Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

30.09.2026 [19:45]

Rusiya hökuməti dizel, gəmi yanacağı və kerosinin ixracına qoyulan qadağanın müddətini oktyabrın 31-nə qədər uzadıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hökumətin yazılı açıqlamasında müəyyən yanacaq növlərinin ixracına qoyulan qadağanın müddətinin daxili yanacaq bazarında sabitliyi qorumaq üçün uzadıldığı bildirilir.

Dizel, gəmi yanacağı və kerosin ixracına qoyulan qadağa oktyabrın 31-dək uzadılıb, benzin ixracına qoyulan qadağa isə 2027-ci il yanvarın 31-dək davam edəcək.

Qeyd edək ki, Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən ölkədəki çoxsaylı obyektlərdə təmir işləri aparılır və müəyyən bölgələrdə yanacaq satışına bəzi məhdudiyyətlər tətbiq olunur. Rusiya hökuməti bu tədbirlərin bir hissəsi olaraq benzin və dizel yanacağının ixracını qadağan etmişdi.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30