/ / Azərbaycan iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur
Azərbaycan iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur
13.08.2010 [09:28]
Məlum olduğu kimi, Moskvada çıxan, təsisçisi və naşiri “Rodina” jurnalı olan “Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye” jurnalının 23-cü nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru” adlı məqaləsi dərc edilib.
Məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı faktoloji materiallar əsasında yeni müstəqil dövlətlərin gündəliyində duran başlıca məsələ - totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə keçidin zəruri olması məsələsi təhlil olunub. Akademik Ramiz Mehdiyev məqaləsində bildirir ki, Azərbaycan bu yolda keçid dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli olub. Vəziyyəti mürəkkəbləşdirən bir amil də ondan ibarət idi ki, Azərbaycan özünün iradəsindən asılı olmayaraq qonşu Ermənistanla silahlı münaqişəyə cəlb edilib. Ramiz Mehdiyevin qeyd etdiyi kimi, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı özlərinin daimi yaşayış yerlərindən zorla qovulub və ya həmin yerləri tərk etməyə məcbur olub. Akademik öz məqaləsində Azərbaycanın yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti sayəsində XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoya bildiyini xüsusi vurğulayır və ölkəmizin Azərbaycanın fəaliyyət qabiliyyətini sınağa çəkən iqtisadi böhrandan da şərəflə çıxdığını qeyd edir. Akademik Ramiz Mehdiyev yazır: “Enerji daşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir.
2009-cu ilin yekunları göstərir ki, keçən il Azərbaycanda üDM 9,3 faiz artmışdır. Bundan əlavə, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan xarakteristikaları fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 2/3 hissəsini təşkil edirdi”.
Beləliklə, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb: ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulub.
Məqalə müəllifi hesab edir ki, modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. “Biz belə güman edirik ki, bu, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, “azad vətəndaş - güclü dövlət” konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaqdır” deyə məqalədə bildirilir.
Milli inkişafda intellektual dirçəliş məsələsinə toxunan akademikin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir. Həmin proqram çərçivəsində Dövlət Neft Fondunun vəsaitləri hesabına təqribən 5000 nəfərin xaricdə təhsil alması nəzərdə tutulur”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Azərbaycan-Rusiya münasibətlərinin dinamizmini vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni müstəviyə - Azərbaycan-Rusiya strateji əməkdaşlıq müstəvisinə keçdiyini qeyd edir. Akademik Ramiz Mehdiyev bildirir ki, ikitərəfli münasibətlərin yeni səviyyəsinin təsbit olunduğu əsas sənəd 2008-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə də xüsusi diqqət yetirilir. Akademik ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik səylərinin, Rusiya Prezidenti D.Medvedevin danışıqlar prosesində şəxsən iştirak etməsinin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.
Məqalədə Ramiz Mehdiyev onu da qeyd edir ki, iki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissələrindən biridir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrini, o cümlədən, humanitar əlaqələri də təsbit edən tərəfdaşlıq getdikcə zənginləşən, daha yeni çalarlar kəsb edən ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin varisliyini bir daha sübut edir. Təcrübə göstərir ki, Azərbaycan və Rusiya liderlərinin görüşləri dövlətlərimizin əməkdaşlığının inkişafına həmişə müsbət təsir göstərmiş, bu prosesləri sürətləndirmiş, onlara yeni təkan və keyfiyyətcə yeni məzmun vermişdir. Bundan əlavə, həmin görüşlər Cənubi Qafqazda ümumi siyasi atmosferə əlverişli təsir göstərir. “Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə nəzərdə tutulan proqramların uğurla həyata keçirilməsinin ən etibarlı qarantı isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Dmitri Medvedev arasında mövcud olan, qarşılıqlı etimada əsaslanan xalis insani münasibətlərdir”, - deyə akademik Ramiz Mehdiyevin məqaləsində vurğulanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57

