Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

30.09.2026 [23:00]

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə 2025-ci ilin iyulunda imzalanmış “one in, one out” (“bir girən, bir çıxan”) pilot sazişini oktyabrın 1-dən dayandıracaq.

Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda Londonla sazişdən çıxış şərtləri müzakirə olunur. Paris hesab edir ki, bir ildən artıq qüvvədə olan mexanizm gözlənilən nəticəni verməyib.

AZƏRTAC xəbər verir ki, sazişə əsasən, La-Manş boğazını kiçik qayıqlarla keçərək Böyük Britaniyaya çatan miqrantların bir hissəsi Fransaya geri qaytarılır, bunun müqabilində isə Böyük Britaniya Fransadakı müəyyən sayda sığınacaq axtaran şəxsi qanuni yollarla qəbul edirdi.

Bununla belə, 2025-ci ildə təxminən 50 min nəfər La-Manşı kiçik qayıqlarla keçməyə cəhd edib, 2026-cı ilin ilk yeddi ayında isə bu göstərici 17 minə yaxın olub. Saziş çərçivəsində Böyük Britaniyadan Fransaya geri qaytarılanların sayı isə cəmi 1400 nəfər təşkil edib.

Proqramın maliyyə xərcləri də olduqca yüksək olub. Britaniyanın daxili işlər naziri Şabana Mahmudun sözlərinə görə, hər bir şəxsin Fransaya qaytarılması orta hesabla 56 min funt sterlinqə (təxminən 65 min avroya) başa gəlib.

Miqrasiya məsələsində yeni yanaşma axtaran Paris saziş başa çatdıqdan sonra problemin Avropa İttifaqı ilə Böyük Britaniya arasında daha geniş əməkdaşlıq çərçivəsində həll olunmasını təklif edir.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31