Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İğtişaş törədənlərə rəhbərlik edənlərdən biri də Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayevin qızıdır

İğtişaş törədənlərə rəhbərlik edənlərdən biri də Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayevin qızıdır

12.03.2011 [01:24]

Dünən Bakı şəhərində bir qrup gənc sosial paylaşım şəbəkələrində virtual görüşlər keçirəndən və bunun üçün hazırlıqlar aparandan sonra etiraz aksiyası keçirməyə cəhd ediblər. ölkə gənclərinin əksəriyyətinin dəstəyindən kənarda qalan aksiya iştirakçılarının paytaxtın mərkəzində icazəsiz mitinq keçirmək arzusu reallaşmayıb. Belə ki, polis qanunsuz aksiya iştirakçılarını oradan uzaqlaşdırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu aksiyanı keçirmək istəyində olan qüvvələr əslində heç Azərbaycanda deyillər. Günlərini Avropa ölkələrində Azərbaycanı aşağılamaqla, ölkəmizin nüfuzuna xələl gətirməklə keçirən bir qrup gənc özlərini guya bizim halımıza yanırmışlar kimi göstərib, əslində isə Azərbaycanın inkişafından əndişələnən beynəlxalq təşkilatların sifarişini yerinə yetirərək “Facebook”da virtual inqilab planı hazırlayıblar. Avropadan atılan tora Bakıda cəmisi bir neçə gənc düşüb. Onları isə Azərbaycanın ərəb ölkələri olmadığını bir az gec anlayıblar. Agentliyin əldə etdiyi məlumat bəlkə də, çoxları üçün şok xəbər olacaq. Xeyli müddətdir ki, 11 mart günü ilə bağlı edilən çağırışların təşkilatçıları haqda məlumat verilir. O da bildirilir ki, həmin şəxslərin demək olar ki, hamısı Azərbaycanda deyil, Avropanın müxtəlif şəhərlərində yaşayırlar. Onlardan birinin adı Arzu Qeybullayevadır. Məlum olub ki, həmin “vətənpərvər” Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri, əslən azərbaycanlı olan Qeybulla Qeybullayevin qızıdır. Bununla bağlı araşdırmalar davam etdirilir. Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri Nizami Zöhrab SİA-ya açıqlamasında bu məsələyə münasibət bildirmək istəmədiyini söyləyib: “Mən heç nə deyə bilmərəm. Kim oynayır, kim başını aşağı və yaxud yuxarı qadırır, mənlik deyil”.
Daha sonra o, siyasi müşavir ilə əlaqə saxlamağı “məsləhət” bildi. Siyasi müşavir ilə əlaqə saxlamaq istəsək də telefona başqa bir şəxs cavab verdi. Adının söylənilməsini istəməyən, ancaq səfirliyin güvənlik (mühafizə) xidmətinin əməkdaşı olan şəxs bazar ertəsi əlaqə saxlamağı bildirdi. Fikrini də onunla əlaqələndirdi ki, artıq səfirlik işçilərinin iş saatı qurtarıb. Səfirliyin siyasi müşaviri ilə yenidən əlaqə saxlamağa çalışsaq da Vüsal adlı digər əməkdaş səfir Hülusi Kılıçla danışmağı məsləhət bildi. Bununla bağlı araşdırmalar davam edir.

Paylaş:
Baxılıb: 1027 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30