Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehman Əliyevi danışdıran nədir?

Mehman Əliyevi danışdıran nədir?

14.08.2010 [09:04]

Və ya şəhərin mərkəzindəki böyük ofisin, agentlikdə çalışan onlarla işçinin, lüks həyatın xərcləri hansı mənbədən ödənilir?
Parlament seçkiləri yaxınlaşdıqca ölkəmizdə siyasi proseslərdə bir canlanmanın yaranması inkarolunmazdır. Təbii ki, bu, daha çox obyektiv gerçəkliklərlə bağlıdır və seçki ərəfəsində olan bir ölkədə siyasi proseslərin fəallaşması qəribə görünməməlidir. Amma, çox təəssüf ki, bu canlanmada bir sıra xarici təşkilatların da barmaq izlərinə rast gəlirik. Bəzi beynəlxalq təşkilatlar, xüsusən də, ideoloji istiqamətdə fəaliyyət göstərən “xeyriyyə təşkilatları” ölkəmizdəki ruporları vasitəsilə siyasi proseslərdəki mövcudluqlarını qorumaq istəyirlər. Sadəcə, son bir neçə gün ərzində ölkəmizdə dərc olunan qəzetlərin səhifələrini vərəqləmək kifayətdir ki, bu faktın şahidi olasan. Artıq bəzi Qərb institutlarının stajlı xəfiyyələri kimi ad çıxarmış simalar yenə də qəzetlərdən düşmürlər. Bunlardan biri də, Açıq Cəmiyyət İnstitutunun (“Soros” fondu) Azərbaycan bölümünün idarə heyətinin rəhbəri, “Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevdir. M. Əliyevin bu vəzifəyə təyin olunduğu iyun ayından sonra verdiyi bəyanatlara və ümumiyyətlə, agentlik direktorunda baş verən dəyişiklik haqqında bir qədər sonra geniş danışacağıq. Amma ilk olaraq, “Soros”un regiondakı fəaliyyətinə qısa nəzər salaraq, əslində, M.Əliyev kimilərin nə istədiyini daha aydın şəkildə görmək olar.
“Soros”un Azərbaycandakı “xəfiyyələri”
Sirr deyil ki, “Soros” fondu 1956-cı ildə əslən macarıstanlı olan, ABŞ xeyriyyəçisi Corc Soros tərəfindən yaradılıb. Bir sıra ölkələrdə müəyyən kiçik sosial-humanitar layihələri maliyyələşdirən fond əsasən siyasi proseslərdə nüfuz qazanıb. Xüsusən, kiçik dövlətlərdə siyasi hadisələrin yönləndirilməsindəki rolu və iştirakı ilə adını dünyada tanıdıb. ABŞ-ın dövlət maraqlarının ən sadiq müdafiəçilərindən biri və bu maraqların həyata keçirilməsi missiyasını birbaşa həyata keçirən təşkilatlardandır. Müxtəlif dövrlərdə, dünya KİV-ində bu fondun ABŞ Kəşfiyyat İdarəsinin təlimatlarını yerinə yetirməsinə dair məlumatlar yer alıb. Bəzi ölkələrdən qovulan və fəaliyyətinə icazə verilməyən “Soros” Gürcüstanda, Ukraynada və Qırğızıstanda baş vermiş “rəngli inqilab”ların maliyyəçisidir. Bu ölkələrdə hələ də yetəri sabitliyin olmaması “Soros” fondunun xidmətlərindədir. 2003-cü və 2005-ci illərdə Azərbaycanda da bu fondun maliyyə dəstəyi ilə çevriliş cəhdlərinin olması yönündə də informasiyalar işıq üzü görüb. Lakin bu cəhdlərin uğursuz olmasından sonra fond ölkəmizdə bir qədər passiv mövqeyə çəkilib və hətta ölkəmizdə “Soros”un fəaliyyətini dayandıracağına dair məlumatlar var idi. İndi deyəsən, “Soros” yenidən fəallaşmaq istəyir. Bu dəfə də özü arxa planda durub və “xəfiyyələrini” qabağa verib.
Qeyd etdiyimiz kimi, “Soros” fondu üzdə bir sıra humanitar layihələrin dəstəkçisi kimi görünsə də, əslində, siyasi proseslərin yönləndirilməsində rol almağa çalışır. Bunu isə müxtəlif ölkələrdə özlərinə “layiqli”, “sədaqətli” nümayəndələr seçərək onların vasitəsilə həyata keçirirlər. ölkəmizdə bu fondun nümayəndələri arasında Zərdüşt Əlizadə, Sabit Bağırov, Arif Əliyev və Mehman Əliyevin adını çəkmək olar. Təkcə, bu 4 nəfərə qrant şəklində verilən pulun məbləği 1 milyon dollardan artıqdır. Fondun maliyyələşdirdiyi siyasi partiyalar isə AXCP və Müsavat partiyasıdır. Bu partiyaların xaricdən ciddi maliyyə dəstəyi aldığını və bu dəstəyin də məhz adıçəkilən fond tərəfindən həyata keçirildiyini bilməyən yoxdur. Həmin partiyalar da aldıqları bu maliyyə hesabına ölkəmiz əleyhinə fəaliyyət göstərir, ictimai sabitliyi pozmağa yönəlmiş bəzi aksiyalara imza atırlar. Son dövrlər isə bu aksiyaların sırasının genişlənməsi təbii ki, “Soros”un fəallaşmasına daha bir işarədir. Biz bunu digər “xəfiyyələrin” də davranışlarında açıq aydın sezirik - elə Mehman Əliyevin də.
Mehman Əliyev və “satılmaq” diskussiyası
Nədənsə Mehman Əliyev peşəkar jurnalist, peşəkar KİV rəhbəri kimi deyil, siyasi, iqtisadi, sosial sahələrdə ekspert kimi tanınmağa çalışıb. Əslində, mətbuat sahəsində kifayət qədər tanınmağa imkanı olduğu halda, həmişə siyasi proseslərin şərhçisi və yaxud iştirakçısı kimi gündəmdə qalmağa cəhd göstərib. Bu günə qədər də, qəzetlərdə işıq üzü görən məqalə və rəylərində bu kimliklə görünüb. Elə bu səbəbdəndir ki, hətta onu AXCP-nin, Müsavat partiyasının funksioneri kimi tanıyanlar da olub. Amma 2 il öncə Mətbuat Şurasının qurultayında Şuranın İdarə Heyətinə üzv seçildikdən sonra, bir kənara çəkilib, ümumiyyətlə, mətbuatda görünməməyə üstünlük verdi. Və bu ilin iyun ayına qədər mətbuatda onun şəkli ya bir dəfə, ya da heç görünməyib. Amma iyun ayında “Soros” fondunun Azərbaycan bölümünün idarə heyətinin rəhbəri təyin olunduqdan sonra “qabıq dəyişdirərək” birdən-birə ulduzunu parıldatmağa başladı. Əvvəlcə, ölkədəki siyasi situasiyanın təhlilinə girişdi, sonra isə Mətbuat Şurasına “hücuma” keçdi. Mətbuat Şurasında təmsil olunan KİV-ləri “hakimiyyətə satılanlar” adlandıran M.Əliyev unudurdu ki, o özü də bu qurumun İdarə Heyətinin üzvüdür. Bu məntiqlə elə ən böyük “satılmış”lardan biri M.Əliyev özü olmalı idi. Ya da MŞ sədri Əflatun Amaşovun təbirincə desək, M.Əliyev “xaricə satılıb”. Nəzərə alsaq ki, onun fəaliyyəti və ümumi yaşayışı məhz bir xarici təşkilat tərəfindən maliyyələşdirilir və onda Ə.Amaşovun kifayət qədər haqlı olduğunu düşünməmək də olmur. Deməli, məsələ, heç də kimin “satqın”, kimin “sadiq”  olduğunu müəyyənləşdirməkdən getmir. Burada ayrı məramlar var ki, o da elə də gizli deyil. Mehman Əliyev bu bəyanatla bütün ölkə jurnalistləri öz bayramlarını qeyd edərkən, dövlətimiz yüksək səviyyədə bu bayram tədbirlərini həyata keçirərkən, jurnalistlərə mükafatlar verilərkən dilə gəldi. çünki həmin vaxt hamı dövlətin dəqiq hesablanmış və inkişafı hədəfləyən mətbuat siyasətindən danışırdı və təbii ki, bu, nə “Soros”a, nə də M.Əliyevə sərf edirdi...
Hamı maliyyə mənbələrini açıqlasın, amma əvvəlcə “Turan”...
MŞ-nın ünvanına söylənən ağır ittihamın üstündən bir ay keçməmiş M.Əliyev indi də başqa bir “sicilləmə” ilə gündəmə gəlib. Deyib ki, guya Azərbaycanda müxalifət qəzetlərindən savayı, heç bir mətbuat orqanının tirajı 1000-dən artıq deyil. Daha sonra təklif edib ki, hamı maliyyə mənbələrini açıqlasın.
Əvvəlcə  tiraj məsələsinə toxunaq. Hörmətli Mehman müəllimin bu qənaətə hardan gəldiyini anlamaq, doğrusu, mümkün deyil. Maraqlıdır, o hansısa ictimai sorğu təşkilatının rəhbəri deyil, mətbuat yayımda işləmir, kioskda qəzet satışı ilə məşğul deyil, bəs, onda bir qəzetin tirajını müəyyənləşdirmək üçün görəsən hansı üsullara müraciət edib? Əgər qəzetlərin tirajını sayacaq qədər çox vaxtı varsa, onda bu vaxtını daha sərfəli işlərə sərf edə bilər. Məsələn, rəqibləri ilə rəqabətdə uduzmaqda və batmaqda olan “Turan”ın “batmış gəmilərini” xilas edə bilər. Təbii ki, əgər bu mümkündürsə...
Qaldı ki, tirajlara, Mehman Əliyev də adı kimi əmindir ki, bu məsələdə yanılır. çünki ən azından, bir çox qəzetlərin kifayət qədər alıcıları, buna paralel olaraq, da minlərlə abunələri var.
Maliyyə mənbələrini açıqlamaq təklifinə gəlincə isə, qeyd etmək lazımdır ki, normal davranış və etika qaydaları da bunu zəruri edir ki, kimsə hansısa təkliflə çıxış edirsə, gərək bu təklifin reallaşmasına da öncüllük etsin. Yəni M.Əliyev hamıdan qabaq özü açıqlasın ki, şəhərin mərkəzindəki böyük ofisin, “Turan” agentliyində çalışan onlarla jurnalist və texniki heyətinin, özünün gündəlik lüks həyatının xərcini hansı mənbədən ödəyir? Yəqin ki, 9 milyonluq xalqı sadəlövh sayıb bu xərclərin heç kəsə maraqlı olmayan “Turan”ın bülletenlərinin abunəsi hesabına ödənildiyini söyləyə bilməz. Əslində, heç söyləməsinə də ehtiyac yoxdur. çünki hamı bu pulların mənbəyini yaxşı bilir. Və onu da bilirik ki, bu ölkədə qəzetçilikdən, sədaqətdən və siyasətdən danışacaq ən sonuncu adamlardan biridir, Mehman Əliyev...
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 987 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30