/ / Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən dəstəklənməsi YAP-ın seçki taktikasının ən mühüm arqumentidir
Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən dəstəklənməsi YAP-ın seçki taktikasının ən mühüm arqumentidir
30.09.2010 [09:26]
Birmənalı olaraq, qeyd edilməlidir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib və bu mövqeyini neçə illərdir qoruyub saxlamaqdadır. Bu gün ölkəmizdə mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli əlaqələrə malikdir və bu əlaqələr nəticəsində də dünyanın çoxsaylı dövlətləri ölkəmizin biznes mühitində özünə yer edib. Bu bir faktdır ki, Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, hətta bir sıra yaxın ölkələri də nəzərə alsaq, böyük bir coğrafiyada xarici sərmayələrə açıq və təminat verəcək yeganə dövlətdir. Bu gün ölkəmizdə demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycanda Avropa standartlarına uyğun olan siyasi institutlar, təsisatlar yaranıb. ölkəmizdə vətəndaş cəmiyyəti sürətlə inkişaf edir. Artıq bir sıra kontekslərdə aparılan islahatlar bir sıra inkişaf etmiş ölkələrin belə qabaqlanmasına yol açır. ölkəmizdə aparılan seçki islahatı, vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və diqqəti dediklərimizi təsdiq edir. ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunan Qərb standartları, yüksək texnologiya bu prosesin azad, ədalətli, şəffaf və ən əsası demokratik şəkildə nəticələnməsinə təminat verir. Bundan başqa, bu gün Azərbaycan hakimiyyəti də ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir.
ölkəmizdə yaradılan sabitliyin dövlətin inkişafındakı rolu Prezident İlham Əliyev tərəfindən də hər zaman xüsusi olaraq vurğulanır. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə yaradılan daxili sabitlik inkişafın əsas şərtidir: “Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir.
Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir”.
Artıq bu gün ölkəmizdə keçiriləcək parlament seçkilərinin önəmli mərhələsindəyik. Siyasi partiyalar namizədlərini qeydə almaq üçün imzatoplama kampaniyasını həyata keçirir. Təbii ki, həmişə olduğu kimi bu prosesdə yenə də Yeni Azərbaycan Partiyası (YAP) öndədir. Artıq demək olar ki, YAP bu prosesi başa çatdırıb. Təbii ki, seçicilərin rəyini qazanmaq metodlarından biri də partiyanın hansı mesajlarla seçkiyə getməsindən bilavasitə asılıdır. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, partiya hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını özünün seçki taktikasının ən mühüm arqumenti hesab edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində istinad etdiyi əsas həlledici resursdur. Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, bu inkişafın əsasında digər sahələrdə əldə olunan əhəmiyyətli irəliləyişlər, insanların rifahının, yaşayışının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə və regionda mövqelərinin güclənməsi-bütün bunların hamısı YAP-ın ən əhəmiyyətli və başlıca seçki resursudur. Bu siyasətin bundan sonra da həyata keçirilməsinə inam ondan ibarətdir ki, o, Azərbaycana daha böyük iqtisadi nailiyyətlər və sosial inkişaf perspektivləri vəd edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük uğurlar, nailiyyətlər gətirdiyinə görə, xalq tərəfindən birmənalı şəkildə dəstəklənir. çünki Ulu öndər Heydər Əliyevin siyasəti, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycana böyük fayda gətirib, iqtisadiyyatımız yüksəlib, insanlarımızın rifahı yaxşılaşıb. ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun Azərbaycanda davam etdirilməsi ölkəmizin bundan sonrakı inkişaf perspektivlərinin təminatı deməkdir. Bu nöqteyi-nəzərdən YAP-ın birinci mesajı məhz bu siyasətin davam etdirilməsi ilə əlaqədardır. Bu siyasətin davam etdirilməsi Azərbaycanda vətəndaşlarımızın faydalandığı sabitliyin, əmin-amanlığın, vətəndaş təhlükəsizliyinin qorunub-saxlanması, Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təminatı deməkdir. Həmçinin, bu, Azərbaycan vətəndaşının rifahının yüksəlməsi siyasətinin bundan sonra da davam etdirilməsinə, insanların həyat səviyyəsinin və keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regional və beynəlxalq mövqeləri daha da möhkəmlənir, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin maraqlarına uyğun olaraq həll edilməsinə özünün müsbət təsirini göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

