Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası"

"XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası"

24.12.2010 [08:59]

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dünən  “Hyatt Regency” otelinin “Quba” zalında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” adlı konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, yaşadığımız XXI əsrin ilk 10 ili Azərbaycanın müasir tarixinin ən şərəfli mərhələsi kimi yaddaşlarımıza həkk oluna bilib. Onun sözlərinə görə, Azərbaycanın müstəqillik tarixinin ən yaddaqalan önəmli hadisələrinin bir çoxu, iqtisadiyyatın inkişafı, dövlətimizin qüdrətinin artması, məhz, bu illərdə baş verib.
“Azərbaycanın müstəqilliyinin möhkəml
ənməsinin, iqtisadi inkişafının bünövrəsinin yaradılmasının başlıca amili olan Heydər Əliyev siyasətinin ən önəmli fundamental əsasları kimi çıxış edən neft strategiyasının nümunəsi olan “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsi, Azərbaycan iqtisadiyyatının dünyada ən yüksək dinamikaya malik olduğunun sübut edilməsi, iqtisadiyyatımızın üç dəfədən çox artması, dövlət büdcəsinin 10 dəfədən çox yüksəlməsi və s. bu kimi iqtisadi yüksəliş möcüzələrinin nümayiş etdirilməsi, məhz, yaşadığımız 10 ilin tarixi çərçivələrində reallığa çevrilibdir. Bu 10 il Azərbaycanın Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik siyasətinin həyata keçirilməsində çox önəmli addımların atılması ilə yadda qalıb. Bu illər ərzində güclü dövlət, müasir iqtisadiyyat və azad insan formalaşıb. Artıq Azərbaycan iqtisadiyyatında keçid dövrü də başa çatıb. Beləliklə, bu 10 il Azərbaycanın iqtisadi, sosial, siyasi, mədəni və mənəvi inkişafının xüsusi əlamətdar bir mərhələsi olaraq tariximizə daxil olub. Bu bünövrə növbəti illər ərzində ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş konsepsiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi üçün çox etibarlı zəmin rolunu oynacaq. ölkəmizin qüdrəti bundan sonra daha da artacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Tədbirin keçirilməsinin Prezident İlham Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, konfransın, məhz, bu ərəfədə təşkilinin simvolik mənası var: “çünki, qeyd etdiyimiz 10 ilin 7 ilini Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edib. Bu müddətdə qazanılan uğurlar Heydər Əliyev siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməsinin təntənəsi kimi insanlarımız tərəfindən birmənalı şəkildə qəbul olunur və qiymətləndirilir”.
Əli Əhmədov konfrans iştirakçıları adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək dövlət başçısına cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda Baş nazirin müavini, YAP Siyasi Şurasının üzvü Əli Həsənov çıxış edərək ötən 10 il ərzində həyata keçirilən siyasət haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, ötən 10 ildə ölkəmizin, xalqımızın həyatında bir sıra hadisələr baş verib. Ə.Həsənov qeyd edib ki, 2003-cü ilin dekabrında  Ulu öndər Heydər Əliyevin dünyasını dəyişməsi xalqımız üçün ən ağrılı hadisə olub: “12 dekabr bütün Türk dünyasında hüzn günü kimi qəbul olunur, 10 may tarixi isə ümumxalq bayramı kimi hər il qeyd edilir”.
Baş nazirin müavini 2003-cü ilin 16 oktyabrında xarici qüvvələrin dəstəyi ilə Azərbaycanda çevrilişə cəhd göstərildiyini xatırladaraq bunu ölkəmiz üçün təhlükəli hal kimi dəyərləndirib. “Amma bu cəhdlər iflasa uğradı. Bunu təşkil edən qüvvələr böyük səhvə yol verdilər. çünki, Azərbaycanda çevriliş etmək mümkün deyildi. Ulu öndər Heydər Əliyev müstəqil dövlətimizi quranda təhlükəsizliyimizin əsasını da müəyyənləşdirmişdi və Onun müəyyən etdiyi mexanizm ölkəmizin qarantı kimi çıxış edir”, - deyən Ə.Həsənov əlavə edib ki, belə təhlükələrin qarşısı qətiyyətlə alınıb. O, bildirib ki, ötən 10 ildə Azərbaycanın inkişafı istiqamətində də ciddi addımlar atılıb. Belə ki, bir neçə ildir, Azərbaycan iqtisadi inkişaf dinamikasına görə, dünya dövlətləri arasında ön sıralarda dayanır.
“Heydər Əliyev məktəbinin Azərbaycana layiqli insanlar bəxş etməsini sübut edən çoxlu faktlar gətirə, adlar sadalaya bilərəm. Amma, bu məktəbin ən layiqli məzunu, məhz, cənab Prezident İlham Əliyevdir. Xatırlayırsınızsa, Heydər Əliyev 2003-cü ilin oktyabr ayında xalqa müraciət edəndə, İlham Əliyevə özü qədər inandığını demişdi. Heydər Əliyev müraciətində nələri demişdisə, bu gün artıq həmin məsələlər həyata keçirilib. Burada isə, birincisi, Heydər Əliyevin dahiliyi üzə çıxır. İkincisi, Prezident İlham Əliyevin uğurlu davamçı olması sübut olunur”, - deyə Baş nazirin müavini vurğulayıb.
Əli Həsənov ötən illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün görülən işlər haqqında da ətraflı məlumat verib: “Son 10 il ərzində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 3,4 milyard manat vəsait xərclənib”.
Onun sözlərinə görə, bu vəsaitdən 2,6 milyard manat dövlət vəsaitlərinin, yerdə qalan 0,8 milyard isə beynəlxalq təşkilatların payına düşür. Ə.Həsənov qeyd edib ki, bu dövr ərzində 67 müasir qəsəbə, 20 min mənzil, 40 uşaq bağçası, iki olimpiya kompleksi, 126 məktəb inşa edilib. “Bu sadalanan işlərin 70 faizi, məhz, Prezident İlham Əliyevin dövründə görülüb və bu gün də həmin işlər davam etdirilməkdədir. Təkcə bu il 310 milyon manat vəsait xərclənib. Bu gün dünyanın heç bir münaqişə bölgəsində olmayan bir hal Azərbaycanda baş verir. Yəni, Azərbaycan dövləti hazırda hər bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Əgər bu gün ölkə üzrə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə salınıbsa, qaçqın və məcburi köçkünlər arasında bu rəqəm 75 faizdən 25 faizə enib. Prezident İlham Əliyev son 7 ildə 17 dəfə yerlərdə məcburi köçkünlərlə görüşüb” - deyə, o, vurğulayıb.
Konfransda çıxış edən kənd təsərrüfatı naziri, YAP Siyasi Şurasının üzvü İsmət Abasov bildirib ki, ölkəmizdə aqrar islahatlar, tarixi bir proses olaraq, tam zamanında həyata keçirilib. Onun sözlərinə görə, burada əsas məqsəd əhalinin kənd təsərrüfatı və emal sənayesi məhsullarına artan tələbatını ödəmək, insanların ərzaq təhlükəsizliyini təmin etmək, ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq istehlakı vəziyyətinin yaxşılaşdırılması hesabına kənd təsərrüfatının gəlirliyini, rəqabət qabiliyyətliliyini artırmaq və onun beynəlxalq iqtisadi sistemə inteqrasiyasına nail olmaqdır.
İ.Abasov ötən 10 ildə aqrar sahə ilə bağlı bir sıra proqramların da qəbul olunduğunu vurğulayıb: “ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşməsini, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını həyata keçirmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2 mart 2001-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı” təsdiq edildi. Bu proqram müstəqil Azərbaycan Respublikasının ilk ərzaq təhlükəsizliyi proqramı idi. Proqram, ərzaq təhlükəsizliyi kimi problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlı olub.
Eyni zamanda, bu ali məqsədə nail olmaq, zəruri tədbirləri ardıcıl şəkildə həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” qəbul edilib”.
İ.Abasovun sözlərinə görə, ölkəmizdə əldə edilmiş siyasi və makroiqtisadi sabitlik yoxsulluğun azaldılmasını Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin ana xətti səviyyəsinə qaldırmağa imkan verib. Eyni zamanda, respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsi olaraq 2000-ci ilə nisbətən 2009-cu ildə taxıl istehsalı 1,9 dəfə, kartof istehsalı 2,1 dəfə, tərəvəz məhsulları istehsalı 1,5 dəfə, bostan məhsulları istehsalı 1,6 dəfə, şəkər çuğunduru istehsalı 4 dəfə, meyvə və giləmeyvə istehsalı 1,5 dəfə, ət istehsalı  1,6 dəfə, süd istehsalı 1,4 dəfə, yumurta istehsalı 2,2 dəfə, yun istehsalı 1,4 dəfə artıb. ümumi daxili məhsul (üDM), faktiki qiymətlərlə kənd təsərrüfatında 2009-cu ildə 2,2 milyard manat və ya 2000-ci ilə nisbətən 2,9 dəfə artıb.
Azərbaycan Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib ki, son 10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 28 milyard dolları ötüb. Onun sözlərinə görə, Azərbaycanda aparılan makroiqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. XXI əsrin ilk 10 ili ərzində Azərbaycanda adambaşına düşən üDM-in həcmi 7,5 dəfə artıb.
“Bu, 10 il ərzində ölkədə 15,6 faizlik orta illik iqtisadi artım deməkdir”, -deyə, Dövlət Komitəsinin sədri bildirib. R.Aslanlının sözlərinə görə, bu illər ərzində ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına böyük diqqət ayrılıb: “10 il ərzində orta aylıq əməkhaqqı 7,6 dəfə artıb, işsizlik isə demək olar ki, beş dəfə azalıb”.
R.Aslanlı qeyd edib ki, qeyri-neft sektorunun inkişafı üzrə aparılan islahatlar nəticəsində bu gün ölkədəki iqtisadi artımın qeyri-neft sektoru hesabına təmin olunduğunu söyləmək olar.
Konfransa yekun vuran YAP Sədrinin müavini Əli Əhmədov qarşıdakı illərdə Azərbaycanın daha böyük nailiyyətlər qazanacağını bildirib. Onun fikrincə, ötən 10 ildə iqtisadi inkişafın Azərbaycan modeli yaranıb. O, növbəti illərdə isə sosial inkişaf modelinin də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 928 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30