Son 104 ildə...
21.09.2022 [10:34]
Azərbaycan əhalisi 7,8 milyon (4.3 dəfə), Ermənistan 1,8 milyon (2.6 dəfə) nəfər artıb
Ölkəmiz demoqrafik inkişaf tempinə görə də regionun lideridir
Müasir dünyada bəzən mühüm amil, bəzən isə mühüm problem kimi dəyərləndirilən əhalinin təbii artımı dövlətin ən aparıcı sosial ünsürlərindən sayılır. Yerləşdiyimiz Cənubi Qafqaz regionunun ən çox əhalisi olan dövləti kimi Azərbaycan demoqrafik problem yaşamır. Ümumiyyətlə, bu gün bütün dünyada, ən əsası isə inkişaf etmiş Qərbdə kabusa çevrilmiş əhalinin təbii artımı ölkəmiz üçün xarakterik problem deyil. Son yüz ildə ölkəmizdə əhalinin təbii artımı yüksələn templə inkişaf edib. Təbii ki, müqayisə nəticəsində bu qənaətə gəlmək olar ki, Azərbaycan digər iki Cənubi Qafqaz respublikasından müsbət mənada fərqlənir. Statistika da deyilənləri təsdiqləyir.
8.081.668-dən 4.617.671 nəfəri Azərbaycanda yaşayırdı
1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində Cənubi Qafqazda üç müstəqil subyekt - Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları təşəkkül tapdı. Olduqca gərgin bir dövrdə yaranan bu müstəqil dövlətlərin əhalisinin sayı ilə bağlı tam dəqiq informasiyalar olmasa da, müəyyən mənbələrdən bunu araşdırmaq mümkündür.
Məsələn, 1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda Cənubi Qafqazın 237.055 km2-lik ərazisində 7.667.370 nəfərin yaşadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3.306.000 (43,1 %) müsəlman, 1.786.000 (23,3 %) erməni, 1.641.000 (21,4 %) gürcü. Həmin sənədə əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2.353.000 nəfər yaşayırdı ki, bu da Cənubi Qafqaz əhalisinin 30,7%-nə bərabər idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi sənədlərə görə isə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Qafqaz (Cənubi) ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi bildirilirdi. Göstərilən sənədlərdə məhz həmin ərazidə müvafiq olaraq Cənubi Qafqazın əhalisi də hesablanmışdı.
Paris Sülh Konfransına təqdim olunmuş sənədlərə əsasən, ümumiyyətlə, Cənubi Qafqazın əhalisi 8.081.668 nəfərdən ibarət idi. Onların 4.617.671 nəfəri (57,1 %) Azərbaycanda yaşayırdı. Azərbaycan əhalisinin 75,4 %-ni (3.481.889 nəfər) azərbaycanlılar, 17,2 %-ni (795.312 nəfər) ermənilər, 0,6 %-ni (26.585 nəfər) gürcülər, 6,7 %-ni (310.885 nəfər) başqa xalqların nümayəndələri təşkil edirdi.
1918-ci ildə yaranmış Gürcüstan Demokratik Respublikasının isə bir sıra mənbələrə görə 107 min kv.km ərazisi, 2.500.000 əhalisi vardı.
Həmin dövrdə Ermənistanın əhalisi isə Batum konfransından sonra 500.000, Mudros müqaviləsindən sonra isə 1.300.000 təşkil edib. Ərazisi isə “Sevr” müqaviləsinə qədər 70.000, “Sevr” müqaviləsindən sonra isə 170.000 kv.km təşkil edirdi. 1918-ci ilin mayına olan məlumata görə, Ermənistanda 1 milyon 114 min 698 nəfər yaşayıb. Onların etnik say tərkibi isə belədir: 669.871 erməni, 365.841 tatar (müasir azərbaycanlı), 36.508 kürd, 21.854 rus, gürcü, yunanlar, qaraçılar, 12.624 yezidi, 8000 türk. Təbii ki, bu rəqəmlər də müəyyən mənada ermənilərin xeyrinə təhrif olunub. Hətta bu rəqəmlərdən də görmək olar ki, həmin dövrdə Ermənistanda yaşayan ermənilərin sayı olduqca aşağı idi.
Burada da fərq açıq-aydın özünü göstərir. Azərbaycan həmin dövrdə də regionun ən çox əhalisi olan ölkəsi sayılıb. 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (86,6 min 2) əhalisi isə 1.952.000 nəfər idi. Bu fakt əsas götürülərsə, həmin dövrdə keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində təxminən 2.189.250 nəfər əhali yaşayırdı. Bu rəqəm 1916-cı ilin əvvəlinə olan vəziyyətlə müqayisə edildikdə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində onun mübahisəsiz ərazisində yaşayan əhali 700 min nəfərədək azalmışdı. I Dünya müharibəsi (1914-1918) dövründə və sonradan ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarının nəticələri buna yol açmışdı.
Azərbaycan 10 milyon 156,4 min, Ermənistan 2 milyon 986,1 min...
Müasir dövrdə də əhalinin say də təbii artım fərqi özünü bariz şəkildə biruzə verir. Belə ki, ötən 104 ildə Azərbaycan əhalisinin artımı göz önündədir - 2022-ci ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisinin sayı 10156,4 min nəfər olub. Fərq böyükdür - 104 il ərzində Azərbaycan əhalisi 7 milyon 803,4 min artıb. Bunun qarşılığında isə Ermənistanın hazırki əhalisi 2 milyon 986,1 min nəfərdir. Ötən 104 ildə bu ölkədə demoqrafik artım 1 milyon 871 min 402 nəfərdir. Gürcüstanın indiki əhali sayının 3 milyon 723 min 536 nəfər təşkil etdiyini nəzərə alsaq, 104 illik əhalinin artım sayı 1 milyon 223 min 536 nəfər təşkil edir.
Bəli, əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir. Azərbaycan xalqının genofondunun qorunması və demoqrafiya kimi məsələlər də milli təhlükəsizlik baxımından olduqca mühümdür və konkret dövlət siyasəti ilə tənzimlənir. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı “İnkişaf Konsepsiyası”nın əsas prioritetlərindən biridir. Eyni zamanda, sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində əhalinin rifahının təminatı hər bir dövlət üçün əsas məqsəd sayılır ki, bu da əhalinin təbii artımına xüsusi şəkildə siraət edir. Beləliklə, insan inkişafı və sosial-iqtisadi inkişaf qarşılıqlı şəkildə bir-birini şərtləndirir. İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, ömür uzunluğu, əhalinin yaşlaşması, doğum, reproduktiv sağlamlıq və digər geniş sahəli məsələləri özündə cəmləşdirir.
Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda Azərbaycan Respublikasında xüsusi aktuallıq daşıyır. Bununla əlaqədar olaraq, demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilib və onun əsasında Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq olunub. Bu kimi qanunvericiliklər ölkənin demoqrafik inkişafında mühüm rola malik olub.
Nəticə etibarı ilə sürətlə inkişaf edən Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi demoqrafik inkişaf baxımından da regional lider statusu daşıyır. Bu fakt bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapır. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

