"Fedya yox eeeee, firdom", yaxud Sem dayının pulları bu dəfə də batdı
17.03.2011 [10:10]
Hadisələr vaqe olur 8-ci mikrorayonda və bir zamanların məşhur “Torqovıy” küçəsində. Tamaşada bir qrup haray-həşirçi, bu haray-həşirçiləri maliyyələşdirərək kənardan durub tamaşasına baxan Sem dayı və bacısı uşaqları iştirak edirlər. Vacib qeyd: Pulundan bezən maraqlı xarici qüvvələr də bu tamaşanın prodüseri ola bilər...
I şəkil...
Paytaxt mikrorayonlarının birində yerləşən Xırdavat Partiyasının qərargahı. Partiyanın sədri Hamıyasatılar Təkipulgəlsinli iş otağında icazəsiz mitinqə göndərəcəyi müavinləri - Züytutan Ələkçiyev, Gecanlayar Sözbaşadüşməzli və Səsibatmaz Pulaqışqıranovu təlimatlandırır:
Hamıyasatılar Təkipulgəlsinli - Deməli belə, bu gün bildiyiniz kimi martın 12-dir, mitinq eləyəcəyik... Nəyə gülürsən, ə? Mitinq çörəyi ilə böyüməmisən? İndi gülməli gəlir? Belə, “Torqovıy”a girən kimi başlayın qışqırmağa, gördünüz ki, sizə fikir verən yoxdur, yıxılın, özünüzü sürtün yerə, başınıza, gözünüzə şillələr vurun. Bir də ən əsası harada sarıbəniz adam gördünüz bilin ki, Sem bəyin nümayəndəsidir. “Naxadı” qaçın qabağına, şəhadət barmağınızla baş barmağınızı bir-birinə sürtə-sürtə “azadlıq” qışqırın. (özü də sürtür). Əlimin içi qaşınır, deyəsən pul gələcək. Hə, gördünüz “azadlığı” anlamadı, zad qışqırın, nədi o, firdovsi, yox, fərda, yox, hə yadıma düşdü firdom qışqırın anlayacaq. Bu söz parolumuzdur.
Züytutan Ələkçiyev: Bəy, bu dəfə gərək mənə Gecanlayar bəydən çox pul verəsiniz. çünki təzə metod tapmışam. Gördüm ki, polis mənə tərəf gəlir başımı ya qabağıma çıxan ağaca, ya da elə asfalta çırpıb qanımı tökəcəm ağ köynəyimin üstünə. Necə fikirləşmişəm? XALASI televiziyası da məni çəkib verər bütün dünyaya...
Səsibatmaz Pulaqışqıranov: Nədi ə, yenə başladın pulgirliyə. ömrü boyu mənim “şotuma” dolanmısınız, maşınlı olmusunuz, balalarınızı xaricə mühacirətə göndərmisinz. Mənim səsimdəki ton olmasaydı, sizə nə Sem qağa, nə də onun bacısı uşaqları baxardı. İndi nə şeşələnirsən?
Hamıyasatılar Təkipulgəlsinli: Əşi, sakit olun görüm. Bu məsələdə biz hamımız bir məqsədə, bir amala xidmət edirik. Nə qədər çox qışqırsanız, özünüzü yerə sürtsəniz, ağlasanız, sıtxasanız özünüzə xeyirdir. Yoxsa, o dey, aparıb pulu verəcəklər Xalqısatdı partiyasına. Hə yeri gəlmişkən, deyir onlar yeni sayıtdı nədi ondan qayırıblar, adını da qoyublar “Misat.yş”. O nə məsəlidir?
Züytutan Ələkçiyev: Misat-Milli satqınlar deməkdir. yş-da ki, yaşıldır, yəni, dollarla işləyirlər. Sayta dövlətin hansı marağını, xalqı hansı işlərə görə neçəyə satdıqlarını yerləşdiriblər. Reklam çarxı da hazırlayıblar ƏTQƏT-in, AZMAZ-ın, PAYPüŞK-ün Bakı ofislərinə göndəriblər.
Hamıyasatılar Təkipulgəlsinli (gözü Gecanlayar Sözbaşadüşməzliyə sataşır): Sənin niyə üstün-başın indidən cırıq-cırıqdır?
Gecanlayar Sözbaşadüşməzli: Neyniyim a bəy, keçən dəfəki mitinqdə nə qədər elədim kurtkamı cıra bilmədim, “buxalter” inanmadı ki, mən də qışqıranların arasında olmuşam, maaşımı vermədi. Mən də evdə qayçı ilə irağbətli doğramışam kurtkamı... Mənim də çörəyim bundan çıxır.
Hamıyasatılar Təkipulgəlsinli: Deməli, gördünüz sizə fikir verən yoxdur, özünüz cumun ətrafda yığılan camaatın üstünə. Şərə-şurluq salın, gördünüz baxmırlar tullanın havuza, amma yox, hava soyuqdur, sonra gəl sizə dərman al... Hərəniz nə qədər adam yığmısınız mitinqə?
Züytutan Ələkçiyev: Vallah bəy, özümüz kimi satqınını tapa bilmədik, qərara aldıq ki, özümüz aksiyanı yola verək. Elə üç bizik, bir də jurnalistləri çağırmışıq ki, yerə uzanan yerdə poza verək, şəkil çəkdirək.
Hamıyasatılar Təkipulgəlsinli: Yaxşı gedin... Elə edin halallıq olsun. Kişilər pul veriblər, bir az əməlli qışqır-bağır salın. Elə edin, xoşlarına gəlsin...
II şəkil
Torqovıy küçəsi... Müavinlər qol-qola girib “fedya”, “fedya” qışqırmağa başlayırlar. Gecanlayar Sözbaşadüşməzli qaçır durur jurnalistlərin yanında dayanan Semin böyük bacıoğlusunun yanında, başlayır paltosunun çiyinlərini təmizləməyə.
Səsibatmaz Pulaqışqıranov: Ə, yekə kişisən, bəri dur, bizi biabır eləmə.
Gecanlayar Sözbaşadüşməzli: Ə, dayan görüm. A xarici qağa, sənin dayının başına dolanım, Allah onun qrantlarını bizim üstümüzdən əskik etməsin. Amma sən Allah ona denən, pulu bizim “satqınomata” tez köçürsün.
Elə bu dəm, küçənin o biri başından səs gəlir “Kəm-bala”, “Kəm-bala”...
Züytutan Ələkçiyev: Ayə, bunlar hardan çıxdı, Kəmbalanın Xalqısatdı partiyasının müavinləridir. Sən öl, pula şərik durmaq istəyirlər, qoymayın. Aya, qovun bunları bizim “teratoriyadan”. (qışqıra-qışqıra gəlir durur xaricilərin qabağında) fedya, fedya, fedya...
Ara qarışır, məzhəb itir, hər iki partiyanın üzvləri girirlər bir-birilərinə, “Torqovıy” dönür xoruz döyüşdürülən meydana. Semin qohumları başlarını yelləyə-yelləyə ərazidən uzaqlaşırlar. Xırdavatçılar hərəsi bir tərəfə uzanıb...
III Şəkil
Hamıyasatılar Təkipulgəlsinli: Yekə kişisiniz, bir hay-qışqırığı da sala bilmədiniz. İndi mən nə üzlə Sem “uncle”a zəng vurum? Deməyəcək ki, sizə verdiyim qrant burnunuzdan gəlsin, o nə idi elə? Deməli belə, mitinqin keçirilməsinə cavabdeh olan Züytutan Ələkçiyevin üç aylıq payı kəsilir və keçir mənim “şotuma”. Qalan iki müavinin isə iki aylıq payı kəsilir və adam yığmaq üçün verilən pullar geri alınır.
Züytutan Ələkçiyev: A bəy, başına dönüm mən nağayrım, mən haradan bileydim ki, bu Xalqısatdının gədələri bizə belə oyun oynayacaqlar. Onlar söz vermişdilər ki, sabah çıxacaqlar qışqırmağa. Haram olsun o Kəmbalaya ki, biz onunla müttəfiq olduq, legetimliyini tanıdıq, ƏTQƏT-lə tanış elədik, ona o qədər pul verdilər. Biz nə bileydik ki, bu zalım oğlu bizdən betər olacaq.
Hamıyasatılar Təkipulgəlsinli: Yox, bu işi belə qoymaq olmaz. Hə, bir də o nədir, fedya, fedya qışqırmısız? Fedya kimdir, bilmirsiz ki, biz hələlik ruslarla işləmirik, onlar İvanqulu bəyin kurasiyasındadır. İşi “vabşe” korlamısınız. Sem bəyin rusları görməyə gözü yoxdur. Bayaq, mənə “Dazalağ” radiosundan zəng eləmişdilər ki, sizin partiyanın adı Moskva ilə hallanır, müavinləriniz küçələrdə Fedya qışqırır. Ə nə təhər adamsınız, niyə pul gələn yerə barmaq tıxayırsınız, sizə kim deyib ki, fedya qışqırın?
Gecanlayar Sözbaşadüşməzli: And olsun SEM-in bayrağındakı əllidən yuxarı ulduza ki, özün dedin gedin durun Semin qohumlarının qabağında qışqırın fedya...
Hamıyasatılar Təkipulgəlsinli: Ə, mən firidun, eeeeee firdom qışqırın dedim. Nə vaxta qədər siyasi savadınızı artırmayacaqsınız. İndi bilmirəm, gedin, bu işə bir əncam çəkin... çıxın, gözüm sizi görməsin.
Müavinlər çıxır. Ən axırda çıxan Səsibatmaz Pulaqışqıranov deyinir: Sən ki, mənim əziyyətimi yerdə qoydun, heç eybi yox, gör indi mən də gedib Kəmbalanın Xalqısatdı partiyasına yazılaram görərsən, onda mənə minnətçi salarsan, ağlın başına gələr...
Pərdə bağlanır, məzhəkəyə yığılanlar isə bunların gününə baxıb gülə-gülə başlarını yelləyirlər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

