Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qazaxıstan şirin su hövzələrindən səmərəli istifadə edilməsinə tərəfdardır

Qazaxıstan şirin su hövzələrindən səmərəli istifadə edilməsinə tərəfdardır

14.09.2010 [10:04]

Hazırda dünyanın əksər ölkələrini içməli (şirin) su problemi narahat etməkdədir. Belə ki, hesablamalara görə, şirin suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Statistikaya görə, Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi şirin sudan ibarətdir. ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Hazırda dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb. Təsadüfi deyil ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 2020-ci ilə qədər hazırladığı proqnozlarda üçüncü minilliyin ilk 20 ili ərzində inkişaf etmiş ölkələrin bir-biri ilə yanacaq resursları üstündə deyil, məhz içməli su üstündə savaşacaqları öz əksini tapır. Doğrudur, hələlik praktikada məhəlli sulardan düzgün istifadə edilməməsi üstündə dövlətlərarası münaqişələrə rast gəlinməyib. Amma, vəziyyət belə davam edərsə, bu kimi halların yaxın gələcəkdə baş verməyəcəyini istisna etmək olmaz. Su məsələsi ilə bağlı qonşu ölkələrlə problemi  olan dövlətlərdən biri də Qazaxıstandır.Ona görə də bu ölkə qonşu dövlətləri şirin su mənbələrindən düzgün istifadə etməyə çağırır.
Şirin su problemi Asiyada özünü daha çox büruzə verir
BMT-nin məlumatlarına əsasən, dünyadakı demoqrafik artım, iqlim dəyişikliyi, enerji ehtiyaclarının artması və yeni təlabatlar şirin su mənbələrinin azalmasını şərtləndirən əsas amillərdir. Odur ki, Yer kürəsinin şirin su mənbələrinin hazırkı vəziyyətini öyrənmək məqsədilə BMT-nin Su mənbələrinin qiymətləndirməsi proqramı hər üç ildən bir özünü rəsmi hesabatını hazırlayır. 2009-cu ildə hazırlanan son hesabatda bir sıra ölkələrin şirin su mənbələrindən həddən ziyada istifadə etməsinin qonşu dövlətlər tərəfindən narazılıqla qarşılandığı əksini tapıb. Sənəddə, həmçinin, qeyd olunur ki, digər tərəfdən də, qlobal iqlim dəyişikliyi vəziyyəti daha da gərginləşdirməkdədir. Vəziyyət belə davam edərsə, yaxın gələcəkdə, ölkələr, şəhərlər və kəndlər, hətta ayrı-ayrı müəssisələr arasında şirin su hövzələri uğrunda əsl mübarizənin canlı şahidləri ola bilərik. Başqa sözlə, hadisələrin inkişafı, hətta gələcəkdə qonşu dövlətlər arasında siyasi münaqişələrə də yol aça bilər və artıq Mərkəzi Asiyada indidən belə münaqişələrin konturları görünməkdədir.
Qonşu, qonşu olsa...
Qazaxıstan ekspertlərinin qənaətinə görə, hazırda çin Xalq Respublikasının(çXR) müəssisələri həmsərhəd ölkələr olan Qazaxıstan və Rusiyanın şirin su mənbələrindən qeyri-rasional şəkildə istifadə etməyə başlayıblar. Belə ki, bu ölkədə iqtisadiyatı aktivliyin artması öz növbəsində şirin su mənbələrindən istifadə edilməsinin həcmini artırıb ki, bu da öz növbəsində qonşu dövlətlərin ərasilərindən keçən çaylarda suyun səviyyəsinin azalmasına gətirib çıxarıb. Bu, artıq Orta Asiya respublikalarını narahat etməyə başlayıb. Yerli ekspertlərinin hesablamalarına görə, son 50 ildə Qazaxıstanan şirin su ehtiyatlarının həcmi 20 milyard m3-dək azalıb və bu proses getdikcə daha da sürətlənməkdədir. Bu, hər şeydən əvvəl, ölkə ərazisindən axan çayların hamısının transsərhəd çayları olması ilə bağlıdır. Qazaxıstanın su ehtiyatlarının 100 milyard m3 oduğu halda, çaylarda bol sululuq olan illərdə belə, İrtış, İli, çu, Talas, Ural və Sırdərya kimi transsərhəd çaylardan ölkə ərazisinə ildə 44 milyard m3 su daxil olur. Nəzərə almaq lazımdır ki, bu çayların böyuk əksəriyyəti ölkəyə qonşu çinin ərazisindən keçir. Məhz bu səbəbdən də, hazırda şirin su ilə təminatın həcminə görə, Qazaxıstan MDB dövlətləri arasında sonuncu yeri tutur. Orta hesabla götürdükdə isə ölkədə hər bir km2-ə təqribən 37 min m3 və adambaşına 6 min m3 su düşür. Bundan əlavə, yerli ekspertlərin qənaətinə görə, çinin şirin su ehtiyatlarından qeyri-səmərəli şəkildə istifadə etməsinin fəsadlarını təkcə Qazaxıstan deyil, eyni zamanda həmin çayların keçdiyi digər dövlətlər də çəkməkdədir.
Hüquqi baza deklarativ xarakter daşıyır
Şirin su hövzələrindən istifadə edilməsində dövlətlərarası münasibətlər çox böyük önəm daşıyır. ölkənin təhlükəsizlik faktoru kimi, Qazaxıstanın transsərhəd sulardan istifadə olunmasına böyük əhəmiyət verir. Lakin vəziyyəti gərginləşdirən digər səbəb isə odur ki, transsərhəd sulardan beynəlxalq səviyyədə istifadə olunmasının bir çox aspekləri indiyədək həll olunmamış qalır. Yerli ekspertlərin fikrincə, Qazaxıstanla çXR arasında transsərhəd sulardan istifadə olunmasına dair hüquqi baza olsa da, o, yalnız deklarativ xarakter daşıyır və dövrün tələblərinə cavab vermir. Bundan əlavə, son onillikdə həmsərhəd çaylardan olan İrtış və İli çaylarında ekoloji problemlər yığılıb qalıb. Yerli mütəxəssislərin fikrincə, qonşu dövlətin ərazisində İrtış çayının qollarında çoxlu sayda suötürücü kanalların çəkilməsi, çayda suyun illik həcminin 37 faiz azalmasına səbəb olub. “İrtış-Karamay” kanalının istifadəyə verilməsi ilə çin tərəfi bu çaydan ildə 450 milyon m3 su götürməyə müvəffəq olub. Gələcəkdə isə bu həcmin 1,5 milyard m3-dək artacağı gözlənilir. Qazaxıstanlı ekspertlərin hesablamalarına görə, qonşuları həmçinin, Karamay şəhəri ətrafındakı neft yataqlarının mənimsənilməsi məqsədilə İrtış çayından ildə 800 milyon m3 su götürür. Bu həcmin azacıq da olsa artırılması isə gələcəkdə nəinki Zaysan gölündə suyun azalmasına gətirb çıxaracaq, eləcə də, Şimali-Qazaxıstan vilayətinin içməli suya olan təlabatının ödənilməsində əngələ çevriləcək.
Yerli mütəxəssislərin qənaətinə görə, İrtış çayının illik su ehtiyatı təqribən 9 milyard m3 təşkil edir və çaydan nəzərdə tutulan həcmdə suyun götürülməsi Qazaxıstanın iqtisadiyyatı, eləcə də, ekologiyası üçün ciddi fəsadlar yarada bilər. Xatırlatmaq yerinə düşər ki, beynəlxalq hüquq, transsərhəd çaylarda planlaşdırılan tədbirlər haqda informasiyalar almaq, məsləhətləşmələr aparmağı təsbit etsə də, qarşı tərəf beynəlxalq hüququn norma və tələbələrinə məhəl qoymadan adıçəkilən çayların suyundan istədiyi şəkildə və həcmdə ifadə etməkdədir.
Balxaş gölündə ekoloji durum pisləşir
Yerli ekspertlərin fikrincə, Qazaxıstanın şirin su problemi təkcə İrtış çayı ilə məhdudlaşmır. Respublika ərazisindən keçən digər çay- İli də öz mənbəyini qonşu ölkədən götürür. Və çin tərəfi məhz bu çayın suyundan 400 min hektar sahəni suvarmaq üçün istifadə edir. Yaxın gələcəkdə isə suvarılan sahələrin 600 min hektaradək artacağı gözlənilir. Həmçinin, qeyd edilir ki, Balxaş gölündə suyun miqdarı, eləcə də Balxaş-Alakol hidroqovşağının gələcək fəaliyyəti məhz qonşu dövlətdən asılıdır. Belə ki, gölün suyunun 50 faiz-i məhz bu ölkədən axan İli çayının hesabına formalaşır. Mütəxəssislərin fikrincə hazırda İli çayı vasitəsi ilə Qazaxıstan ərazisinə ildə 12 milyard m3 su daxil olur. Gələcəkdə bu həcmin 10 milyard m3-dək azalacağı gözlənilir ki, bu da Balxaş gölünün və Kapşaqay su anbarında suyun səviyyəsinin enməsinə öz təsirini göstərəcək. ölkə iqtisadiyyatında mühüm əhəmiyyətə malik olan Balxaş gölü Qazaxıstanın metallurgiya müəssisisələri və energetika sənayəsini su ilə təmin edir. Bundan əlavə, İli çayında suyun səviyyəsinin azalması gələcəkdə aqrar sahənin inkişafına, o cümlədən balıqçılıq təsərrüfatlarının fəaliyyətinə də ciddi zərbə vura bilər. Həmçinin, Balxaş gölündə düzluluğun artması Qazaxıstanın mərkəzi və şimal-şərq vilayətlərində ekoloji tarazlığın pozulmasına gətirib çıxarar. Qazaxıstanlı ekspertlərin fikrincə İli çayının töküldüyü Balxaş gölü hövzəsində yaşayan əhali hazırda içməli su problemi ilə üzləşib. Qarşı tərəfin çaydan daha artıq miqdarda su götürməsi, sözügedən region üçün əsl ekoloji təhlükəyə çevrilməkdədir.
Bu gün transsərhəd sular birgə istifadə edilməsi dünyanın bir çox dövlətləri üçün strateji əhəmiyətə malikdir. Buna misal kimi, ötən həftə Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd sayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş”in  imzalanmasını göstərmək olar. Sənədi imzalamaqla tərəflər, region dövlərlərinə, həmçinin, dünya ictimaiyyətinə bir daha sübut etdilər ki, transsərhəd sularından mehriban qonşuluq şəraitində necə istifadə etmək olar. çox təəssüf ki, bu fikirləri mənfur qonşumuz-Ermənistan haqda söyləmək mümkün deyil. Azərbaycan torpaqlarının 20%-ni işğal edən ermənilər işğal altında olan Ağdərə rayonundakı Sərsəng su anbarından da öz mənfur niyyətləri üçün istifadə etməkdədirlər. Belə ki, əkinçiliklə məşğul olan ətraf rayonlarda suya ehtiyacı olduğu zaman erməni yaraqlıları Sərsəng su anbarından Tərtər çayına axıdılan suyun həcmini azaldır, payız-qış aylarında isə əksinə, kollektorları açaraq, Tərtər çayında suyun miqdarının artmasına, beləliklə də çayın daşmasına, ətraf əraziləri su basmasına şərait yaradırlar. Eyni zamanda, Araz çayı mənfur qonşularımız tərəfindən mütəmadi olaraq çirkləndirilir.
Unutmaq lazım deyildir ki, su həyat mənbəyidir. Odur ki, şirin su mənbələrindən düzgün və səmərəli istifadə olunması problemini həll etmək günümüzün ən aktual məsələsinə çevrilməlidir.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30