Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İkinci Bakı-Tbilisi-Ceyhan...

İkinci Bakı-Tbilisi-Ceyhan...

30.12.2010 [09:54]

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi respublikamızın tarixində mühüm əhəmiyyət kəsb edən ən böyük iqtisadi hadisələrdəndir
Su Tanrının insanlara böyük hədiyyəsidir. Susuz həyatın mövcud olması mümkün deyil. Su, həyatın əsas ünsürü kimi, Allahın xüsusi olaraq yaratdığı, hər növ fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün var etdiyi bir maddədir. Yer üzündəki milyonlarla növ canlı su sayəsində həyatlarını davam etdirir, həyat üçün lazımi tarazlıqlar suyun varlığı sayəsində davamlılığını qoruyur. Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvi hələ XII əsrdə suyun yaddaşının olması barədə “İskəndərnamə” poemasında məlumat verib. Dünyadakı əsas dörd ünsürdən birinin su olması da bu nemətin möcüzəsindən xəbər verir.
Xalqımız üçün də su paklıq, xeyirxahlıq, həyat rəmzidir. Səfərə çıxan pis adamın dalınca daş, yaxşı adamın arxasınca su atırlar. Su bütün dövrlər üçün həyatın başlanğıcı, onun davamlı inkişafı və milli tərəqqimizin qarantı deməkdir. Bir sözlə, su həm həyat, həm sağlamlıq, təmizlik, həm də paklıq deməkdir. Su, eyni zamanda, millətin genofondunun sağlam təməl üzərində qurulması deməkdir. Torpaqda çalışan insanlar üçün isə su həm də ruzi və bərəkət deməkdir.
Su həyatdır, harada su varsa, orada inkişaf vardır, haraya su gedirsə, orada həyat qaynayır. Bu mənada Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, dünyada qlobal su probleminin yaşandığı və su mənbələrinin tükəndiyi bir vaxtda Azərbaycanda təmiz, mineral tərkibə malik bulaq suyunun paytaxtdan 270 km uzaq məsafədən şəhər əhalisinə çatıdırılması, doğrudan da böyük qətiyyət, iradə və tükənməz enerjinin nəticəsi sayıla bilər. Bu, Azərbaycanın dövlət başçısının qarşıya qoyduğu hər bir məqsədə çatmaq uğrunda apardığı gərgin fəaliyyətin və əzmkarlığının nümunəsidir. Bu, Prezident İlham Əliyevin məharətli fövqəlidarəetmə gücünün təntənəsidir. Dövlət başçısının bəyan etdiyi kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ölkəmizdə ən mühüm tarixi hadisədir: “Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq”.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Azərbaycanın dövlət başçısının ölkə əhalisi, xüsusən, paytaxt sakinləri üçün ən gözəl töhfəsidir. Vaxtilə “Bakıya bol-bol su gətirəcəyik”, - deyən Ulu öndərin böyük arzularından biri olan həyati vacib bu su kəmərinin tikintisi məhz Onun sadiq davamçısı, idarəçilik məktəbinin layiqli yetirməsi kimi, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində gerçəyə çevrilib. Respublikamızda həyata keçirilən digər nəhəng layihələr kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də xalqımızın həyatı üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakıya çəkilməsi yaddaşlardan silinməyəcək fövqəltarixi bir hadisədir. Xüsusilə də, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində böyük töhfə və çox dəyərli hədiyyədir.
Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsinin təşəbbüskarı qeyd etdiymiz kimi, Ulu öndər Heydər Əliyev olub. ümumiyyətlə, əhalini içməli su ilə fasiləsiz və keyfiyyətli şəkildə təmin etmək ümummilli liderin hakimiyyətinin bütün dövrlərində iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunub. Respublikamızda su təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən irimiqyaslı layihələr infrastruktur bölməsində xüsusi yer tutub. İstər Ulu öndərin hakimiyyətinin birinci dövründə, istərsə də, Onun müstəqillikdən sonrakı hakimiyyəti dövründə su sisteminin inkişafı ilə bağlı mühüm dövlət proqramlarının hazırlanması və icrası geniş miqyas alıb.
ümummilli liderin hakimiyyətinin birinci dövründə infrastrukturun əsas sahələrindən biri olan su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ildə respublikamızda böyük həcmli su kəməri tikilib istifadəyə verilib və Kür çayının suyunun Bakıya çatdırılması nəticəsində paytaxt sakinlərinin içməli suya olan ehtiyacı təmin edilib. Bakı şəhərində aparılan sürətli yenidənqurma işləri paytaxt sakinlərinin sayının artmasına səbəb olduğundan yeni kəmərin tikintisinə ehtiyac yaranmışdı. Bunu nəzərə alan Ulu öndər ikinci kəmərin də tikilməsi üçün müvafiq orqanlara tapşırıqlar vermişdi. Yeni kəmərin istifadəyə verilməsi sayəsində şəhər əhalisinin su təchizatı daha da yaxşılaşa bilərdi. Lakin su təsərrüfatı ilə bağlı aparılan tədbirlər 1980-ci illərin sonunda və müstəqilliyin ilk illərində hakimiyyətdə olan rəhbərlərin yarıtmaz idarəçiliyi nəticəsində davam etdirilmədi və yarımçıq qaldı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu sahədə əhəmiyyətli dəyişikliklər baş verdi və su təminatının yaxşılaşdırılması üçün mühüm addımlar atıldı.
ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də içməli su ilə təminatın yaxşılaşdırılmasını başlıca vəzifələrdən hesab edirdi. Respublikamızın sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf, eyni zamanda, Bakı şəhərinin sənaye mərkəzinə çevrilərək böyüməsi, paytaxt əhalisinin sayının artması əhalinin və sənayenin suya olan tələbatının da yüksəlməsinə səbəb olurdu. Ulu öndər əlavə su kəmərlərinin çəkilməsi ilə bağlı müxtəlif layihələri nəzərdən keçirirdi. Heydər Əliyev ən keyfiyyətli və təmiz su mənbələrinin paytaxta çatdırılması üçün mükəmməl layihənin həyata keçirilməsini qərara aldı. Ulu öndər 2002-ci ilin dekabr ayında Oğuz və Qəbələ rayonları ərazisindən paytaxta su kəmərinin çəkilməsi ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə müvafiq tapşırıq verdi və beləliklə, Oğuz-Qəbələ-Bakı su kəmərinin əsası qoyuldu.
2007-ci il martın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyuldu. Oğuz-Qəbələ-Bakı su kəmərinə böyük önəm verən Prezident İlham Əliyev kəmərin tikintisi ilə bağlı müvafiq işlərlə yaxından tanış olaraq tapşırıqlarını verib. Prezident ötən müddət ərzində kəmərin tikintisi aparıldığı ərazilərdə olaraq layihənin yüksək keyfiyyətlə başa çatdırılmasını tövsiyə edib. ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır və tikiləndən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcək. Dövlət başçısının ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı bu layihə insanların dünyada ən keyfiyyətli içməli su ilə təmin olunmasına imkan verəcək. “Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları təmiz su içsinlər. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq? Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. Nə etdik? özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə də deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır”.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 948 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30