Bəzi əhəngdaşı və qum-çınqıl yataqları "AzerGold"un istifadəsinə verilib
20.04.2026 [17:59]
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ I və II”, Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonunun ərazilərində yerləşən “Güzdək muldası” əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən “Katexçay I və II” , Balakən rayonu ərazisində yerləşən “Balakənçay I və II”, Oğuz rayonu ərazisində yerləşən “Ağçay I” qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yataqları daxilində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) istifadəsinə verilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edili ki, yerin təkindən istifadə sahəsində (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) yer təkindən istifadə hüququnun verilməsi, yer təki sahələrinin dövlət ekspertizasının aparılması, yer təki istifadəçiləri tərəfindən hesabatların təqdim edilməsi, yer təkinin istifadəyə verilməsi üzrə aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylərin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarının alınması, hərraclara (auksion və müsabiqə) dair sənədlərin qəbulu və onların keçirilməsi zamanı torpaqların kateqoriyalara aid edilməsi, kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi və digər əlaqəli proseslər 2027-cı il avqustun 1-dən etibarən “Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə “bir pəncərə” prinsipi əsasında həyata keçirilir.
Fərmanda nəzərdə tutulan “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Nazirlər Kabineti yer təkindən istifadə sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim eməli;
altı ay müddətində:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri, bu Fərmanın 4.1.2-ci yarımbəndi nəzərə alınmaqla, prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının əsas istehlak bazarından olan məsafəsindən, ərazinin relyefindən, iqlim şəraitindən və infrastrukturun mövcudluğundan asılı olaraq, iqtisadi dövriyyəyə cəlb edilməsi üçün güzəştlərin tətbiqinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və dövlət torpaq kadastrı məlumatlarına əsasən mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının (qurumlarının) təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar”ın 5.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıya daxil ediləcək yer təki istifadəçilərinin istifadəsindəki və bu Fərmanın 1-ci hissəsi ilə Cəmiyyətin istifadəsinə verilən yer təki sahələrinin yerləşdiyi və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmayan torpaqların kateqoriyasının həmin kateqoriyaya keçirilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etməli;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri nəzərə alınmaqla, yer təkindən istifadə hüququnun əldə edilməsi, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı zamanı yer təki istifadəçiləri tərəfindən təqdim edilməsi tələb olunan normativ hüquqi aktlarda nəzərdə tutulan sənəd və hesabatların nümunəvi formalarını təsdiq etməli;
Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27

