Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Cəmiyyətin İctimai Palatadan xəbəri yoxdur

Əli Əhmədov: Cəmiyyətin İctimai Palatadan xəbəri yoxdur

23.02.2011 [01:14]

“Parlament seçkiləri kifayət qədər demokratik, şəffaf, bərabər seçki yarışı mühitində reallaşdırılıb. Bu gün Azərbaycan parlamenti artıq fəaliyyət göstərir, Azərbaycan cəmiyyəti seçilmiş deputatları və keçirilmiş seçkilərin nəticələrini qəbul edir. Beləliklə də, istər siyasi baxımdan, istər qanunvericilik-hüquqi baxımdan seçkilərin legitimliyi özünün əksini tapır”. Bunu YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, seçkilərin legitimliyi özünün təsdiqini tapdığı halda, indi növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında hər hansı bir qurumun təklif səsləndirməsi ciddilikdən çox-çox uzaqdır: “Azərbaycan cəmiyyəti belə bir problemlə üz-üzə dayanmayıb. Azərbaycanda demək olar ki, heç kim belə bir məsələnin mövcudluğunu və ona ehtiyac olduğunu düşünmür. Eyni sözləri, ölkənin Konstitusiyasında islahatların keçirilməsi haqda tələbə də şamil edirəm. İctimai Palatanın özünün legitimləşdirilməsi prosesi baş verməlidir. Azərbaycan cəmiyyətində bu cür qurumun mövcud olması haqda təsəvvürlər belə yoxdur. ATƏT istisna olmaqla əksər müşahidə qrupları seçkilərin demokratik keçirildiyini bəyan edib”.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın siyasi sistemi səmərəli şəkildə fəaliyət göstərir.

Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30