Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan sürətlə inkişaf edir, Ermənistanda isə böhran daha da dərinləşir

Azərbaycan sürətlə inkişaf edir, Ermənistanda isə böhran daha da dərinləşir

15.01.2011 [09:28]

2010-cu ildə işğalçı ölkədə sosial vəziyyət kritik həddə ağırlaşıb, əhali kütləvi şəkildə xaricə üz tutmaqdadır
2010-cu ildə Azərbaycanın qarşıya qoyduğu bütün proqramları yerinə yetirməsi və regionun qüdrətli dövlətinə çevrilməsi fonunda işğalçı ölkə Ermənistandakı durğun vəziyyət onun 2011-ci ildə də inkişaf perspektivlərinə malik olmayacağını göstərir.  Bunu statistik göstəricilərə və proqnozlara əsasən aparılan müqayisəli təhlil bir daha sübut edir.
Təkcə onu demək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu faktın özü Azərbaycanın hərbi sahədə Ermənistanı qat-qat üstələdiyinə dair heç bir şübhə doğurmur. Düşmən ölkə nə qədər xaricdən gələn yardımlarla bu sahədə balansı saxlamağa çalışsa da etiraf edir ki, Azərbaycan hərbi potensialı və müdafiə qüdrəti hesabına sülh danışıqları nəticə verməyəcəyi halda hərbi yolla torpaqlarını işğaldan azad etməyə qadirdir.
Araşdırmalar göstərir ki, Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlıdır və bu göstəricilərlə adıçəkilən ölkə Cənubi Qafqazda “autsayder”dir. Əksinə, region dövlətlərinin iqtisadi və investisiya göstəricilərini təhlil edərkən belə məlum olur ki, hazırda Azərbaycan bölgənin ən sürətli inkişaf edən ölkəsidir. Neft-qaz, eləcə də, qeyri-neft sektorunun inkişaf etdirilməsi sayəsində Azərbaycan iqtisadiyyatı güclənib, əhalinin sosial-iqtisadi durumu və həyat şəraiti yüksəlib. 2009-cu ilin bütün dünya üçün böhranlı olmasına baxmayaraq, iqtisadiyyatın 9 faizdən çox artması yüksək göstəricidir. 2010-cu ildə isə ölkəmizdə iqtisadi inkişaf göstəriciləri 4,1 faiz, qeyri-neft sektorunda 5,2 faiz, sənaye istehsalında 3,1 faiz artıb.
Ermənistanda isə 2010-cu il iqtisadi tənəzzüllə müşayiət olunub. Təkcə  ötən ilin son iki ayında qeydə alınan inflyasiyanın səviyyəsi 9,6 faiz təşkil edib. Ermənistan Respublikası Milli Statistika Xidmətinin hesabatlarına əsasən göstərilən müddət ərzində ərzaq məhsulları bazarında inflyasiya həddi 14 faiz, qeyri-ərzaq məhsullarının satışında isə 4,6 faiz müşahidə olunub. Xidmət sahəsində qiymətlər 4,2 faiz bahalaşıb. Eyni zamanda, kənd təsərrüfatı sahəsində 14,5 faiz geriləmə qeydə alınıb.
Ermənistan 2010-cu ildə nəzərdə tutulan tədbirləri də tamamlaya bilməyib.
Statistik məlumatlara görə, MDB ölkələri arasında ən aşağı orta aylıq əməkhaqqı Ermənistandadır. Bu rəqəm-238 dollar təşkil edir. Azərbaycanda isə əhalinin pul gəlirləri 11 faiz artıb. ölkəmizdə minimum əməkhaqqı və minimum pensiyanın məbləği 75 manatdan 85 manata qaldırılıb.
Bu isə ona dəlalət edir ki, düşmən ölkədə sosial vəziyyət hər il pisləşir. Kütləvi işsizlik, sosial-iqtisadi vəziyyətin ağır olması, xarici investisiyaların yoxluğu hər il Ermənistandan on minlərlə erməninin xaricə axınına səbəb olur. Beynəlxalq Əmək Təşkilatının statistikasına görə, təkcə Rusiyada Ermənistandan 300 mindən çox miqrant var. Ermənistan “Dövlət məşğulluq xidməti” tərəfindən verilən 2010-cu ilin dekabrın 1-nə olan məlumata əsasən işsizliyə görə, sosial müavinət alanların sayı 20 min 467 nəfər olub.
Ermənistanda əhalinin dörddəbir hissəsindən çoxu yoxsulluq həddində yaşayır, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur. Dramın sürətlə devalvasiyası insanların həyat şəraitinin aşağı düşməsinə gətirib çıxarıb. Statistik məlumata görə, 2009-cu ildə 12,6 faiz olan “ifrat yoxsulluğ”un səviyyəsi ötən ildə 20 faizədək yüksəlib. Bu da onu göstərir ki, ölkədə hər üç adamdan biri yoxsul, hər 5 adamdan biri isə ifrat yoxsulluq həddindədir.  Məlumatda bir il ərzində yoxsul əhalinin sayının 214 min, ifrat yoxsulların sayının isə 245 min artaraq 650 min nəfərə qədər yüksəldiyi deyilir. Əhalinin həyat şəraiti ilə bağlı sosial standartların azalması ermənilərin ölkəni tərk etməsi ilə nəticələnir.
2010-cu ilin yekunlarına dair Ermənistan Mərkəzi Bankından verilən hesabatlarda dollarlaşmanın səviyyəsinin 3-4 faiz azaldıldığı göstərirlir. Bunun sayəsində də az da olsa cari hesabların defisitinin aradan qaldırılması və dramın devalvasiyasını neytrallaşmasının qarşısı alınıb. 2009-cu ildə 1 dollar 366,4 dram təşkil edirdisə, hazırda bu rəqəm 363,85 dram təşkil edir. Əslində, dramın süni şəkildə möhkəmləndirilməsi büdcədəki valyuta ehtiyatlarının xərclənməsinə səbəb olur.
Təbii sərvətlər, enerji resursları, əlverişli coğrafi şəraiti olan Azərbaycandan fərqli olaraq, cüzi təbii sərvətlər, xammal ehtiyatına malik olan Ermənistanda istehsal sahələri də fəaliyyət göstərmir. Bu gün Ermənistan dünyaya demək olar ki, konyakdan başqa heç nə ixrac edə bilmir. ölkədəki maliyyə sahələrinin 50 faizindən çoxu xarici, əsasən də Rusiya investorlarının əlində cəmləşib.
Ermənistandakı korrupsiya və bir neçə oliqarxın iqtisadiyyatı öz əllərində cəmləməsi də gələcək inkişafa olan ümidlərin üstündən xətt çəkir. Əsas gəlir mənbəyi xaricdə fəaliyyət göstərən erməni diasporunun ianələrindən ibarət olan Ermənistanın borcları da durmadan artır. Hazırda dövlət büdcəsinin vəsaitlərinin həcmindən çox olan borcların 2011-ci ildə 4 mlrd. ABŞ dollarına çatacağı gözlənilir. Qeyd edək ki, qlobal iqtisadi böhrana qədər Ermənistana xaricdən hər il 2 milyard dollara yaxın vəsait daxil olurdu ki, bu pullar hesabına ölkənin ödəmə balansındakı defisitin az qala 50 faizi təmin olunurdu. Statistikaya görə, 2009-cu il Ermənistana xaricdən pul transfertləri 30-35 faiz aşağı düşüb. Ermənistan Mərkəzi Bankının məlumatına əsasən xaricdən ölkəyə daxil olan pulların 60 faizi Rusiya, 7 faizi isə ABŞ-ın payına düşür.
Ermənistanda “kölgə iqtisadiyyatı”nın həcmi də kifayət qədər yüksəkdir və müstəqil iqtisadçılara görə, bu, az qala 70 faizdir. Dövlət mülkiyyətini özəlləşdirməklə gəlir götürmək də mümkün deyil. çünki bu cür mülkiyyətin bir çoxu ya dağıdılıb, ya da oliqarxların əlinə keçib. Ermənistanın bütün iri müəssisələri xaricilərin əlindədir. İrəvan Konyak Zavodunu Fransa şirkəti, mis-molibden kombinatını alman şirkəti, iri qranit zavodunu İsrail şirkəti, qalanlarını da Rusiya şirkətləri alıb. Orta və kiçik müəssisələrin üDM-dəki payı olduqca cüzidir. Ermənistan ərzaq istehsal edən ölkə durumunda da deyil. Xarici ticarət dövriyyəsində yüksək disbalans mövcuddur. İdxal ixracı dəfələrlə üstələyir. ötən ilin statistik rəqəmlərinə əsasən idxal ixracdan 4,7 dəfə çox olub.
Sonda onu da əlavə edək ki, Ermənistan nə qədər işğalçılıq siyasətinə davam edəcəksə, bu ölkədə iqtisadi böhran daha da dərinləşəcək. Bütün bunların qarşısını almaq üçün sadəcə bir yol var: Azərbaycan torpaqlarında işğal siyasətinə son qoymaq.
SEVİNC

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30