Dağlıq Qarabağda Kreml izi
04.03.2011 [18:46]
İkinci yazı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam edir. Münaqişənin həllinə nail olmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun son vaxtlar sərgilədiyi mövqe, həmçinin, Bakı və Yerevana edilən səfərlər beynəlxalq birliyin bu münaqişənin həllinə nail olmaq üçün səylər göstərdiyini təsdiqləyir. öz növbəsində bu günə kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən rəsmi Bakı danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətə keçəcəyini də bəyan edib. Lakin işğalçı Ermənistanın öz destruktiv mövqeyindən əl çəkməməsi, həmçinin, işğal altında saxladığı Azərbaycan torpaqlarının guya ermənilərə məxsus olması və digər bu kimi yalanlarla dünyanı növbəti dəfə aldatmağa cəhd göstərməsi, bunun müqabilində isə dünya birliyi tərəfindən rəsmi Yerevana hələ də mülayim yanaşma tərzi sərgilənməsi Cənubi Qafqazda əbədi sülhün əldə edilməsinə mane olur. Məhz bütün bunları nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin sonuncu mərhələsi ilə bağlı əsl həqiqətləri müxtəlif mənbələrdən əldə edilən tarixi materiallar əsasında bir daha həm yerli, həm də xarici oxucuların diqqətinə çatdırmaq qərarına gəldik.
Deportasiya olunan həmvətənlilərimiz qarabağda niyə yerləşdirilmədi?
Beləliklə, ermənilərin azərbaycanlılara qarşı apardıqları düşmənçilik siyasətinin növbəti mərhələyə qədəm qoyması artıq kimsəyə sirr deyildi. 1918-ci ildə tarixi Azərbaycan torpaqları hesabına özlərinə dövlət quran, qədim Azərbaycan diyarı İrəvanı bu dövlətin paytaxtı elan edən ermənilər aradan 70 il keçəndən sonra azərbaycanlıları öz dədə-baba yurdlarından birdəfəlik didərgin saldılar. Yeri gəlmişkən, əksər ekspertlərin də qeyd etdikləri kimi hətta həmin mərhələdə belə hər şey tam itirilməmişdi. Daha doğrusu, 1988-ci ildə erməni zülmündən can qurtararaq Azərbaycana pənah gətirən soydaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsi ermənilərin bu ərazidəki çirkin oyunlarının qarşısını ala bilərdi. özü də bu yerləşdirməni əsaslandırmaq üçün kifayət qədər imkanlar var idi. Əvvəla, soydaşlarımızın deportasiya olunduğu Qərbi Azərbaycandakı ərazilərlə Dağlıq Qarabağın iqlimi və təsərrüfatı demək olar ki, eynilik təşkil edirdi. İkinci bir tərəfdən, Azərbaycan rəhbərliyi bu insanların əsasən, məhz kənd rayonlarından qovulduğunu əsas gətirərək, Dağlıq Qarabağı onlar üçün yeni yerləşim məkanı kimi seçə bilərdi. üçüncüsü isə, bu Dağlıq Qarabağda etnik tarazlığı bərpa edə bilərdi. Lakin təəssüflər olsun ki, istər Mixail Qorbaçovun göstərişlərini yerinə yetirmək üçün Qarabağa göndərilən Arkadi Volskinin təkidləri, istərsə də o zamankı Azərbaycan rəhbərliyinin müti, qul psixologiyasından uzaqlaşa bilməməsi və hadisələri düzgün dəyərləndirmək qabiliyyətinə malik olmaması ermənilərlə savaşda daha bir acınacaqlı səhvin buraxılması ilə nəticələndi.
Volski qarşısına qoyulan tapşırığı məharətlə yerinə yetirdi
Bu məqamda Qorbaçovun “Volski ssenarisi” barədə geniş məlumat vermək yerinə düşər. öncə birmənalı olaraq onu vurğulamaq yerinə düşər ki, bu “ssenari”nin əsasını Dağlıq Qarabağın azərbaycanlılarsızlaşdırılması, bu regionun Azərbaycandan qoparılması təşkil edirdi. Ermənilərin azərbaycanlılara qarşı apardıqları çirkin siyasətin bir nömrəli dəstəkçisi olan Qorbaçov yuxarıda bəhs edilən “ssenari”nin gerçəkləşməsi işini məhz Arkadi Volskiyə tapşırmışdı. Bu tapşırığı canla-başla yerinə yetirmək üçün əlindən gələni edən Volskinin Qarabağda peyda olması isə 1988-ci ilin iyununa təsadüf etdi. Belə ki, həmin il iyunun 24-də Moskva özünün xüsusi təmsilçisini Dağlıq Qarabağa göndərdi və Arkadi Volski orada “Siyasi büronun nümayəndəsi” təyin edildi. Ərazidə lazımi “kəşfiyyat” əməliyyatları aparıldıqdan sonra “ssenari”nin əsas mərhələsinə start verildi. 1989-cu il, 12 yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” qərar qəbul etdi. Bu qərara əsasən, Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Beləliklə, sözügedən qərara əsasən, Dağlıq Qarabağın idarə olunması birbaşa olaraq Moskva tərəfindən həyata keçiriləcəkdi. Yəni, Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün ilk addım məhz Kremldən, Qorbaçov tərəfindən atıldı.
Bunun ardınca isə Moskvadan, şəxsən Baş katibdən aldığı göstərişləri yerinə yetirməyə başlayan Volski sənaye müəssisələrini və iqtisadi-siyasi idarəetmənin başqa əsas sahələrini Ermənistanın tabeçiliyinə verməklə, əslində, Ermənistanın DQMV üzərindəki hökmranlığını “qanuniləşdirdi”. Tarixi sənədlərdən də məlum olduğu kimi, DQMV-nin mərkəzindəki hökumət binalarının üstündə Ermənistan bayrağının asılması bütün müəssisələrdəki blankların və möhürlərin DQMV adından Ermənistan SSR adına dəyişdirilməsi, orta məktəbi bitirən məktəblilərə Ermənistan SSR Təhsil Nazirliyinin blankında attestatların verilməsi və s. addımlar Volski idarəetməsinin ermənipərəst fəaliyyətinin görünən tərəfləri idi.
Bundan başqa, həmin vaxt DQMV-nin azərbaycanlı əhalisindən nəinki ov tüfənglərinin, hətta tirlərin belə yığılması, bunun fonunda isə ermənilərin silahlanmasına göz yumulması Volskinin ermənilərə necə sədaqətlə xidmət göstərdiyindən xəbər verirdi. A.Volski Xankəndinə gələn gündən erməniləri, onların silahlı dəstələrini himayə edir və Azərbaycan türklərinin bölgədən çıxarılıb qovulması üçün əlindən gələni edirdi. Məhz sonuncu məqam, əslində, ermənilərin əvvəlcə Azərbaycan kəndlərini, sonra isə bütövlükdə şəhər və rayonlarımızı işğal etmək üçün başladıqları əməliyyatlarda xalqımızın əliyalın, silahsız qalmasıına yol açdı.
Həmin vaxt Moskva açıq-aşkar erməniləri dəstəkləməklə həm də Azərbaycan xalqının ciddi müqavimət göstərməyəcəyinə ümid edir, Azərbaycan tərəfini yalançı vədlər verməklə sakitləşdirməyə və arxayınlaşdırmağa çalışırdı. Lakin 1989-cu ilin sonlarında xalqın təzyiqləri nəticəsində SSRİ rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan idarəçiliyindən çıxarılması barədə ilin əvvəlində verdiyi qərarı ləğv etdi, Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi buraxıldı, bunun əvəzində isə Bakıdan idarə olunacaq Respublika Təşkilat Komitəsi yaradıldı. Bununla belə, həmin təşkilata da Moskvanın adamı - Viktor Polyaniçko rəhbər təyin edildi.
Ermənilər ətraf rayonlar üçün də təhlükə törətməyə başlayırdılar
Həmin dövrü özündə əks etdirən tarixi materiallara nəzər yetirərkən, eyni zamanda, Azərbaycanda və Ermənistanda qəbul edilən qərarlar barədə də qeyd etməyi vacib bildik. Belə ki, 1989-cu il, 23 sentyabr tarixində Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilirdi ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”. Həmin ilin dekabrında isə Ermənistan SSR Ali Soveti buna cavab olaraq Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etdi. 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etdi. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan birləşdirilməsinin qeyri-qanuni olduğu bildirilirdi.
Yeri gəlmişkən, bəzi müşahidəçilərin vurğuladıqları kimi, əslində, bu qərarların qəbulu da bir məqsədə, azərbaycanlıları sakitləşdirməyə xidmət edirdi. Yəni, bizim başımız hansısa qərarın düz, hansının səhv olduğuna dair müzakirələrə qatıldığı halda, ermənilər silahlanmaqda və artıq Dağlıq Qarabağın ətrafındakı rayonlar üçün də təhlükəyə çevrilməkdə idilər. Məsələn, məlumatlara əsasən, 1991-ci ildə keçmiş SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları Dağlıq Qarabağın ətrafında fəaliyyət göstərən onlarla erməni silahlı qrupunu həbs etmişdi. Belə ki, Azərbaycanın Xanlar (indiki Göygöl) rayonunun çaykənd kəndi erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmişdi. Buradan qonşu kəndlər və yollar bombardman edilir və top atəşinə tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə içində saxlanılırdı. 1989-cu ildən 1991-ci ilədək çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli sakin erməni silahlı qruplarının qurbanına çevrilmişdi.
Bu məqamda bir daha vurğulmaq yerinə düşər ki, Azərbaycanın o vaxtkı rəhbərliyinin baş verənlərə adekvat münasibət göstərməməsi, bütün ümidləri yalnız Moskvaya bağlaması, ermənilərin Dağlıq Qarabağdakı açıq separatçılıq hərəkatını hüquqi cəhdlərlə və bir də erməni radikallarını təmkinə çağırmaqla önləməyə çalışması, bunun müqabilində azərbaycanlıların belə demək mümkünsə, əl-qolunun bağlanması mənfur düşmənlərimizi daha da həvəsə gətirdi. Nəticədə isə onlar bir qədər də irəli gedərək, yeni-yeni tələblər irəli sürməyə, daha geniş ərazilərimizi ələ keçirmək üçün planlar cızmağa başladılar. Əslində isə, Dağlıq Qarabağ ermənilərinin hərəkəti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı aşkar qəsd idi və onun qarşısını almaq üçün ən sərt addımların atılması Azərbaycan rəhbərliyinin hüququ idi.
1991-ci ilin sonu 1992-ci ilin əvvəlində isə münaqişənin hərbi mərhələsi başlandı. Daha doğrusu, Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara - Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı. Bu müharibədə silah və dəstək baxımından üstün durumda olan ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımını törətdilər...
Hazırladı: Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29

