"Human Rights Watch" təşkilatının hesabatları subyektivdir
28.01.2011 [10:04]
Məlum olduğu kimi, ABŞ-da fəaliyyət göstərən və dünya ölkələrində insan hüquqları, sosial-siyasi təsisatların demokratik indekslər baxımından durumu və fəaliyyət mexanizmi kimi fundamental məsələləri araşdıraraq hesabatlar hazırlayan “Human Rights Watch” təşkilatı insan haqlarının vəziyyəti ilə bağlı növbəti illik hesabatını hazırlayıb. Hesabatda ənənəvi surətdə araşdırılan müxtəlif ölkələrdəki daxili durum reallıqdan uzaq şəkildə dəyərləndirilib. Belə ki, hesabatın real faktlar əsasında deyil, konkret güclərin transmilli maraqlarına xidmət edən detallar əsasında tərtib edilməsini göstərən bir sıra, kifayət qədər qərəzli və paradoksal məqamlar yer alıb. Məsələn, mülki vətəndaşlara qarşı mütəmadi olaraq repressiv metodlar tətbiq edilən, insan və vətəndaş hüquqları və azadlığının tamamilə pozulduğu bəzi ölkələr “azad” və ya “qismən azad” kateqoriyalı ölkələr sırasına daxil edilib, amma sosial-siyasi təsisatların fəaliyyəti və inkişafına geniş imkanların yaradıldığı, insan və vətəndaş hüquqları və azadlığının təmin edildiyi bir sıra ölkələr tənqid hədəfinə çevrilib. Təəssüflə qeyd etmək lazımdır ki, tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Amma ölkədaxili ictimai-siyasi vəziyyətə dair obyektiv, təhrif olunmamış faktlara nəzər salan hər bir şəxsə aydındır ki, hökumətdənkənar təzyiq qrupu qismində çıxış edən “Human Rights Watch” təşkilatının iddia etdiyinin əksinə olaraq, Azərbaycanda ictimai-siyasi təsisatların fəaliyyəti üçün olduqca demokratik mühit mövcuddur, eləcə də, siyasi sistemin struktur elementləri mütəmadi surətdə təkmilləşməkdədir, həmçinin, dövlətimiz insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısı qismində çıxış edir...
Bəs belə olan təqdirdə bəhs olunan təşkilatın bu cür “ideoloji hücum” səciyyəli aktını necə dəyərləndirmək lazımdır? Bu sualın cavabını tapmazdan əvvəl daha bir neçə suala cavab vermək lazımdır:
- “Human Rights Watch” təşkilatı hansı qüvvələrin maraqlarına xidmət edir və öz hesabatlarında real surətdə hansı prinsiplərə söykənir?
- Sözügedən təşkilat öz hesabatlarını hansı mənbələr əsasında hazırlayır və hesabatlar reallığa nə dərəcədə uyğundur?
- Qeyri-obyektiv, birtərəfli və qərəzli hesabatların hazırlanması ilə hansı məqsədlərə nail olunmaq istənilir?
Beləliklə, bu suallardan yola çıxaraq bəhs olunan təşkilatın fəaliyyət mexanizminin əsaslarını və hazırlanan hesabatların mahiyyətini aşkar etməyə çalışaq...
İlk növbədə “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı istinad etdiyi mənbə(lər) haqqında...
Maraqlıdır, görəsən, bəhs olunan təşkilat illik hesabatını tərtib edərkən Azərbaycanla bağlı apardığı araşdırmalarda ilkin mənbə kimi hansı informasiya resurslarına istinad edib?
Sözügedən təşkilatın hesabatında öz əksini tapan məqamlara və detallara nəzər saldıqda aydın olur ki, məhz bu dəfə də Azərbaycanla bağlı əsas informasiya mənbəyi qismində ölkədə fəaliyyət göstərən bir sıra qeyri-ciddi müxalifət qəzetləri çıxış edib. Hansı ki, sözügedən media qurumları öz fəaliyyətləri ilə ideoloji müstəvidə ictimai rəyi çaşdırmağa və yanlış istiqamətə yönləndirməyə çalışırlar. Belə olan təqdirdə özünü ciddi araşdırmalar aparan transmilli təsisat kimi təqdim edən bir təşkilatın hesabatlarını nə dərəcədə ciddi və obyektiv araşdırma kimi qəbul etmək olar? Bir təsisat ki özünün “obyektiv” araşdırmalarında ilkin informasiya mənbəyi kimi siyasi manipulyasiya funksiyasını yerinə yetirən media qurumlarının dezinformasiyalarını götürür, bu halda onun hesabatlarının hansı önəmi var?
Bir sözlə aydın olur ki, dezinformasiyaları ilkin informasiya mənbəyi kimi əsas götürüb hesabatlar hazırlayan “Human Rights Watch”un araşdırmaları da siyasi manipulyasiya səciyyəsi daşıyır...
Məhz belə olan təqdirdə sözügedən təşkilatın hesabatında Azərbaycanla bağlı əksini tapmış qərəzli, qeyri-obyektiv və ziddiyyətli məqamlara diqqət yetirərək onun əsl mahiyyətini nəzərə çatdırmaq məqsədə müvafiqdir...
ölkəmizdə yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir
Birmənalı olaraq qeyd etmək lazımdır ki, son illər Azərbaycan mətbuatının inkişafında çox böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib. Xüsusən, 2010-cu il Azərbaycan mətbuatının inkişafında mühüm qərarların qəbulu və mətbuatın problemlərinin həllinə yönəlmiş əhəmiyyətli addımların atılması, dövlət tədbirlərinin keçirilməsi ilə yadda qaldı. ümumiyyətlə, Azərbaycanda KİV-in inkişafı ilə bağlı aparılan siyasətin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir.
Milli mətbuatımızın yaranmasının 135 illiyinə təsadüf edən 2010-cu il ərzində Azərbaycanda KİV-lə bağlı keçirilən tədbirlər, həmçinin, dövlət başçısı tərəfindən imzalanan Fərman və sərəncamlar isə mətbuatın inkişafında əsaslı irəliləyişlərin əldə olunmasını şərtləndirdi. Milli mətbuatımızın bayramının dövlət səviyyəsində qeyd olunması həm Azərbaycan hökumətinin, həm də dövlətimizin bu sahəyə münasibətini çox açıq şəkildə ortaya qoydu. Eyni zamanda, dövlət başçısının ötən il iyunun 10-da imzaladığı Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında, həmçinin, iyulun 22-də imzaladığı bir sıra jurnalistlərə fəxri adların verilməsi, KİV-lərə birdəfəlik yardımların ayrılması və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamlar KİV-in inkişafında yeni mərhələnin başlanğıcını qoydu. İyulun 22-də Mətbuat Şurasının ən müasir tələblərə cavab verən yeni binasının açılışında iştirak edən dövlət başçısı şuranın İdarə Heyətinin üzvləri ilə görüşdəki çıxışı zamanı söz azadlığının, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması sahəsində ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bəyan etdi. Prezident medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlərin görüldüyünü, dövlət konsepsiyasının qəbul edildiyini bildirdi: “Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir”.
Yeri gəlmişkən, həmin görüşdə Prezident İlham Əliyev “Jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin” dedi və səslənən təklifə ən operativ şəkildə cavab verdi. Belə ki, dövlət başçısının iyulun 22-də imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama uyğun olaraq Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini ifadə edir.
Beləliklə, görülən bütün bu tədbirlər Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafına, jurnalistikanın problemlərinin həllinə həssas münasibətini, yüksək diqqətini ifadə edir. Təbii ki, mətbuat nümayəndələri də bu diqqət və qayğını görür, onu yüksək qiymətləndirir. Məhz bu qiymətləndirmənin məntiqi nəticəsi olaraq, “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun qalibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub.
Milli mətbuatımızın inkişafı “Human Rights Watch”u niyə narahat edir?
Amma çox təəssüflər olsun ki, Azərbaycan dövlətinin mətbuata, mətbuat nümayəndələrinin isə ölkəmizin başçısına belə böyük ehtiramını, sevgisini həzm edə bilməyən müəyyən qüvvələr bundan narahatlıq keçirirlər. “Human Rights Watch” təşkilatının hesabatında da Azərbaycan mətbuatı haqqında əks olunmuş qərəzli fikirlər bunu ortaya qoyur. Mətbuatın inkişafı istiqamətində dövlətin gördüyü işlərdən bir cümlə belə yazılmayan həmin hesabatda görəsən, müxtəlif qanun pozuntularına və törətdikləri cinayət əməllərinə görə həbs olunmuş şəxslərin müdafiə olunması hansı məqsədə xidmət edir? Qərəzli hesabatda iddia olunur ki, guya Eynulla Fətullayev jurnalistika fəaliyyətinə görə həbs olunub. Təbii ki, bu absurd və həqiqətə söykənməyən iddiadır. çünki əgər E.Fətullayev doğrudan da yazdığı yazılara, mətbuatdakı fikirlərinə görə həbs olunmuş olsaydı, bu gün müxtəlif qəzetlərdə onun yeni yazıları işıq üzü görməzdi. Həmin təşkilata məlumat ötürənlər də çox gözəl bilirlər ki, E.Fətullayev hazırda həbsxanada olmasına baxmayaraq, mütəmadi olaraq yazılar yazır və onun yazıları qəzetlərdə dərc olunur. Deməli, o, jurnalist olduğu üçün deyil, konkret cinayət əməli törətdiyi üçün həbs olunub. Bunu da təbii qarşılamaq lazımdır. çünki E.Fətullayev jurnalist olmaqla bərabər, həm də bir vətəndaşdır və hüquqi dövlət olan Azərbaycanda qanunlara riayət olunması onun vətəndaşlıq borcudur. çalışdığı sahədən asılı olmayaraq, istənilən vətəndaş qanun pozuntusuna yol veribsə, o, qanun çərçivəsində məsuliyyətə cəlb olunur. Eləcə də, hesabatda adları çəkilən digər şəxslər də konkret hüquq pozuntusuna yol verdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar və kiminsə buna etiraz etmək haqqı yoxdur.
Ya da başqa bir məqama nəzər yetirək. Azərbaycan mətbuatında təhqirlərin və böhtanların yolverilməzliyinin bütün cəmiyyət üzvləri, ziyalılar tərəfindən ifadə olunduğu bir zamanda, həmin təşkilatın hesabatında qəzetlərdə bu halların geniş yayılmasına çağırışlar kimə və nəyə görə sərf edir?
Təbii ki, bunların səbəblərini bütün jurnalistlər, bütövlükdə Azərbaycan xalqı çox gözəl bilir. Onların bu cür uydurma, yalan və böhtan dolu fikirlərinin Azərbaycan cəmiyyətində qarışıqlıq yaratmağa, ölkəmizə təzyiqlər göstərməyə hesablandığı heç kəsə sirr deyil. Ona görə də xalqımız, o cümlədən, cəmiyyətin lokomotivi hesab olunan mətbuatımızın nümayəndələri bu tip davranışlara qarşı daim barışmaz mövqe sərgiləyir, sərt reaksiyasını ifadə edir. Həmin təşkilatların xidmət etdiyi qüvvələrin müəyyən maddi və mənəvi dəstəyi ilə ölkəmizin daxilində fəaliyyət göstərən siyasi və qeyri-hökumət təşkilatlarının birmənalı şəkildə cəmiyyətimiz tərəfindən qəbul olunmaması həm də bu tip davranışlara qarşı göstərilən etirazdır.
“Human Rights Watch”un Azərbaycandakı parlament seçkiləri ilə bağlı hesabatı ziddiyyətli və qərəzlidir
Sözügedən təşkilatın hesabatının Azərbaycanla bağlı hissəsində “Parlament seçkiləri” başlığı altında əks olunmuş fikirlər (əslində iddialar desək, daha doğru olar) olduqca ziddiyyətli və qərəzlidir. Belə ki hesabatın bəhs olunan hissəsində qeyd edilir ki, guya ki, seçki kampaniyası siyasi partiyaların fəaliyyətinin və ifadə azadlığının məhdudlaşdırılması, sərbəst toplaşma azadlığına məhdudiyyətlər qoyulması ilə müşayiət edilib.
Göründüyü kimi, bəhs olunan təşkilatın hesabatında ölkəmizdə baş tutmuş parlament seçkiləri ilə bağlı reallıqlar kobud surətdə təhrif edilib. çünki seçkiləri müşahidə edən hər bir subyektə bəllidir ki, ümummilli aksiya səciyyəsi daşıyan bu seçki də digərləri kimi ənənəvi surətdə özünün demokratikliyi və şəfafflığı ilə fərqləndi. Belə ki, seçkiöncəsi ərəfədə və seçki günündə siyasi sabitliyin maksimum səviyyədə təmin olunması, seçkilərdə iştirak edən bütün namizədlərə bərabər şəraitin yaradılması, seçicilərə özlərinin aktiv seçki hüququndan istifadə etmək üçün geniş imkanların verilməsi kimi faktlar seçkilərin demokratikliyini təmin edən fundamental faktorlar oldu. Məhz bunun da qanunauyğun nəticəsi kimi, seçkiləri izləyən yerli və beynəlxalq müşahidəçilər yekdilliklə prosesi demokratiklik və ədalətliliyinə görə yüksək səviyyədə dəyərləndirdilər.
Digər tərəfdən, seçkiləri izləmiş beynəlxalq müşahidəçilər də öz hesabatlarında onun demokratikliyini və şəffaflığını nəzərə çatdırdılar. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, MDB Müşahidə Missiyası və Avropa Şurası Parlament Assambleyasından olan müşahidəçilər ölkəmizdə baş tutmuş parlament seçkilərinin beynəlxalq standartlara müvafiq surətdə demokratik, legitim və şəffaf şəraitdə keçirilməsini təsdiqlədilər...
Bu, bir daha onu göstərdi ki, “Human Rights Watch” bu məsələdə də siyasi manipulyator rolunu oynayan qüvvələrin dezinformasiyalarına əsaslanmaqla real faktları ciddi surətdə təhrif edib...
Azərbaycanda insanların sərbəst toplaşma azadlığı tam təmin olunub
“Human Rights Watch”un Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialardan biri də ölkəmizdə guya sərbəst toplaşma azadlığının təmin olunmaması ilə bağlıdır. Amma hesabatda qeyd olunan “faktlar”ın elə özləri tərəfindən təkzib olunması onların yalanlarını üzə çıxarır.
“Human Rights Watch” iddia edir ki, Dövlət Neft Akademiyasında 2009-cu ildə baş vermiş faciənin ildönümünü qeyd etmək üçün toplaşmış bəzi siyasi fəallar həbs olunub. Əslində, həmin təşkilat özü-özünü təkzib edir. Qeyd olunduğu kimi, 2009-cu ildə baş vermiş hadisə cinayət hadisəsidir və bu cinayət hadisəsinin tədqiqi hüquqi müstəvidə araşdırılıb, cinayətkarlar cəzasına çatıb. Bu məsələni öz cılız korporativ maraqları müstəvisinə transfer etmək, bir cinayət hadisəsini siyasiləşdirməyə cəhd göstərmək üçün müxtəlif qeyri-qanuni aksiyalar təşkil etmək, ictimai sabitliyi pozmağa cəhd etmək əlbəttə ki, qanun pozuntusudur. Vətəndaşların təhlükəsizliyini və sabitliyi qorumağa məsuliyyət daşıyan orqanlar isə şübhəsiz ki, bu cəhdlərin qarşısını almalıdır.
Bundan başqa, hesabatda Kür çayında baş vermiş daşqın zamanı guya monitorinq aparan şəxslərin saxlanıldığı göstərilib. Məlumat üçün deyək ki, həmin dövrdə təbii fəlakətin qarşısını almaq üçün bütün dövlət strukturları var gücləri ilə işə qoşulmuşdular. Məhz dövlətimizin fəlakətə vaxtında və operativ müdaxiləsi, Prezident İlham Əliyevin təbii fəlakətin qarşısının alınması üçün verdiyi göstərişlər, görülən tədbirlər fəlakətin faciəyə çevrilməsinin qarşısını aldı. Həmin dövrdə bəzi müxalifət mətbuat orqanları, düşərgənin nəzarətində olan QHT-lərin məsələyə fərqli don geydirmək, müxtəlif istiqamətlərdə izahatlar verməyə çalışmaq, məsələni siyasiləşdirmək və əsassız iddialar irəli sürmək cəhdləri nəzərə çarpırdı. Hətta bəzi məqamlarda bu cür milli maraqlardan kənar təşkilatların xalq arasında təşviş salmaq üçün təxribatlar apardığı da aydın şəkildə ortada idi. O baxımdan, qərəzli bir təşkilatın ölkəsinin milli maraqlarını satan belələrinə arxa çıxması qeyri-adi hal deyil.
Bundan başqa, sərbəst toplaşmaq azadlığından danışdıqda ötən il baş tutmuş parlament seçkilərində bu sahədə görülən mütərəqqi işlər mütləq vurğulanmalıdır. Parlament seçkiləri dövründə hər bir siyasi partiyaya kütləvi aksiyalar keçirmək üçün yerlər təklif edilmişdi. Maraqlıdır ki, həmin dövrdə heç bir siyasi partiya kütləvi aksiya keçirmədi. Beləliklə, onlar özləri sərbəst toplaşma hüququndan istifadə etməkdən könüllü şəkildə imtina etdilər. İkinci bir tərəfdən, müxalifət qüvvələrinin elektoratının olmaması, tərəfdarlarının sayının minimal səviyyədə olması və həmin kütləvi aksiyalara cəmiyyətin marağının olmaması faktdır. Yəni, müxalifət kütləvi aksiya keçirmək iqtidarında deyil. Təşkilat isə qərəzli şəkildə onların bu zəifliyini məhz hakimiyyətə böhtan atmaqla kompensasiya etməyə çalışır.
ölkəmizdə insanların sərbəst toplaşma azadlığı Konstitusiya ilə təsbit olunub. Digər tərəfdən, bu gün Azərbaycanda yüksək səviyyədə hazırlanmış “Sərbəst toplaşma azadlığı haqqında” Qanun mövcuddur. İnsanlar bu hüquqlarından azad şəkildə istifadə edə bilirlər. “Human Rights Watch”un yazdıqları isə qərəzdən doğan subyektiv fikirlərdən başqa bir şey deyil.
ölkəmizdə vicdan azadlığı təmin olunub
Azərbaycan müxtəlif dini-etnik qrupların qardaşlıq mühitində əsrlər boyu birgə yaşadığı tolerant ölkədir. Xalqımızın genetik yaddaşında, mənəvi mədəniyyətində özünəməxsus iz qoyan bu keyfiyyət sayəsində ölkəmizdə heç bir zaman dini zəmində qarşıdurma yaşanmayıb. Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan hökumətinin vətəndaşların dini azadlıqlarının qorunmasına göstərdiyi diqqət, müxtəlif konfessiyaların hüquq və azadlıqlarının qanunla təsbit edilməsi xalqımızın tarixi keçmişindən gələn tolerantlıq ənənələrinin davam etdirilməsinə və gələcək nəsillərə ötürülməsinə böyük töhfədir.
Qeyd etdiyimiz kimi, ölkə qanunları dinlə bağlı məsələlərə tam aydınlıq gətirir. Konstitusiyamızda göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Ali Qanunda, həmçinin, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların təbliği qadağan olunub. Beləliklə, Azərbaycanda qanun etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir kəsə dini seçim etməyə və etiqad etdiyi dinə məxsus ayinləri yerinə yetirməyə imkan verir.
Azərbaycanda ictimai həyatın bütün sahələrində gedən mütərəqqi prosesləri məqsədli şəkildə diqqətdən kənarda saxlayan “Human Rights Watch” təşkilatı ölkəmizdə dini etiqad və vicdan azadlığı məsələsinə münasibətdə də qərəzli mövqeyinə sadiq qalıb. Hesabatda ötən il ölkədəki bütün dini icmaların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməsinə, bir neçə icmanın isə qeydiyyata alınmamasına mənfi don geyindirilməyə çalışılıb. Halbuki, burada qanundankənar, yaxud tolerantlığa zidd heç nə yoxdur. Azərbaycanda topluma yararlı məqsədlərlə, ölkə qanunları çərçivəsində fəaliyyət göstərən istənilən dini icma üçün qeydiyyatdan keçmək məsələsi heç bir problem yaratmır. Yalnız gördüyü işlərin arxasında çoxsaylı qaranlıq məqamları olan, şəffaflıqdan yayınan bəzi radikal dini qurumlar qeydiyyatdan keçmək üçün lazım olan sənədləri təqdim edə bilmədiklərindən qanuna müvafiq olaraq qeydiyyatdan kənarda qalırlar. Qeyd edək ki, ölkəmizdə qeydiyyatdan keçə bilməyən dini icmaların fəaliyyəti ictimai sabitliyə təhlükə törətdiyindən və aqressiv xarakter daşıdığından bir çox ölkələrdə, o cümlədən, Avropada da qadağan olunub. Buradan isə təbii olaraq belə bir sual meydana çıxır. Bəzi dini icmaların fəaliyyətinin əksər Qərb dövlətləri ərazisində qadağan edildiyi halda hansı əsasla həmin icmaların başqa ölkələrdə fəaliyyət göstərməsinin dövlət tərəfindən dəstəklənməsi tələb oluna bilər? Sözsüz ki, bu yenə də təşkilatın qərəzli mövqeyindən xəbər verir.
Son məlumatlara görə, Azərbaycanda 510 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Onların arasında müxtəlif konfessiyalara mənsub dini qurumlar mövcuddur. Göründüyü kimi, respublikamızda vətəndaşların vicdan azadlığı və hüquq bərabərliyi əsasında dini etiqad məsələlərində tam sərbəstliyi təmin olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti beynəlxalq miqyasda nümunəvi model kimi dəyərləndirilir. Belə olan halda, “Human Rights Watch” təşkilatının məsuliyyətli yanaşma və tutarlı faktlara söykənən ciddi təhlillərdən uzaq hesabatı Azərbaycandakı dini azadlıqlarla bağlı vəziyyəti gerçəkliyə uyğun işıqlandırmır. Birtərəfli və qərəzli yanaşma təşkilatın hazırladığı hesabatın obyektivliyini şübhə altına qoymaqla yanaşı, qurumun fəaliyyətinin qeyri-ciddi xarakter daşıması, müəyyən cılız siyasi məqsədlərə xidmət göstərməsi barədə təsəvvür yaradır.
öz gözündə tiri görmür...
İllik hesabatın Azərbaycanla bağlı hissəsində yer alan digər bir məqam guya ölkədə polisin vətəndaşlarla pis rəftar etməsilə bağlıdır. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan polisi ictimai asayişin keşikçisi qismində və qanunsuzluqlarla mübarizə sahəsində fəaliyyəti ilə vətəndaşların inam və etibarını qazanıb. Bu, həm də son illər ölkədə polis etikasının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi yönündə görülən işlərin məntiqi nəticəsi sayıla bilər. Belə ki, 1997-ci ildən etibarən respublikada Avropa Şurasının “Polis və insan hüquqları” proqramı, “Qanunun aliliyinin möhkəmləndirilməsi üzrə Əməkdaşlıq Proqramı” və “İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti” proqramı çərçivəsində müxtəlif mövzular üzrə seminarlar keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 28 dekabr 2006-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar insan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. ötən il isə “Polis etikası haqqında” Avropa məcəlləsində təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında “Daxili işlər orqanları əməkdaşlarının etik davranış məcəlləsi” hazırlanıb. ümumiyyətlə, polisin gündəlik işində demokratik dəyərləri rəhbər tutması yolları, insan hüquqlarına riayət olunması problemlərinə həsr olunan seminarlar, elmi-praktik konfranslar davamlı şəkildə keçirilir. Bütün görülən işlərin nəticəsi olaraq polis-vətəndaş münasibətləri bu gün yüksək səviyyədədir.
Polis zorakılığına dair ən tipik nümunələr isə elə təşkilatın yarandığı ölkədədir. Bu ölkədə nəinki məhbuslar, hətta küçədə gedən adi vətəndaş belə şübhəli hesab olunan kimi polisin amansız rəftarı ilə üz-üzə qalır. Bütün dünya ictimaiyyəti dəfələrlə polis zorakılığına məruz qalan insanların döyülməsi və bəzən öldürülməsi hallarının şahidi olub və bu vəziyyət hazırda da dəyişməyib. Əminliklə söyləyə bilərik ki, “Human Rights Watch” təşkilatı başqa dövlətlərə qarşı əsassız ittihamlar irəli sürməzdən əvvəl özünün yerləşdiyi ölkədəki insan haqları ilə bağlı maraqlanıb mövcud nöqsanları tənqid edərsə, daha məntiqə uyğun olar.
Azərbaycanda siyasi məhbus yoxdur
Məlumdur ki, siyasi hüquq və azadlıqların təmin olunduğu Azərbaycanda siyasi plüralizm demokratik siyasi sistemin mühüm ünsürlərindən biri kimi bərqərar olub. Bu baxımdan, Azərbaycanda heç bir vətəndaş qanunla siyasi mövqeyinə görə təqib oluna, yaxud azadlıqdan məhrum edilə bilməz və bu, praktikada da belədir. Azərbaycanda siyasi məhbus olmadığını nəzərə alsaq, bu məsələ ölkəmizdə heç bir aktuallıq daşımır. Lakin sözügedən təşkilatın bu məsələni yenidən gündəmə gətirməyə çalışması, Azərbaycanda guya siyasi məhbusların mövcudluğu ilə bağlı iddialar irəli sürməsi ölkəmizə qarşı qərəzli yanaşmanın daha bir göstəricisi kimi qiymətləndirilə bilər.
Unutmaq lazım deyil ki, siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər bir vətəndaş qanun qarşısında bərabərdir və törətdiyi əməllərə görə eyni dərəcədə məsuliyyət daşıyır. Bu gün bəzi qüvvələrin məqsədli şəkildə siyasi məhbus adlandırdığı şəxslər siyasi motivlərlə deyil, törətdikləri xuliqanlıq və cinayət əməllərinə görə azadlıqdan məhrum ediliblər. Siyasi mənsubiyyətindən, partiya üzvlüyündən sui-istifadə edərək özlərini “siyasi məhbus” kimi qələmə verən belə şəxslər Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələrin, “Human Rights Watch” kimi təşkilatların əlində alətə çevrilirlər.
Digər tərəfdən, heç bir siyasi partiya mənsubiyyəti və ya siyasi fəallığı olmayan şəxslərin adlarının “siyasi məhbuslar” siyahısına salınması halları dəfələrlə müşahidə olunub. Belə qənaətə gəlmək olar ki, bu anlayış müəyyən daxili və xarici qüvvələr tərəfindən siyasi alver vasitəsi kimi istifadə edilir.
Subyektiv münasibətin növbəti nümunəsi...
Bəhs olunan hesabatda Azərbaycanla bağlı “Başlıca beynəlxalq oyunçular” başlığı altında əks olunmuş iddialar da olduqca ziddiyyətli və qərəzlidir. Belə ki, burada irəli sürülmüş fikirlərin reallığa müvafiq olmayaraq təhrif olunduğunu nəzərə çatdırmaq üçün onlara sadəcə nəzər yetirmək kifayət edir. Beləliklə, hesabatda qeyd edilir ki, beynəlxalq və dini təsisatlar, habelə tərəfdaşlar Azərbaycanda insan hüquqlarının vəziyyəti, xüsusilə də media azadlıqları ilə bağlı narahatlıqlarını və tənqidlərini ifadə edir. Bu münasibətin və ya iddianın yanlış, qərəzli və ziddiyyətli olduğunu müəyyən etmək üçün, sadəcə, bir neçə fakta toxunmaq kifayətdir. Birincisi, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının mütləq surətdə təmin olunması və inkişafı üçün dövlət öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdədir. Konstitusion əsaslı hüquq və azadlıqların-sərbəst toplaşmaq, dini etiqad, sərbəst özünüifadə kimi azadlıqların yüksək səviyyədə təmin olunması reallığı əks etdirən başlıca nüanslardır. İkincisi, media azadlığının mütləq surətdə bərqərar olunması yönündə dövlətin öz funksiyaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməsi də fundamental arqumentdir. Bunlar isə onun göstəricisidir ki, ölkəmizdə media azadlığı sahəsində iddia edildiyi kimi, hər hansı bir ciddi xarakter daşıyan qanunazidd problem mövcud deyil...
“Human Rights Watch” hökumətdən kənar təzyiq qrupudur
Beləliklə, sadalanan faktlar və Azərbaycandakı real vəziyyətin təhlili də bir daha göstərir ki, ölkəmizdə bütün sahələrdə böyük inkişaf var və müəyyən güclərin təxribat xarakterli davranışları bu inkişafa mane ola bilməz. Bəs belə olan halda, “Human Rights Watch” təşkilatının ölkəmizdəki real vəziyyəti, əsl faktları bir kənara qoyub, qərəzli, həqiqətdən uzaq hesabat hazırlaması və onun cəmiyyətə təqdim olunması hansı məqsədə xidmət edir? Təbii ki, bu sualın da cavabı kifayət qədər aydın və başadüşüləndir.
Demokratik norma və dəyərlərdən təzyiq vasitəsi kimi istifadə edən “Human Rights Watch” beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladır. Məhz bu cür hökumətdən kənar aktorlar-təzyiq qrupları “demokratiya” və “insan hüquqları” kimi fundamental prinsiplərdən ideoloji silah kimi istifadə edir və dövlətlər üzərində basqı vasitəsilə bir sıra güclərin maraqlarını təmin edən xidmətçi funksiyanı yerinə yetirirlər. Elə buna görə də, “Human Rights Watch” öz hesabatlarında konkret, real faktlardan yan keçərək subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Bununla yanaşı, təşkilatın hər il hazırladığı hesabatlarda real faktlar təhrif edilir və müxtəlif ölkələrdə daxili ictimai-siyasi sabitliyin pozulmasına yönəlik provokativ detallar əks olunur. Başqa sözlə, ambisioz qrupların strateji səciyyəli transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə paradoksal situasiya yaratmağa hesablanmış hesabatlarla çıxış edir. Bu isə təşkilatın beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən lobbist bir təsisat olduğunu sübut edir...
Amma kimin nə deməsindən, nəyi necə etməsindən asılı olmayaraq, Azərbaycan öz inkişaf yolundan dönən deyil. Azərbaycan dövləti artıq bütün mürəkkəb sınaqları uğurla keçib, böyük maneələri müvəffəqiyyətlə dəf edib. Prezident İlham Əliyev də bu məqama toxunaraq vurğulayıb ki, bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq: “O ölkə ki, burada bütün azadlıqlar vardır. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və bu gün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Bizim bütün təşəbbüslərimiz, irəli sürdüyümüz bütün layihələr səmərə verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir”.
“Human Rights Watch” çalışın obyektiv və ədalətli olun. O zaman siz də tərəfdaşlarımızın içərisində ola bilərsiniz.
“Yeni Azərbaycan”ın analitik qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01

