Köhnə, yoxsa yeni Metsamor AES?
03.08.2022 [10:41]
AES yenidən fəaliyyətə başlasa...
N.DİLQƏMLİ
Son günlər Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin yenidən fəaliyyətə başlanılacağı barədə məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan öncə bəzi rusiyalı energetika məsələləri üzrə ekspertlər Ermənistanın Metsamor AES-i 2026-cı ilə qədər yenidən işə salına biləcəyi fikirləri ilə çıxış ediblər. Xatırlatmaq yerinə düşər ki, 2015-ci ildə Ermənistan və Rusiya arasında AES-in istismar müddətinin 2026-cı ilə qədər uzadılması üçün Rusiya Federasiyasının Ermənistana 270 milyon dollar kredit və 30 milyon dollar qrant ayırması barədə saziş imzalanıb. Lakin artıq uzun müddətdir fəaliyyətini dayandıran Metsamor AES-in fəaliyyətinin yenidən başladılması texniki baxımdan olduqca çətin məsələdir. Digər tərəfdən, ekspertlərin söylədiklərinə görə, bu, MAQATE-nin və digər dövlətlərin razılığı olmadan mümkün ola bilməyəcək.
Ermənistanın Metsamor AES-nin yenidən fəaliyyətə başladılması nə dərəcədə realdır? Bu cür informasiyaların yayılmasında məqsəd nədir? Bu, hansı şərtlər altında həyata keçirilə bilər?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Coğrafiya İnstitutunun Coğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, yalnız və yalnız mövcud problemlər aradan qaldırıldıqdan sonra bu məsələ həllini tapa bilər: “AES-in müəyyən problemləri var. Həm texniki baxımdan köhnəlib, həm də seysmoloji baxımdan həssas bölgə hesab edilir. Bundan başqa, orada hakim küləklərin istiqaməti də güclüdür və buna görə də partlayış radioaktiv dalğaları yayıla bilər. Həmin məsələlər həll olunmalıdır. Deyək ki, köhnə qaydalarla sazlayıb istifadəyə verdilər - lakin bu, mümkün olacaq bir şey deyil - axı orada olan texnologiya çoxdan sıradan çıxıb. Bildiyimiz kimi, elm dayanmır, xüsusilə bu sahədə ciddi araşdırmalar aparılır, təkmilləşdirilir. Həmin stansiyanın yenidən bərpa edilməsi ciddi müşahidə tələb edir - orada monitorinq aparılmalıdır, maraqlı dövlətlərin komissiyaları işləməlidir ki, stansiyanın yenidən fəaliyyətə başlaması üçün hansı tədbirlərin görülməli olduğu müəyyən edilsin. Bütün bu proseslər həyata keçdikdən sonra işə salına bilər. Yoxsa bu, elə də asan bir iş deyil. MAQATE də buna razı olmaz. Başda Türkiyə olmaqla qonşu dövlətlərin hamısı buna etirazını bildirərlər”.
Alim bu işin arxasında ermənilərin hansısa xoş olmayan niyyətlərinin dayandığı qənaətindədir: “Şəxsi qənaətim ondan ibarətdir ki, onlar yenisini tikmək arzusundadırlar. İstəkləri hansısa silahları yaratmaqdır. Bunun üçün isə uzun müddət tələb olunur. Ermənilərin əlində bir tutar var ki, onların yanacaq ehtiyatları, istər karbohidrogenlər, istərsə də digər yanacaq növləri çox azdır. Hətta daş kömürləri də yoxdur. Ona görə də onların AES-in yenidən qurulması üçün əllərində müəyyən tutar var”.
“Atom stansiyasının işə salınmasında onlar nələrsə güdürlər. Həmin stansiyaların işə salınmasının sonunun nə ilə bitdiyi hər kəsə məlumdur. Adətən sonda nüvə silahı yaratmaq üçün istifadə edilə bilir. Ona görə də onların müxtəlif ölkələrin atom stansiyaları ilə əlaqələri var və qara bazarda dövriyyədə olan bəzi nüvə maddələrini alırlar. Bunu xarici jurnallarda dəfələrlə oxumuşam. Bu vəziyyətdən xətalı bir şeydən başqa heç nə gözləmək olmaz. Onları özbaşına qoymaq olmaz. Müvafiq dövlət qurumları bu məsələ ilə maraqlanmalıdır”, - deyə Ə.Əliyev fikirlərinə yekun verib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

