Seçkilər kimə qələbə, kimə fiasko vəd edir?
09.10.2010 [12:37]
Məlum olduğu kimi, bu il noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. ölkəmizin gələcək inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edən bu tarixi hadisəyə qalan vaxtın daralması, siyasi qütblər arasında mübarizənin daha da kəskinləşməsinə səbəb olur. Amma çox təəssüflər olsun ki, bəziləri bu mübarizədə heç bir etik kriteriyaları gözləmir, rəqiblərinə qarşı qara piar kampaniyası aparır. Bu həmin qüvvələrin monopoliyasında olan bir sıra qəzetlərdə özünü açıq-aydın şəkildə göstərir. Təbii ki, həmin qüvvələrin niyyətləri bütün ictimaiyyətə bəllidir və onların Yeni Azərbaycan Partiyası (YAP) və digər partiyalara qarşı antitəbliğat kampaniyası aparmasının, əslində, özlərinin təbliğatına xidmət etdiyini hamı bilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi isə bu cür davranışları qadağan edir və onların bu addımları qanun pozuntusudur. Bu yazımızda həm bu hadisələri geniş şəkildə təhlil etməyə çalışacaq, həm də qarşıdan gələn parlament seçkilərinə müxtəlif siyasi qüvvələrin hazırlıq səviyyəsini dəyərləndirəcəyik.
Müxalifət YAP-ın gücünü görüb dərin siyasi sarsıntı keçirib
Məlum olduğu kimi, bu seçkilər bir çox cəhətdən müəyyən qədər fərqlənir. Bu fərqlərdən biri də təbii ki, daha çox siyasi qüvvələrin seçki marafonuna qoşulmasıdır. ölkənin siyasi palitrasında təmsil olunan bütün qüvvələr ya partiya, ya da blok halında bu seçki mübarizəsində qələbəyə iddialıdırlar. O cümlədən, müxalifət partiyaları da nəhayət ki, daxili çəkişmələrdən, ucuz, qısır siyasi spekulyasiyalardan, daxili parçalanmalardan və yerdəyişmələrdən, təlatümlərdən, qarşılıqlı iftira və böhtanlardan xilas olmaq arzusu ilə, real siyasi müstəviyə qədəm qoymağa can atırlar. Lakin deyəsən, bu “zühur” onlar üçün heç də xoş sürprizlər vəd etmir, ya da daha dəqiq desək, onlar siyasi səhnəyə atılanda və prosesləri daha yaxından yaşamağa başlayanda qələbə şanslarının heç 1 faiz də olmadığını gördülər və dərk etdilər ki, Azərbaycanın siyasi səhnəsində 518 mindən çox üzvü olan, kifayət qədər yüksək səviyyədə təşkilatlanmış, xalqın ciddi dəstəyini qazanmış, çox güclü bir partiya ilə üz-üzədirlər. Bəlkə də, siyasi həyatlarında ilk dəfə olaraq siyasi partiyanın nə demək olduğunu və hansı qüdrətə sahib olduğunu anladılar. Və bu da müxalifət partiyalarının isterikaya düşməsinə səbəb oldu. Onların məhz bu əhval-ruhiyyədə, bu sarsıntı içində seçki marafonuna başladıqlarını söyləmək elə də çətin deyil. çünki müxalifətin daxilində bu proseslər gedəndə, onlar siyasi spekulyasiyalarla, populist çıxışlarla gününü gün edəndə YAP cəmiyyətdəki nüfuzunu daha da artırıb, xalqın ciddi dəstəyini qazanıb. Lakin bununla da kifayətlənməyən hakim partiya ötən seçki başa çatan kimi parlament seçkilərinə hazırlıq işlərinə start verdi. Bunun göstəricisidir ki, sahib olduğu böyük potensiala, böyük gücə baxmayaraq, YAP seçkilərə çox diqqətlə, hər bir rəqibini, onun potensialını, siyasi hazırlığını, intellektual potensialını, mübarizə taktikasını və strategiyasını qiymətləndirərək və nəzərə alaraq hazırlaşıb, seçki strategiyasını da bu prinsip üzrə hazırlayıb. Bunun nəticəsi olaraq nizamsız, nə istədiyini bilməyən, məqsədyönlü fəaliyyəti, həmçinin, siyasi strategiyası və taktikası olmayan müxalifət qrupları siyasi cəhətdən yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından hazırlıqlı, mütəşəkkillik baxımından təkmil, daxili monolitlik baxımından möhkəm və vahid lider ətrafında birləşmiş siyasi partiya ilə üz-üzə gəldilər.
Azərbaycan müxalifəti bu seçki kampaniyasına start veriləndən bu yana rəqibi Yeni Azərbaycan Partiyasının bir çox yeni texnologiyaları və seçki taktikasına müraciət etdiyini görür. Siyahının gec açıqlanması, bu siyahıda müəyyən insanların yerlərinin dəyişdirilməsi və ya müəyyən namizədlərin geri çəkilərək onların əvəzinə başqa, daha şanslı namizədlərin irəli sürülməsi, əslində, müxalifət üçün sürpriz idi. Və təbii ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi mükəmməl bir seçki strategiyası və seçki manevrləri müxalifətin siyasi təfəkkürünün çata bilməyəcəyi nöqtələrdir. Elə buna görə də, hakim partiyanın atdığı addımlar müxalifəti siyasi rinqdə “nokdauna saldı”.
YAP-ın tanınmış və cəmiyyət tərəfindən rəğbətlə qarşılanan namizədləri ilə müxalifətin
tanınmaq həvəsinə düşmüş namizədlərinin qeyri-bərabər yarışı
Seçkiyə qatılan siyasi partiyaların qələbə şanslarını təhlil edərkən, təbii ki, seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edən məqamlardan biri - qarşı tərəflərin irəli sürdüyü namizədlərin kimliyi məsələsidir. Heç də təsadüfi deyil ki, əksər ekspertlər budəfəki parlament seçkilərini, eyni zamanda, YAP-ın tanınmış və cəmiyyət tərəfindən rəğbətlə qarşılanan namizədləri ilə müxalifətin tanınmaq həvəsinə düşmüş namizədlərinin qeyri-bərabər yarışı kimi də dəyərləndirir. Bu da əsaslandırılmış bir qiymətləndirmədir. çünki YAP-ın namizədləri arasında bir neçə akademik, 9 rektor, 20-yə yaxın professor, nüfuzlu ziyalılar və başqa tanınmış şəxslər var.
Əslində, YAP-ın siyahısında yer almış şəxslərin böyük əksəriyyəti Azərbaycanın inkişaf etməsində və müstəqilliyinin daha da möhkəmləndirilməsində xidmət göstərmiş, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə həyata keçirdikləri işlərlə, dövlətimizə verdikləri töhfələrlə özlərini bir daha sübut edirlər.
Onların hamısı Azərbaycan xalqı, dövlətçiliyi və partiya qarşısında xidmətləri olan insanlar olmaqla bərabər, eyni zamanda, cəmiyyətin rəğbətini damla-damla qazanmış şəxslərdir.
Amma müxalifət bloklarının namizədlərinə nəzər saldıqda görürük ki, onlar cəmiyyətdə tanınmaq həvəsinə düşmüş, siyasi cəhətdən yetkin olmayan, buna baxmayaraq, çox böyük ambisiyaları olan, heç kəsin tanımadığı, bəzi hallarda özlərinin nə istədiklərini bilməyən namizədlərdir. Belə olan halda real təhlilin nəticələrindən görünür ki, bu yarışda kim qalib gələcək, xalq kimi dəstəkləyəcək.
YAP öz namizədlərinin qeydiyyatı üçün lazım olan imzaları niyə çox tez və necə topladı?
Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən başlıca məqamlardan biri də, onun güclü dayaqlara və təkmilləşdirilmiş struktura sahib olmasıdır. Xüsusən, partiyanın yerli strukturları bütün siyasi proseslərdə kifayət qədər ciddi fəallıq nümayiş etdirirlər. Bunu qarşıdan gələn parlament seçkilərində irəli sürülmüş Yeni Azərbaycan Partiyasının namizədləri üçün imzaların toplanmasında bir daha müşahidə etdik. Gözlənildiyi kimi, YAP-ın namizədləri qanunvericiliklə müəyyən edilmiş vaxtda müvafiq dairə seçki komissiyalarına lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri götürərək bu prosesə başladı. Və çox qısa vaxt - bir neçə gün ərzində tələb olunan imzalar toplanılaraq DSK-lara təqdim olundu. Amma bu reallığa da bəzi müxalifət partiyaları başqa don geyindirməyə çalışır. Əslində, burada nə şübhəli, nə də qəribə bir məqam yoxdur. Digər partiyalardan fərqli olaraq YAP-ın böyük seçki təcrübəsinə və mükəmməl seçki strategiyasına malik olduğunu dəfələrlə vurğulamışıq. Seçkilərdən seçkilərə isə partiyanın seçki təcrübəsi daha da təkmilləşir. YAP bu ilin əvvəlində özünün seçki proqramını qəbul edərək, seçki kampaniyası dövründə həyata keçiriləcək bir sıra məsələləri əvvəlcədən müəyyənləşdirmişdi. Bu sırada onu bir daha xatırlatmaq istəyirik ki, məhz imza toplayan şəxslər də hələ seçkilərə rəsmi start verilməmişdən öncə müəyyənləşdirilmişdi. YAP hər bir namizədi üçün 10 nəfər imza toplayacaq şəxs müəyyənləşdirərək onlara görəcəyi işlərlə bağlı treninqlər keçirilib. Bu treninqlər partiyanın bütün yerli təşkilatlarını əhatə edib. İmza toplayan şəxslər üçün Seçki Məcəlləsinin müvafiq maddələrindən çıxarışlar verilib, həmçinin, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi müvafiq təlimatlarla təmin ediliblər. Yəni, bütün işlər qanunvericiliyə uyğun həyata keçirilib. Həmin şəxslər imza vərəqələri götürüldükdən bir neçə gün sonra imzaları doğru-düzgün toplayıblar və həmin sənədlər DSK-lara təqdim edilib. Bu insanlar neçə illərdir ki, bu işlərdə böyük təcrübə qazanan partiya fəallarıdırlar. Qeyd edək ki, partiyanın bütün rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradılıb. Seçki qərargahlarında minimum 15, maksimum 40 nəfərə yaxın üzvlər fəaliyyət göstərirlər. Əgər bir namizədin qeydə alınması üçün qanunla 450 imza toplamaq tələb olunursa, YAP-ın bir dairə üzrə imza toplayan hər bir nümayəndəsi sadəcə 50 imza toplamaqla qısa vaxt ərzində namizəd üçün 500 imzanı təmin edib. Yəni, imza toplayan şəxslərin hər biri bir imza vərəqəsini doldurub qərargaha təqdim ediblər. Eyni zamanda, onların dairələr üzrə hansı ərazilərdə imza toplaması da əvvəlcədən ayrı-ayrılıqda müəyyənləşdirilmişdi. Nəzərə alaq ki, YAP-ın ən kiçik rayon təşkilatının üzvlərinin sayı 2 min nəfərdən çoxdur. O zaman, partiyanın imza toplama kampaniyasında hansısa problemlə üzləşməsinin mümkün olmadığı aydın olur. Həmçinin, YAP üzvü olmayan bitərəf insanların mütləq əksəriyyətinin də Prezident İlham Əliyevin siyasətinin ən fəal dəstəkçiləri olduğunu nəzərə alsaq, yenə də YAP-ın imza toplama prosesində heç bir çətinliyinin olmadığını, əksinə, çox asan bir proses olduğunu əminliklə söyləmək olar.
Bir daha xatırladaq ki, YAP imza toplama prosesini tam qanunvericiliyə uyğun həyata keçirib. Məlum olduğu kimi, bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin müddəaları əsasında “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi ücün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” Təlimat və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə, dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları” qəbul edib.
Əlbəttə, müxalifətin narahatlığını başa düşmək çətin deyil. çünki 450 imzanı belə toplamağı bacarmayan müxalifətçilər, YAP-ın sistemli və mütəşəkkil şəkildə həyata keçirdiyi tədbirlər qarşısında acizdirlər. Müxalifətin imza toplayacaq adamı yoxdur və namizədlərin özləri qapı-qapı düşüb özü-özünə imza yığmağa çalışır. Əlbəttə ki, ciddi proqramı olmayan müxalifət partiyalarının imza toplaya bilməməsi təbii haldır. Nəzərə alsaq ki, imza vərəqələri ən geci səsvermə gününə 30 gün qalmış DSK-lara təqdim olunmalıdır, onda müxaliflərin acınacaqlı vəziyyətini təsəvvür etmək çətin deyil. çünki bu müddət dünən başa çatıb.
Seçki prosesi dövründə həyat dayanmalı, dövlət strukturları işləməməlidirlərmi?!
Müxalifətin məntiqsiz iddialarından biri də ölkədə seçki keçirildiyi dövrdə, yəni, seçki prosesi dövründə ictimai-sosial həyatın tam şəkildə iflic edilməsi ilə bağlıdır. Qeyd edək ki, bu gün müxalifətin nəzarətində olan mətbu orqanlar ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinə məntiqsiz bir yanaşma sərgiləyirlər guya ki, görülən işlər həmin ərazidən parlament seçkilərinə Yeni Azərbaycan Partiyasının irəli sürülən namizədi tərəfindən aparılır. Arxasındakı məqsədsə divident qazanmaqla əsaslandırılır. Əlbəttə ki, ilk baxışdan bu iddianın boş və mənasız olduğu ortadadır. çünki bu gün ölkənin hər bir yerində quruculuq işləri yüksək sürətlə inkişaf etdirilir, ölkə Prezidentinin qəbul etdiyi dövlət proqramları əsasında bölgələrdə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi, sosial həyatın daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Müxalifət isə iddia edir ki, seçki dövründə heç bir dövlət strukturu işləməməlidir(!).
Nəzərə alaq ki, Azərbaycanda qanunvericiliyə əsasən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri beş ildən bir keçirilir. Beləliklə, hər beş ilin üç ilində bir böyük seçki prosesi yaşanır. Demək müxalifətin “istəyi” bundan ibarətdir ki, ölkədə hər il müəyyən bir müddət heç bir iş görülməməli, iqtidar işləməməli, dövlət strukturları fəaliyyətlərini dayandırmalıdırlar. Daha açıq desək, hər ilin 2-3 ayı müddətində ölkədə həyat dayanmalı, fəaliyyət nümayiş olunmamalıdır. Müxalifətin bu iddiasının arxasında dayanan səbəb isə iddianın özündən də gülüncdür. Düşərgə ölkənin hansısa bir ərazisində icra strukturlarının və ya yerli özünüidarə strukturunun rəhbərliyinin hakim partiyanın üzvü olmasını qəbahət sayır. Daha doğrusu, hər vəchlə həmin ərazidə görülən işləri hakim partiyanın nümayəndəsinə verilən dəstək kimi qələmə verməyə çalışır. Onların bu fikri isə heç bir sağlam məntiqə söykənmir.
çünki dünyanın heç bir məkanında belə bir analogiya yoxdur ki, ərazinin ya icra, ya da yerli özünüidarə strukturunun rəhbərinin partiya mənsubluğu seçki dövründə səbəb kimi dəyərləndirilsin. Məsələn, bu gün qardaş Türkiyənin yerli özünüidarə strukturlarının (bələdiyyələrin) və icra strukturlarının (valilik) nümayəndələrinin əksəriyyəti hakim AKP-nin üzvüdür. Demək, bu ölkədə keçirilən seçkilər dövründə görülən işlər hakim partiya ilə əlaqələndirilməlidirmi?
Müxalifət Seçki Məcəlləsinin tələblərini pozaraq rəqibinə qarşı antitəbliğat aparmaqla öz təbliğatını qurur
Seçki prosesində təbliğat-təşviqat mərhələsinə start verilməsə də, müxalifət nümayəndələri artıq bir müddətdir ki, öz təbliğatını aparmaqla məşğuldur. Bu isə Seçki Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Xatırladaq ki, Seçki Məcəlləsinin 13-cü fəsli bütövlükdə seçkilər zamanı təşviqat prosesinin aparılması qaydalarına həsr olunub. Təəssüf ki, başqalarını qanunçuluğa çağıran müxaliflərin özü bu qanunların əksinə gedirlər. Seçki kampaniyasına start verildiyi gündən bu düşərgə özlərinin nəzarətində olan mətbu orqanlarda rəqiblərinə qarşı, xüsusilə, YAP və onun namizədlərinə qarşı antitəbliğat aparır. Antitəbliğat kampaniyası isə daha çox böhtanlarla müşayiət olunur. Nəzərə alsaq ki, antitəbliğat bilavasitə onu reallaşdıran tərəfin özünün təbliğatına xidmət edir, onda müxalifət düşərgəsinin açıq-aşkar şəkildə seçki qanunvericiliyini pozduğunu söyləyə bilərik.
Qeyd edək ki, ölkəmizdə seçki təşviqatının aparılması demokratik qanunvericiliyə uyğun olaraq müəyyənləşib. Mərkəzi Seçki Komissiyası tərəfindən bu məqsədlə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat” qəbul olunub. Bu Təlimat Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrindən istifadə etməklə, seçkiqabağı təşviqatın aparılması qaydalarını müəyyən edir. Sənəd Azərbaycan Konstitusiyasının 47-ci maddəsinin, Seçki Məcəlləsinin, “Kütləvi informasiya vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun hazırlanıb. Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı formada seçkiqabağı təşviqatın aparılması qadağandır.
Seçki Məcəlləsinin 88-ci maddəsinə əsasən seçkiqabağı təşviqat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışların, vətəndaşların şərəf və ləyaqətlərini təhqir edən mülahizələrin yerləşdirilməsi, eləcə də, sosial, irqi, milli, dini ədavət və düşmənçilik yaradan təşviqat formasından istifadə etmək olmaz. KİV-lər qadağan edilən bu məqamları təbliğ etməməlidirlər. Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilmiş telekanalların proqramları və dövri nəşrlərin redaksiyaları seçki kampaniyasında qeydə alınmış namizədin ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Əgər namizədə öz şərəf və ləyaqətini müdafiə etmək imkanı verilməsə, bu, həmin müvafiq KİV-lərin vəzifəli şəxslərinin qanunvericiliklə məsuliyyətə cəlb olunmasına əsas ola bilər.
Onu da qeyd edək ki, kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatla bağlı seçki qanunvericiliyinin tələblərinə riayət edilməsinə ciddi nəzarət də mövcuddur. Seçki Məcəlləsində, habelə, sözügedən Təlimatda dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət edilməsi üzərində nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdindəki Seçki Məcəlləsinin 74.5-ci maddəsinə əsasən yaradılan və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu həyata keçirir. Hesab edirik ki, müxalifət düşərgəsi məcəllənin yuxarıda sadalanan tələblərinə əməl etməlidir. Əks halda, məhz qanunlar çərçivəsində məsuliyyət daşımalı olacaqlar.
Qara piar-müxalifətin yeganə “seçki strategiyası” və yeganə ümidi
Bir sözlə, yuxarıda toxunduğumuz məqamlar Azərbaycandakı seçkiqabağı real vəziyyəti bütün çılpaqlığı ilə ortaya qoyur. Daha doğrusu, istər ölkəmizdəki mövcud durum, istərsə də toxunduğumuz ayrı-ayrı məqamlar növbəti beş il üçün formalaşdırılacaq ölkə parlamenti - Milli Məclisə seçkilər ərəfəsində siyasi qüvvələrin hansı durumda olması, onların seçki strategiyası və sosial bazaları barədə açıq-aydın təsəvvür yaratmağa imkan verir. Görünən odur ki, bu gün həyata keçirilən hərtərəfli islahatlar və müxtəlif sahələri əhatə edən dövlət proqramları ilə zəngin inkişaf strategiyasına malik hakim partiyanı təmsil edən namizədlərin seçici qarşısına çıxmaq üçün heç bir problemi yoxdur. Və heç şübhəsiz noyabrın 7-də seçki məntəqələrinə üz tutacaq hər bir seçici Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının davamlı olmasına öz münasibətini bildirəcək.
Bütün bunların fonunda müxalifətin seçkiyə hansı strategiya ilə getdiyi maraq doğurur. Lakin bu düşərgədə cərəyan edən prosesləri, düşərgə təmsilçilərinin açıqlama və davranışlarını, həmçinin, düşərgədaxili durumu nəzərdən keçirdikdən sonra vəziyyət dəyişir. Daha dəqiq desək, seçki “taktika və strategiyaları”, ölkədə, regionda və dünyada cərəyan edən proseslər və həmin proseslərə yanaşma tərzi Azərbaycan müxalifətinin yerində saydığını deməyə əsas verir. Məlum olur ki, müxalifət yalnız yaş baxımından qocalıb, təfəkkür və prosesləri analiz baxımından isə hələ heç yetkinlik yaşına belə çatmayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan müxalifəti sözəbaxmayan, qarşısına çıxan hər kəsə bir daş, bir çamur atan dəcəl, uşaqları xatırladır.
Məhz buna görə də, biz müxalifətin seçkiyə hansı “seçki strategiyası” və ümidlə getdiyini söyləmək zorundayıq. İstər yuxarıda sadaladıqlarımız, istərsə də, ümumiyyətlə, mövcud reallıqlar və müxalifətin davranışları onu deməyə əsas verir ki, bu düşərgə təmsilçilərinin yeganə seçki strategiyası iqtidara qara yaxmaq, hakim partiyanın namizədlərinə qarşı qara piar kampaniyası aparmaq, yalan və qərəzlə məşğul olmaqdır. Tam çəkinmədən qeyd etmək olar ki, bu düşərgədə rasional bir strategiya, taktika, seçki mədəniyyəti, seçki mübarizəsi, rəqibə hörmət, həmçinin, elan olunmuş partiya prinsipləri yoxdur. Onların əsaslandıqları yeganə “strategiya” isə iqtidara böhtan atmaq prinsipindən ibarətdir.
“İqtidarın həyata keçirdiyi hər şey pisdir” prinsipinə əsaslanan müxalifət bu günə kimi ortaya hər hansı ağıllı təklif belə qoymayıb. Və bir daha qeyd edək ki, zaman, proseslər dəyişsə də, müxalifət dəyişə, yeniləşə, inkişaf edə bilməyib. Əksinə, ötən hər gün ərzində bir qədər də geri gedib. Bu geriliyin nəticəsidir ki, müxalifətin budəfəki seçki strategiyasında da hər hansı rasional, ağıllı, cəmiyyəti inkişafa aparacaq tezislər yoxdur. Bunun əvəzində müxalifətin yeganə “seçki strategiyası” və ümidi yalnız və yalnız qara piaradır. Lakin hər kəsə bəllidir ki, onlar bununla heç bir uğur qazana bilməyəcəklər. çünki siyasi cəhətdən yetkin Azərbaycan cəmiyyəti bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də fəaliyyətini yalan və qərəz üzərində quranlara deyil, ölkənin inkişafını daha da sürətləndirəcək qüvvələrə səs verəcək.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

