"Azərbaycanın işğal edilmiş əraziləri haqqında" Qanun qabaqlayıcı funksiyanı yerinə yetirəcək
09.02.2011 [09:48]
“İşğala məruz qalan ölkələrdə işğal edilmiş ərazilər haqda qanunun qəbul olunması təcrübəsi var və bunda əsas məqsəd həmin ərazilərin statusunu dünyaya çatdırmaqdır”. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Mili Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı “Media forum” saytına açıqlamasında belə deyib. O, bildirib ki, qanunun qəbul olunması bir sıra hüquqi məsələlərin həll olunmasına imkan verəcək: “Hesab edirəm ki, belə bir qanun qəbul edilməlidir. Hər halda, bu, parlamentin iradəsindən asılı olan məsələdir. Eyni zamanda, Azərbaycanın müvafiq nazirlikləri, o cümlədən Xarici İşlər Nazirliyi bu qanun layihəsinin qəbulu ilə bağlı fikrini bildirməlidir. ümumilikdə götürdükdə, bu, müsbət ideyadır. Belə bir qanunun qəbul olunması həm Ermənistanın işğal etdiyi ərazilərə xarici vətəndaşların gedib-gəlməsi sahəsində qayda yaratmaq, Azərbaycandan razılıq almadan həmin ərazilərə gedən xarici vətəndaşlara xəbərdarlıq olunması mexanizmini qurmaq, həm də işğal altında olan ərazilərə hansısa xarici şirkətin investisiya qoymasını məhdudlaşdırmaq baxımından vacibdir. Biz bu qanunu qəbul etməklə gələcəkdə baş verəcək hadisələrə görə məsuliyyəti işğal olunan ərazilərə investisiya yatıran şirkətin üzərinə qoymuş oluruq. İşğal olunan ərazilərə investisiya qoymaq istəyənlər buna görə özləri məsuliyyət daşıyırlar. Mənim mövqeyim məlumdur və belə bir qanunun qəbul olunmasının təşəbbüskarlarından biri olduğuma görə layihə müzakirəyə çıxarılanda onu dəstəkləyəcəm”.
Mübariz Qurbanlı hesab edir ki, “Azərbaycanın işğal edilmiş əraziləri haqqında” qanun layihəsi ekspertlərin, xüsusilə də beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirakı ilə parlament komitələrində geniş müzakirə olunmalıdır. O, deyib ki, bu cür qanunun qəbul edilməsi Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərə getməsinə birmənalı qadağa qoymamalı, müəyyən istisna hallar olmalıdır: “Azərbaycan vətəndaşları Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə müəyyən danışıqlar, xalq diplomatiyası çərçivəsində və bəzi məsələlərlə bağlı səfər edə bilərlər. Burada müəyyən nüanslar var və mütləq nəzərə alınmalıdır, yəqin nəzərə alınacaq da. Müvafiq dövlət qurumlarının razılığı ilə bu addım atıla bilər. Zərurət yaranarsa, Azərbaycan vətəndaşları dövlət qurumlarının razılığı ilə işğal olunan ərazilərə gedə bilərlər. Burada da müəyyən nizam-intizam yaradılmasına ehtiyac var. Hansısa bir QHT-nin, media qurumunun nümayəndəsi orada keçirilən tədbirə dəvət alır və Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərə gedir. Bu, düzgün deyil və yolverilməzdir. Qanun belə halların qarşısını almaq üçündür. Xarici vətəndaşlar da işğal olunan ərazilərə Azərbaycanın müvafiq dövlət qurumundan razılıq almaqla və Azərbaycan ərazisindən keçməklə gedə bilər. Biz demirik ki, qanunu qəbul edəndən və məhdudiyyətləri tətbiq edəndən sonra hansısa xarici vətəndaş mütləq Azərbaycandan icazə alıb gələcək. Ora işğal olunmuş ərazidir və müharibənin qanunları var. İşğal olunmuş əraziyə yenə də Ermənistandan keçməklə kimsə gələ bilər və gələcək. Kimsə düşünməsin ki, qanun qəbul edilən kimi möcüzə baş verəcək və Baronessa Koks kimi adamlar daha Dağlıq Qarabağa gəlməyəcək. Belə olmayacaq. Amma qanun Azərbaycanın belə şəxsləri hansısa formada qanuni məsuliyyətə cəlb etməsinə imkan yaradacaq. Hansısa şirkət Azərbaycanın işğal olunan ərazisində iş qurmaq niyyətinə düşə bilər. Bugünlərdə də informasiya yayılmışdı ki, hansısa şirkətlər işğal olunan ərazilərə gəliblər, orada iş qurmaq istəyirlər. Qanun öncədən belə şirkətlərə xəbərdarlıq edir. Gələcəkdə biz oranı azad edəcəyik. Orada hansısa xarici şirkətin əmlakı ola bilər. Qanunu qəbul etməklə əvvəldən deyirik ki, həmin əmlak müsadirə olunacaq və ora yatırılan investisiyanın heç bir təminatı yoxdur. Nə Azərbaycan qanunları həmin investisiyaya təminat verir, nə də beynəlxalq qanunlar. “Azərbaycanın işğal edilmiş əraziləri haqqında” Qanun qabaqlayıcı funksiyanı yerinə yetirəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24

