Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kimsənin torpağında gözümüz yoxdur

Kimsənin torpağında gözümüz yoxdur

21.09.2022 [10:31]

Ermənistan ərazisinə müdaxilə ilə bağlı kampaniya əsassızdır

9 aydır ki, davam edən Brüssel prosesi Ermənistan ilə Azərbaycan arasındakı problemlərin həlli istiqamətində ən effektiv addım sayılır.

Bu mənada, sonuncu görüşün ardından sülh müqaviləsinin hazırlanması ilə bağlı anonsun verilməsi regionda sabitliyin formalaşacağı ilə bağlı müəyyən ümidlər yaratmışdı. Amma ermənilərin yenidən təxribata əl atması bu kimi ümidləri də puç edir. Belə ki, sentyabrın 12-dən başlayaraq hərbi təxribatlara əl atan ermənilər birmənalı şəkildə sülh prosesinin pozulması üçün bütün güclərini “səfərbər etdilər”. Maraqlıdır ki, bu təxribatların ardından başlanan kampaniya isə baş verənlərin təsadüf olmadığını göstərir. Belə ki, təxribatlardan sonra guya Azərbaycanın Ermənistan ərazisinə girməsinin iddia olunması, hətta bunu daha geniş auditoriyaya, beynəlxalq aləmə “çatdırmaq üçün” Nensi Pelosi kimi ermənipərəstlərdən istifadə edilməsi bir sıra mətləblərdən xəbər verir. Diqqət yetirsək, görərik ki, digər ermənipərəstlər də məhz bu tezis üzərindən təbl?ğat aparmağa başlayıblar. Demək ki, erməni təxribatları heç də hərbi motivlə məhdudlaşmır, həm də siyasi təbliğat müstəvisində inkişaf etdirilir. Amma ermənilər və bu təbliğatın uğursuz daşıyıcıları olan ermənipərəstlər unudurlar ki, Azərbaycan dövləti kiminsə ərazisinə girməkdə maraqlı deyil. Hələ Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bəyan etmişdi ki, bizim kimsənin torpağında gözümüz yoxdur.

Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham etmək əsassızdır. Birincisi, Ermənistan hələ Qazaxın yeddi kəndini işğal altında saxlayır. İkincisi Ermənistan Paşinyanın dili ilə dedi ki, bu kəndlərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur. Deməli, bütün sərhədyanı zona şərtidir və sual altındadır. Ona görə də hələ kim-kimin ərazisindədir mövzusu ayrıca müzakirə olunmalıdır.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, sentyabrın 12-dən başlayaraq qısamüddətli erməni təxribatı Azərbaycanı bütün dünyanın gözündə nüfuzdan salmaq, ölkəmizi təcavüzkar dövlət kimi təqdim etmək üçün atılan addım idi. Onun fikrincə, Ermənistan yaxşı bilirdi ki, Azərbaycan bu təxribatları cavabsız qoymayacaq və Ermənistanın legitim hərbi hədəfləri və atəş nöqtələri susdurulacaq: “Lakin bunu Ermənistan ərazisinə müdaxilə etmək kimi qiymətləndirmək doğru deyil. Çünki Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini tanımır, ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edir, separatizmi dəstəkləyir. Hətta Qarabağda olan oyuncaq quruma maliyyə dəstəyi ayırır və onu dünyada tanıtmaqla məşğuldur. Buna görə də işğalçılığı dövlət səviyyəsində dəstəkləyən Ermənistanın bu gün Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatları tirajlaması qəbul olunan deyil. Eyni zamanda xüsusilə vurğulanmalıdır ki, Ermənistan I Qarabağ müharibəsi dövründə Qazaxın 7 kəndini işğal etmişdi. Bu işğal hələ də davam edir. Eyni zamanda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, adekvat olaraq Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayaraq tarixi torpaqlar məsələsini gündəmə gətirə bilər. Lakin Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Bu, beynəlxalq səviyyədə də bəyan olunub”.

Azərbaycanın beynəlxalq hüquqa böyük hörmətlə yanaşan dövlət olduğunu söyləyən İ.Hüseynov ölkəmizin ərazi bütövlüyü kontekstində də beynəlxalq hüququn fundamental norma və prinsiplərnin təmin olunmasını israrla tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi Ermənistanla sülh müqaviləsi imzalamasından və 5 maddəlik şərtlərin icrasından keçir. “Bu, həm də regional sülhün, təhlükəsizliyin, sabitliyin qorunması anlamına gəlir. Bu baxımdan, Ermənistanın torpaqlarına müdaxilə ilə bağlı erməni lobbisinin və xaricdə olan ermənilərin qaldırdığı kampaniya əsassızdır, həqiqətə uyğun deyil. Əgər İrəvan tərəfindən regionda sülh, təhlükəsizlik və birgəyaşayışla bağlı ciddi təşəbbüslər edilərsə, Azərbaycan bu təşəbbüsləri dəstəkləməkdə maraqlıdır.

Diqqət yetirsək, 10 noyabr üçtərəfli bəyanatından sonrakı dövrdə sülhə bağlı yalnız rəsmi Bakı çıxış edib. Ermənistan tərəfi isə sülhü pozmaq, təxribatlar törətməklə məşğul olub. Bu gün Ermənistan özü üçün siyasi səhnədə havadar axtarışındadır və bunu müxtəlif geosiyasi mərkəzlərə təmaslar qurmaqla həyata keçirir. Eyni zamanda, xaricdəki səfirliklərimizə hücumlar təşkil olunur. Bütün bunlar düşmənçiliyi təşviq etmək üçün atılan addımlardır. Xaricdəki ermənilər də Ermənistanın təhlükəsizliyini və davamlı inkişafını istəyirlərsə, bu cür vandal və xain hücumlardan çəkinməlidirlər”, - deyə politoloq əlavə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31