Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbdə Qazaxıstanda prezident seçkilərinin şəffaf keçəcəyinə ümidlər böyükdür

Qərbdə Qazaxıstanda prezident seçkilərinin şəffaf keçəcəyinə ümidlər böyükdür

18.03.2011 [09:10]

Aprelin 3-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri nəinki yerli, hətta beynəlxalq ekspertlərin maraqla izlədiyi hadisələrdəndir. Odur ki, Qərb mətbuatı, eləcə də, xarici ekspertlər bu mövzu ətrafında geniş diskussiyalar aparırlar.
Xarici ekspertlərin fikrincə, prezident Nursultan Nazarbayevin ölkədə növbədənkənar seçkilərin keçirilməsinə dair verdiyi qərar qanunauyğundur və bu, Qazaxıstanda,  bütövlükdə isə regionda siyasi stabilliyin təmin olunmasına yönəlib. Odur ki, Qərbin siyasi elitası N.Nazarbayevin bu qərarını, ümumilikdə, çox müsbət qarşılayırlar. Belə ki, Qazaxıstanın sürətli inkişafı, eləcə də, həm Qərb, həm də Şərq dünyası ilə intensiv əlaqələrin qurulması, məhz onun adı ilə bağlıdır. Nursultan Nazarbayev 1990-cı ildən etibarən Qazaxıstanın lideri olmaqla yanaşı, keçmiş SSRİ dağıldıqdan sonra, respublikanın müstəqillik əldə etməsi, eləcə də, ölkənin  dirçəlməsində mühüm rol oynamışdır.
Respublikada aparılan rəy sorğularına istinad edən ekspertlərin qənaətinə görə, hazırkı lider ölkə əhalisi arasında böyük rəğbətə (90 faiz) malikdir. Xarici ekspertlər bunu heç də təəccüblə qarşılamırlar. Belə ki, məhz N.Nazarbayev etnik cəhətdən rəngarəng, daha çox  sosial-iqtisadi problemləri olan, həmçinin, iqtisadi və siyasi baxımdan nisbətən zəif olan dövlətlər (özbəkistan və Qırğızıstan), eləcə də, etnik konfliktlərin mövcud olduğu (Qırğızıstan, Tacikistan və özbəkistan) bir regionda möhkəm bir stabillik “adası” yarada bilmişdir. Müstəqillik qazandıqdan ötən 20 il ərzində respublikada adambaşına düşən üDM-in həcmi 12 dəfədən çox artaraq 9 min ABŞ dollarına çatmışdır. Halbuki, bu göstərici, analoji dövr üçün Cənubi Koreyada-3 dəfə, Malayziyada-2 dəfə, Sinqapurda-4 dəfə, Macarıstanda 5-dəfə, Polşada isə 4 dəfə təşkil etmişdir.  Ekspertlərin diqqət yetirdikləri digər məqam isə Nazarbayevin ölkə vətəndaşlarının sosial-rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi islahatların həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış etməsidir. İqtisadi modernləşdirməni özündə ehtiva edən yeni Sosial Modernləşdirmə Proqramının əsas məqsədi, sözsüz ki, ölkədə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Proqramın əsas müddəaları sırasında, həmçinin, ölkədə yeni innovasiyaları inkişaf etdirmək, elm, təhsil və səhiyyənin səviyyəsini yüksəltmək, mənzil tikintisini genişləndirmək, dil siyasəti, kənd əhalisinə kömək kimi məsələlər yer alıb.
Ekspertlərin fikrincə, Qazaxıstanın hazırkı lideri əmindir ki, cəmiyyətdəki sülh və sabitlik ölkənin stabil inkişafının təminatçısıdır. Milli dəyərlərin qorunması, xalqın birliyinin təmin olunması, bu ənənənin gələcək nəsillərə ötürülməsi, çox vacib məsələdir. Elə bu səbəbdən də ölkədəki etnik xalqlar arasında həmrəyliyə nail olunması  Qazaxıstan liderinin dövlət siyasətinin prioritet məsələlərindəndir. Və Nursultan Nazarbayev ölkə ərazisində yaşayan 140 etnik xalqı bir ümumi Vətən-Qazaxıstan Respublikası ətrafında müvəffəqiyyətlə birləşdirə bilmişdir.
Digər vacib məsələ isə Qazaxıstanın Avroatlantik və Avrasiya ailəsinə daha geniş inteqrasiya olunmasıdır. Bu ideyalara sadiqlik nümayiş etdirən N.Nazarbayev,  Qazaxıstan müstəqillik əldə etdikdən dərhal sonra, keçmiş Sovet İttifaqından miras qalmış nüvə arsenalından imtina etmiş oldu. Belə ki, o dövrdə Qazaxıstan nüvə silahlarına malik ən böyük ölkələr arasında 4-cü yeri tuturdu və onun nüvə ehtiyatları  çin, Fransa və Böyük Britaniyanın ümumi nüvə ehtiyatlarını üstələyirdi.
Bundan əlavə, Qazaxıstan Qərb, eləcə də, yaxın qonşuları olan Rusiya və çinin də maraqlarını nəzərə almaqla, regionda uğurlu balanslaşdırılmış xarici siyasət yürütməkdədir. Ekspertlər qeyd edir ki, rəsmi Astananın Əfqanıstanda  yaranmış vəziyyətin normallaşdırılması, Qırğızıstanda sabitliyin təmin edilməsi, eləcə də, dondurulmuş münaqişələrin (Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və s.) tezliklə öz həllini tapması məsələlərində beynəlxalq birliyə dəstək verməsi, regional və qlobal təhlükəsizliyin möhkəmlənməsi üçün real səylər göstərməsi ölkənin imicinə müsbət dividendlər gətirməkdədir. Qazaxıstan, eyni zamanda, Qərb ilə İslam dünyası arasında dialoqun yaradılmasında töhfələr verməyə çalışır.  Bütün bu sadalananlar ABŞ və Avropa İttifaqının Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrlik etməsinə dəstək verməsi  ilə nəticələndi. Qazaxıstan ona bəslənilən ümidləri doğrultdu, ATƏT-in Astana sammitinin keçirilməsinə nail oldu və  sammitdə təşkilata sədrlik dövründə Qazaxıstanın fəaliyyəti müsbət qiymətləndirildi.
Ekspertlərin qənaətinə görə, elə bu səbəbdəndir ki,  ABŞ, eləcə də, Avropa İttifaqı Qazaxıstanın Mərkəzi Asiyada stabilliyin eləcə də, qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu yüksək qiymətləndirirlər. Xarici analitiklərin fikrincə, Qərbdə, eləcə də, Şərqin aparıcı dövlətləri Qazaxıstanda hakimiyyət başında belə davamlı və ardıcıl siyasəti təmin edə biləcək, Qazaxıstan hökumətinin xarici investorlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə biləcək bir liderin olmasında çox maraqlıdırlar. Belə ki, 1993-cü ildən başlayaraq, Qazaxıstan hökuməti ölkə iqtisadiyyatına 120 milyard ABŞ dollarından artıq xarici investisiya cəlb edə bilib. Bu amil qarşıdakı prezident seçkilərində Nursultan Nazarbayev üçün çox mühüm bir faktora çevrilə bilər. Odur ki, xarici ekspertlər belə hesab edirlər ki,  aprelin 3-də gerçəkləşəcək seçkilərdə   N.Nazarbayev seçicilərin 90 faiz səsini toplaya biləcək. Onlar digər namizədlərin, eləcə də, müxalifət təmsilçilərinin bu seçkilərdə şansını minimum hesab edirlər.
Ekspertlərin fikrincə, seçki marafonuna qatılan Nursultan Nazarbayevin opponentləri, tənqiddən başqa bir söz söyləməyə qadir deyillər və öz seçki platformalarında Qazaxıstanın inkişaf yolunu təqdim etməkdə belə acizdirlər. Və öz aralarında fikir birliyinə nail ola bilməyən müxalifətin, 140 etnik xalq arasında necə danışıqlar apara bilməsinə şübhə ilə yanaşırlar. Elə bu səbəbdən də ekspertlər müxalifət təmsilçilərinin bu seçkilərdə iştirakını, əslində, gələcək perspektivlərə hesablanan addım, onların özlərini siyasi arenada təsdiqləməkdən başqa bir şey olmaması kimi  qiymətləndirirlər. ölkədə aparılan rəy sorğularının nəticələrinə istinad edən xarici ekspertlərin qənaəti belədir ki, hazırda Qazaxıstanda N.Nazarbayevə alternativ ola biləcək siyasi qüvvə yoxdur. Qazaxıstan liderini yüksək intellektə malik bir siyasətçi kimi təqdim edən ekspertlər onun qarşıdakı prezident seçkilərdən qalib kimi çıxacağına əmindirlər. Elə bu səbəbdəndir ki, Qərbdə aprelin 3-də Qazaxıstanda keçiriləcək növbədənkənar seçkilərin şəffaf və demokratik şəkildə aparılacağına ümidlər böyükdür.
Deyəsən, elə Qazaxıstan da demokratiya yolunda inamla addımlamaqda qərarlıdır.  Əks təqdirdə ölkə rəhbərliyi növbədənkənar prezident seçkilərinin ATƏT-in müşahidəsi altında keçirilməsində belə israrlı olmazdı.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 855 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30