Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: İşğal olunmuş torpaqlarla bağlı hər hansı bir qanunun danışıqlar prosesinə necə təsir edəcəyi bəlli deyil

Siyavuş Novruzov: İşğal olunmuş torpaqlarla bağlı hər hansı bir qanunun danışıqlar prosesinə necə təsir edəcəyi bəlli deyil

28.12.2010 [08:44]

“Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı” qanun layihəsinin hazırlanması məsələsini gözləsək, daha yaxşı olar. Bu barədə SİA-ya millət vəkili Siyavuş Novruzov qanun layihəsinin qəbulu ilə bağlı Milli Məclisdə aparılan müzakirələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında danışıqlar prosesi davam etdiyinə görə, işğal olunmuş torpaqlarla bağlı hər hansı bir qanunun işə necə təsir edəcəyi bəlli deyil. O, vurğulayıb ki, məhz bu səbəbdən də, sözügedən qanunun qəbul olunması ilə məsələni gözləmək daha məqsədə uyğundur. Azərbaycan və Ermənistan arasında “xalq diplomatiyasının” mümkünlüyünə gəlincə isə S.Novruzov Azərbaycanın düşmən ölkə ilə bağlı konkret mövqeyə malik olduğunu xatırladıb.
“Bizim konkret mövqeyimiz bundan ibarətdir ki, işğal olunmuş ərazilər azad olunmayana qədər Ermənistanla heç bir - nə iqtisadi, nə siyasi, nə də mədəni əlaqə ola bilməz. Azərbaycanla Ermənistan arasında “xalq diplomatiyası” bir neçə dəfə oldu. Amma bu o qədər də effekt vermədi. Ona görə də, indi belə bir diplomatiyanın aparılması mümkün deyil. Lakin torpaqlarımızın azad olunması ilə əlaqədar razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında olan bütün əlaqələr bərpa olunacaq”, - deyə S.Novruzov əlavə edib.

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30