/ / Azərbaycan vicdan azadlığının və dini durumun səviyyəsinə görə dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur
Azərbaycan vicdan azadlığının və dini durumun səviyyəsinə görə dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur
09.10.2010 [12:37]
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu strategiya əsasında və Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində sürətli inkişaf yolu keçən ölkəmiz vicdan azadlığının, eləcə də, dini durumun səviyyəsinə görə, təkcə regionda deyil, hətta dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur. Azərbaycan hökuməti ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır. Bunun nəticəsidir ki, qeyd edilən sahədə ciddi problem yoxdur, əksinə, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədilə mühüm tədbirlər həyata keçirilir”. Bu fikirləri dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov səsləndirib.
H.Orucov təəssüflə qeyd edib ki, ölkədə yaranmış sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və hansısa xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər də var. Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməyən bu qrupların və şəxslərin əslində dinlə heç bir əlaqəsi yoxdur, sadəcə, onlar din pərdəsi altında gizlənərək başqa maraqlara xidmət edirlər. Lakin o, deyib ki, zaman keçdikcə dini durum daha da sabitləşir. Bunun bir səbəbi də həmin qrupların tədricən zərərsizləşdirilməsidir. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra dini durumda gedən proseslər daha da şəffaflaşacaq və mövcud vəziyyət indikindən də yaxşı olacaq.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Dövlət Komitəsinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən danışan komitə sədrinin sözlərinə görə, bu dəyişikliklərə əsasən, dini qurumlar yenidən qeydiyyatdan keçmək üçün 1 yanvar 2010-cu ilədək müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməli idilər. Bu müddətdə sənədlərini təqdim etməyən dini qurumların qeydiyyatı Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə qaydasında ləğv edilə bilər: “Dövlət Komitəsi dini qurumların dövlət qeydiyyatına alınmasının çətin və həssas məsələ olduğunu nəzərə alaraq, bu prosesin qısa müddətdə başa çatması üçün bütün lazımi tədbirləri həyata keçirib. Nəticədə yenidən dövlət qeydiyyatından keçməli olan dini qurumların böyük əksəriyyəti qanunla müəyyən edilmiş müddətədək müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim edib. Eyni zamanda, ilkin dövlət qeydiyyatına alınmaq üçün də xeyli sayda dini qurumun sənədləri Dövlət Komitəsinə daxil olub. ümumilikdə, bu günə qədər dövlət qeydiyyatından keçmək üçün 794 dini qurum Dövlət Komitəsinə müraciət edib. Sənədləri müvafiq qaydada hazırlanmadığı üçün indiyədək 24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina olunub. Onlardan 15-i İslam, 9-u qeyri-İslam təmayüllü dini icmalardır. Lakin bu sonuncu rəqəm olmaya bilər. çünki hazırda dini qurumların dövlət qeydiyyatına alınması işi davam etdirilir. Mövcud vəziyyətin təhlili təsdiqləyir ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması, ümumiyyətlə, qeydiyyatla bağlı qanunvericilikdən irəli gələn məsələlərin həlli artıq yekunlaşmaq ərəfəsindədir”.
Qanuna edilmiş digər dəyişikliyə görə isə Dövlət Komitəsi dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verməlidir. Bu istiqamətdə də komitə fəaliyyətini davam etdirir. Belə ki, “Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsinin qaydaları haqqında Təlimat” hazırlanıb və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Həmin təlimata uyğun olaraq, müvafiq rəy verilməsi üçün bu sahə ilə əlaqəli işləyən qurumların mütəxəssislərindən ibarət Dövlət Komitəsinin sədri yanında Şura yaradılıb və Şura artıq fəaliyyətə başlayıb. Həmçinin, yeni qaydalara görə, dini təyinatlı ədəbiyyat və əşyaların yalnız ixtisaslaşmış mağazalarda satılmasına icazə verilir. Bununla bağlı, da müvafiq təlimat hazırlanıb və digər sənədlər dövlət qeydiyyatına alınıb. Hidayət Orucov, daha sonra görülən digər tədbirlər haqqında da geniş məlumat verərək bildirib ki, qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması məqsədilə də müvafiq dövlət qurumları ilə birgə gərəkli tədbirlər həyata keçirilib və bu sahə ciddi nəzarətə götürülüb. Nəticədə ölkəyə qanunsuz idxal olunan dini təyinatlı zərərli ədəbiyyatın və əşyaların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bunu statistika da təsdiqləyir. Belə ki, ötən il dinşünaslıq ekspertizası üçün Dövlət Komitəsinə 2391 adda dini ədəbiyyat təqdim edilib, onlardan 385 adda zərərli kitabın yayılmasının qarşısı alınıb. Bu il isə avqust ayının 1-dək ekspertizaya təqdim edilmiş 993 adda dini ədəbiyyatdan cəmi 125-nin yayılmasına razılıq verilməyib. Hazırda ölkədə dini durumun daha da sabitləşməsi, dini proseslərin dərindən öyrənilməsi, təhlil olunması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi və dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində digər gərəkli tədbirlər də həyata keçirilir.
Daha sonra jurnalistlərin suallarını cavablandıran komitə sədri bir sıra maraqlı məlumatlara da toxunub. Bir sıra maraqlı dairlərin heç bir əsası olmadan məscidlərin sökülməsi ilə bağlı dezinformasiya yaymaqla məşğul olduğunu söyləyən sədr deyib ki, ölkəmizdə bir dənə də olsun məscid sökülməyib. Sökülənlər qeyri-qanuni tikililərdir. O, həmçinin, vurğulayıb ki, bundan sonra ziyarətgahlar dini icmalar kimi fəaliyyət göstərəcək və onlar nəzir qutularına yığılan vəsaitlərin xərclənməsinə nəzarət edəcək. Bu icmaların ən azı 10 üzvü olmalıdır.
Hidayət Orucov bildirib ki, hazırda ölkəmizdə 500 ziyarətgah var, onların cəmi 50-si fəaldır: “Hazırda ziyarətgahlarda nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindədir. Ancaq Qafqaz Müsəlmanları İdarəsi ziyarətgahların hamısına yox, bir qisminə, əsasən də, böyük ziyarətgahlara nəzarət edə bilir. ümumiyyətlə, bu istiqamətdə geniş iş aparılır və yaxın vaxtlarda müfəssəl məlumat veriləcək”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

