləri olan həmkarlarımıza fəxri adlar, medallar verildi, qəzetlərə birbaşa yardımlar edildi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul olundu. Görülən bu işlər isə artıq öz məntiqi nəticəsini verməkdədir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuat orqanları son illər böyük inkişaf yolu qət edərək müasir prinsiplərə tam mənada yiyələnə bilib və bu gün dünyanın qabaqcıl ölkələrinin KİV-ləri ilə rəqabət aparmaq iqtidarındadır.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18

