Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

30.09.2026 [15:29]

Avqust ayında qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti illik müqayisədə əhəmiyyətli dərəcədə – 8,8 faiz azalaraq 34,3 milyon tona düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) aylıq hesabatında deyilir.

Bildirilir ki, buna səbəb Hörmüz boğazından LNG tranzitinə qoyulan məhdudiyyətlərin regionun LNG ixracını məhdudlaşdırmağa davam etməsi idi. Yaxın Şərqdən tədarükün azalması və yüksək spot LNG qiymətləri fonunda Asiyanın LNG idxalı illik müqayisədə 8,2 faiz azalaraq 23 milyon tona enib və bununla da iki ay davam edən artım tendensiyası dayanıb. Bunun əksinə, Avropanın LNG idxalı illik müqayisədə 0,5 faiz artaraq 8 milyon tona çatıb və 5 ay davam edən azalma dövrünə son qoyulub. Buna Asiya və Avropa arasındakı spot qiymət fərqinin azalması nəticəsində ABŞ-dən regiona LNG tədarükünün yenidən artması səbəb olub. İnfrastruktur sahəsində isə Honduras avqustda LNG idxalçıları sırasına qoşulub və illik 0,5 milyon ton gücündəki Puerto-Kortes terminalında ilk LNG partiyasını qəbul edib.

“Avropa ölkələri isə avqustda qazın anbarlara vurulması prosesini davam etdirib. Avropa İttifaqında aylıq orta qaz ehtiyatı həcmi 63 milyard kubmetr və ya anbar tutumunun 61 faizini təşkil edib. Bir il əvvəl bu göstərici 76 milyard kubmetr idi. Qlobal spot LNG yükləri uğrunda Asiya ilə rəqabət yay mövsümündə “köhnə qitədə” ehtiyatların artırılması tempini məhdudlaşdırıb. ABŞ-də orta aylıq anbar səviyyəsi 90 milyard kubmetrə və ya tutumun 67 faizinə çataraq bir il əvvəl qeydə alınmış 90,6 milyard kubmetr səviyyəsinə yaxınlaşıb. Asiyada isə isti keçən yay mövsümündən sonra Yaponiya və Koreyada Respublikasında ümumi LNG ehtiyatları 7,8 milyard kubmetrə düşüb. Eyni zamanda, spot LNG bazarındakı gərgin şərait də ehtiyatların bərpasını məhdudlaşdırıb”, - deyə hesabatda qeyd olunur.

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30