Ərəb inqilabları: İctimai zərurət, demokratiyanın təntənəsi, yoxsa, yeni yoxsulluq və səfalət
02.04.2011 [12:12]
Bu gündən “Yeni Azərbaycan” qəzetində daha bir rubrika işıq üzü görməyə başlayır. “Düşüncə poliqonu” adlanan bu rubrikada ölkəmizin siyasi arenasında yer alan müxtəlif partiyaların təmsilçilərinin, tanınmış ekspertlərin iştirakı ilə həftənin əsas mövzularını müzakirə edəcək, bir sıra maraqlı suallara cavab tapmağa çalışacağıq. Hər həftənin şənbə günü işıq üzü görəcək rubrikamızın ilk qonaqları isə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə və Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalıdır. “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlunun moderatorluğu ilə baş tutan söhbətdə Ərəb ölkələrində baş verən hadisələrlə bağlı geniş müzakirələr aparıldı, müxtəlif suallara aydınlıq gətirildi.
Hikmət Babaoğlu: Məlum olduğu kimi, son zamanlar istər ölkəmizdə, istərsə də beynəlxalq ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri, bəlkə də birincisi Ərəb ölkələrində baş verən hadisələrdir. Bunların səbəbləri və nəticələri ilə bağlı müxtəlif şərhlərə rast gəlirik. İmperialist güclərin monopoliyasında olan beynəlxalq informasiya vasitələri bu hadisələrin real səbəbləri kimi həmin ölkələrdə iqtisadi durumun ağır olmasını göstərirlər. Axı biz bilirik ki, Liviyanın 5 milyon əhalisi var və burada 2 milyon miqrant yaşayırdı. Bu miqrantların böyük əksəriyyəti Liviya xalqına xidmət edirdi, belə demək mümkündürsə, ölkədə “qara işləri” görürdü. Belə olduğu təqdirdə, sizcə, bu hadisələrin mahiyyətində duran əsas səbəblər nə idi?
Aydın Mirzəzadə: Ərəb ölkələrində baş verənlər gözlənilən idi. Ərəb dünyası 20-dən çox ölkəyə bölünməsinə baxmayaraq, eyni dəyərlərə, eyni mədəniyyətə, bəzən isə eyni tarixə malik olan böyük arealdır. çox təəssüf ki, bu ölkələrdə baş verən proseslər də bir-birinə çox yaxın idi. Baxmayaraq ki, böyük bir zolaq kimi, Avropanın qərbindən şərqinə doğru bu qitənin cənub sərhədlərində yerləşir. Dünyanın ən inkişaf etmiş regionunda baş verən inkişaf prosesləri Ərəb ölkələrində öz əks-sədasını zəif şəkildə tapırdı. Demokratik dövlət quruculuğu, sahibkarlığın sərbəst inkişafı, beynəlxalq aləmdə öz layiqli yerini tutması məsələləri Ərəb dövlətlərində öz inikasını istənilən səviyyədə tapmırdı. Həmçinin, siyasi sistem çox zəif inkişaf edirdi. Siyasi partiyalar, ictimai təşkilatlar, müstəqil mətbuat yox idi və yeganə mütəşəkkil təşkil olunmuş qüvvə ordu idi. Bir qayda olaraq, hakimiyyətdə ya kral ailələri, ya da ordu nümayəndələri olan generallar idi. Bu baxımdan, bu cür siyasi münasibətlər sistemi çox davam edə bilməzdi. Avropada təhsil alan ərəb gəncləri öz ölkələrinə qayıtdıqda şübhəsiz ki, fərqi görür, etiraz enerjisi onilliklərlə toplanırdı. Nəzərə alsaq ki, Ərəb dünyası həm də neft və qaz ixracı nəticəsində böyük maliyyənin toplaşdığı bir məkandır, əhalinin gəlirləri arasında da çox böyük fərq var idi. Burada çox varlılar təbəqəsi ilə çox kasıblar, yoxsullar arasında bir boşluq yaranmışdı, orta sinif deyilən bir anlayış yox idi. Şübhəsiz ki, bu antoqonizmlər öz əksini hansısa bir formada göstərməli idi.
Fəzail Ağamalı: Təbii ki, mən də Ərəb ölkələrində sosial-iqtisadi, siyasi durumun heç də yaxşı səviyyədə olmadığını düşünürəm. Bu ölkələrdə mövcud olan iqtisadi problemlər, siyasi sistemin zəifliyi, insanların həyat şəraitinin yüksək olmaması, demokratik mühitin olmaması kimi məsələlər əlbəttə ki, bu inqilabları şərtləndirən amillərdəndir. Amma bununla bərabər, mən o fikirdəyəm ki, Ərəb ölkələrində baş verənləri təkcə bu məkanın daxilində gedən proseslərlə izah etmək və bununla bağlamaq düzgün olmazdı. Bu proseslər dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi üzrə aparılan mübarizənin növbəti mərhələsidir. Bəzi xarici qüvvələr bu hadisələrdə kifayət qədər ciddi rol oynayır və təbii ki, onun öz maraqları var. Ən mühüm məsələlərdən biri burada onilliklərdir davam edən hakimiyyət qruplarının iqtidarına son qoymaqdır. Burada da müxtəlif məqsədlər var. Məsələn, Liviya lideri Qəddafi baxmayaraq ki, son dövrlər Qərb dünyası ilə münasibətlərində müəyyən normallaşdırmalar aparmışdı, amma o, terroru maliyyələşdirən şəxslərdən biridir.
H.B. Sizcə, bu, təbii prosesdirmi? Bayaq qeyd olundu ki, burada əsas məqsəd maraqları təmin etməkdir. Bəyəm bu vaxta qədər Liviyada o qədər müstəqil hakimiyyət var idi ki, o, Qərbin maraqlarına zidd hərəkət edirdi? Əslində, biz bilirik ki, II Dünya müharibəsindən sonra formalaşdırılan Yaxın Şərq və Şimali Afrika tarazlığı elə hegemon güclərin maraqları ilə uzlaşdırılmışdı. İndi nə dəyişdi ki, belə bir zərurət meydana çıxdı?
A.M. Bəzən belə fikirlər söylənilir ki, Ərəb ölkələrində proseslər hansısa xarici bir ssenari əsasında gedir. Ancaq bir şeyi unutmaq lazım deyil ki, münbit şərait olmasa, xaricdən gələn heç bir ssenari, heç bir təsir orada inkişaf edə bilməz. Bəli, mümkündür ki, kənar təzyiqlər var. Ancaq bununla belə, münbit şərait də var idi. Məsələn, Misirin qədim tarixinə, böyük potensialına baxmayaraq, adambaşına düşən üDM-in həcmi 2000 dollar idi. 17 milyon sakini olan Qahirə şəhərinin əhalisinin 2 milyon nəfəri şəhər ətrafındakı qəbiristanlıqlarda yaşayırdı. Eyni sözləri biz Tunis haqqında da deyə bilərik. Düzdür, müəyyən Ərəb ölkələri var ki, orada daha çox iqtisadi yox, siyasi tələblər dilə gətirilir. Məsələn, Bəhreyndə adambaşına düşən üDM-in həcmi 35 min dollardır. Bu göstəriciyə görə, Bəhreyn, hətta Avropanın ən qabaqcıl ölkələri ilə də rəqabət apara bilər. Amma bu ölkədə siyasi sistem müasir deyil və cəmiyyət üzərində bir dini azlığın hakimiyyəti qurulub. ümumilikdə götürdükdə, təkamülün, hər hansı tərəqqinin olmaması, islahatların keçirilməməsi son nəticədə bugünkü hadisələrə gətirib çıxardı.
Mən düşünmürəm ki, burada əsas məqsəd Liviyanın təbii sərvətlərini ələ keçirmək idi. Buna heç ehtiyac da yox idi. çünki Liviyanın nefti onsuz da Avropaya daşınır, buradan qazanılan milyardlar Avropada ayrı-ayrı tikinti şirkətlərinin səhmlərinin alınmasına, futbol klublarının əldə edilməsinə, banklara böyük sərmayələrin qoyulmasına yönəldilirdi. Bu gün ABŞ banklarında liviyalıların 30 milyarda qədər sərvəti yatır. Yəni, Liviyanın sərvətləri leqal və ya qeyri-leqal şəkildə onsuz da bu ölkələrə axırdı.
H.B. Bəs, nə baş verdi?
A.M. Liviya məsələsi ümumilikdə Ərəb dünyasında gedən proseslərin spesifik bir hissəsidir. Məsələn, biz Liviyada gedən proseslərlə Bəhreyndə gedən prosesləri eyniləşdirə bilmərik. Amma kökü ondan ibarət idi ki, artıq Ərəb ölkələrinin xalqları köhnə qayda ilə yaşamaq istəmədilər.
H.B. Yəni, siz hesab edirsiniz ki, klassik inqilab nəzəriyyəsindəki bu tezislər burada da özünü göstərdi və real səbəblər bunlar idi?
A.M. Klassik inqilab nəzəriyyəsi bütün dövrlərdə özünün təsdiqini tapıb. Əgər Qəddafi əvvəlki kimi idarə edə bilsəydi, mənə elə gəlir ki, milyonlarla insan küçəyə çıxmazdı, Benqazi ələ keçirilməzdi. Və yaxud da Bəşər Əsəd əvvəlki kimi idarə edə bilsəydi, bu gün ölkəni üsyanlar bürüməzdi. Başqa bir vacib məqama diqqət çəkmək istəyirəm. İş burasındadır ki, Ərəb ölkələrinin hamısında elita artıq qapalı elitaya çevrilmişdi. Bilirsiniz ki, elitanın 2 forması var: qapalı, ancaq öz içərisində yenilənən təbəqə, bir də açıq, istənilən iddialı şəxs həmin elitaya daxil ola bilir. Fikir verin, bu gün Liviya hakimiyyətinin adından heç bir vəzifəsi olmayan, hakimiyyətdə heç bir vəzifəni tutmayan Qəddafinin oğlu danışır. Amma Liviyanın nə baş naziri, nə informasiya naziri, nə xarici işlər naziri ortada görünmür. Yəni, göründüyü kimi, xalq artıq bu faktlarla barışmaq və köhnə qaydalarla yaşamaq istəmir. Təbii ki, burada xarici faktor da var və bunu heç kəs inkar edə bilməz. Qərb bu proseslərin daha intensiv şəkildə getməsində və belə deyək, Avropa anlamında başa çatmasında maraqlıdır.
H.B. Deməli, avropalılar Ərəb dünyasında doğrudan da demokratiya yaratmaq istəyirlər?
A.M. ümumiyyətlə, heç vaxt bir region digərinə bənzəyə bilməz. Avropanın özündə belə fərqli-fərqli baxışlar, dəyərlər mövcuddur. Digər tərəfdən, Avropada ictimai fikir kifayət qədər güclü bir faktordur. Məsələn, Almaniyada indiki federal kansler Angela Merkelin atom energetikasını inkişaf etdirmək siyasəti son əyalət seçkilərində onun partiyasının ciddi məğlubiyyət almasına səbəb oldu. Və Avropada insan hüquqları, vətəndaş azadlıqları kimi məsələlər ictimai fikirdə o qədər ciddi faktordur ki, artıq bunun xarici siyasət vasitəsilə həyata keçirilməsi üçün ölkə hökumətlərinə təzyiq göstərirlər. Düzdür, ölkələrin daxili işlərinə qarışmamaq prinsipi var. Hər bir ölkə daxili quruluşunu, inkişaf istiqamətini özü seçməlidir. Ancaq Avropa mövcud imkanlarından istifadə edib ona da təsir göstərir. Hansısa Ərəb ölkəsində hadisələr pik nöqtəsinə çatırsa, Avropa ölkələri hakimiyyətdə olan qüvvələrin iqtidardan getməsi haqqında bəyanatlar verirlər.
H.B. Silah və demokratiya, Avropa dəyərləri və qırıcı təyyarələr: bunlar bir-biriləri ilə nə qədər uzlaşan faktorlardır? Demokratiya hər hansısa ölkənin bombardıman olunması ilə, ölkələri tayfalara, bəzi əşirətlərə, qəbilələrə bölərək onlar arasında qarşıdurma yaratmaqlamı o ölkəyə aparılır? Bu gün Liviyada baş verənlər məhz bunlardır.
A.M. Bunlar Liviyada baş verənlərdir. Misrdə tamam başqa hadisələr baş verdi.
H.B. Bunlar hansı məntiqə, hansı nəzəriyyəyə əsaslanır? Liviyada Benqazi azad olunan kimi, heç bir səlahiyyəti olmayan, heç bir vəzifə daşımayan, bir neçə Benqazi sakini, heç onların da bu şəhərin sakini olması dəqiq deyil, artıq bu şəhərdə istismar olunan neftin ixracı haqqında Avropa ölkələri ilə danışıqlar aparır, Qətər də buna vasitəçilik edir. Bu doğrudurmu?
F.A. Mən bayaq da bu məqamı qeyd etdim. Yenə də təkrar edirəm ki, bu hadisələrdə əsas rolu birbaşa xarici faktorlar oynayır. Söhbət yalnız ABŞ-ın Misirdə, Tunisdə, Yəməndə siyasi hakimiyyəti dəyişərək orada öz nüfuzunu möhkəmləndirməsindən getmir. Eyni zamanda, Liviyanın zəngin təbii sərvətlərini mənimsəmək məqsədi də güdülür. Sizin replikanızı qəbul edirəm. Demokratiya hara, bombardman hara? Silah gücü ilə yaradılan demokratiya heç vaxt əsil demokratiya ola bilməz. çünki biz politologiyadan da bilirik ki, demokratiya təkamülə söykənən böyük bir inkişaf yolu keçən dəyərlər sistemidir. Bombardıman isə bu və ya digər problemin həlli üçün atılmış olan ən radikal addımdır. Bunlar bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə də, mən düşünmürəm ki, ABŞ Ərəb ölkələrində demokratiya yaratmaqda səmimidir. Hesab edirəm ki, ABŞ İraqda çox böyük ibrət dərsi aldı. Ona görə də, bu bölgəyə NATO-nu cəlb etməklə, ABŞ öz üzərində yükü nisbətən götürmüş oldu. Qeyd etdiniz ki, II Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində tarazlıq var idi. çünki Sovet İttifaqı var idi və dünya birqütblü deyildi. Digər güc mərkəzləri müxtəlif regionlarda Sovet İttifaqı ilə hesablaşırdılar. Artıq Sovet İttifaqı yoxdur və hegemon güclər istədiyi kimi hərəkət edir. Ərəb ölkələrində baş verən hadisələrin də ssenarisi qərbdə xüsusi beyin mərkəzləri tərəfindən işlənib hazırlanıb və bu gün də icra olunmaqdadır.
H.B. İstərdik bu mövzunu dünyada baş verən qlobal hadisələr fonunda da izah edək. Bilirsiniz ki, 1970-ci illərdən sonra dünyanın idarə olunması ilə bağlı yeni nəzəriyyələr meydana gəlməyə başladı. Bunlardan biri də mondializm, yəni tək dövlət, qlobal dövlət nəzəriyyəsi idi. Bu isə dünyanın eyni mərkəzdən bir iradə ilə idarə olunmasını nəzərdə tuturdu. Bu nəzəriyyələr zaman keçdikcə ssenariləşdirildi. Hətta bəzi vaxtlarda Avropanın özündə də tərəddüdlər olurdu ki, bu, mümkündür, yoxsa yox. Bu rakursdan baxanda, bu gün baş verənlərin şəbəkə dövlət, qlobal dövlət nəzəriyyəsi ilə bir əlaqəsi varmı?
A.M. Adından da göründüyü kimi bu, nəzəriyyədir. Dünyanın eyni dəyərlərə, eyni baxışlara əlbəttə ki, ehtiyacı var və zaman-zaman buna yaxınlaşır. O ki, qaldı vahid dövlət məsələsinə, tarixən vahid dünya dövləti yaratmaq istəyi çox olub. Makedoniyalı İsgəndər, Əmir Teymur, Napaleon, Hitler vahid dövlət istəyinə doğru addımlar atıblar. Hesab edirəm ki, yüzilliklərin, minilliklərin sonu göstərəcək ki, belə bir şey mümkündür, yoxsa yox. Ancaq bununla belə, dövlətlərin arasında sərhədlərin simvolik xarakter daşıması artıq bir reallığa çevrilir. Bu Avropada özünü doğruldub. 100 il bundan qabaq vahid Avropa, Avropa Birləşmiş Ştatları ideyası var idi amma bu daha çox gülüş doğururdu. Amma bu gün Avropa İttifaqı həqiqətən birləşmiş ştatlar formasına gəlib çıxıb. Dövlətlər arasında sərhədlər özünün dəmir divar əhəmiyyətini itirməyə başlayıb. Dövlətlər bir-biri ilə iqtisadi, siyasi, hərtərəfli inteqrasiya olunmağa başlayıb. Bu gün bəşəriyyətin ən müsair, effektiv, problemlərə adekvat cavab verən modeli məhz Avropada təmin olunub. Ona görə də dünya faktiki olaraq, Avropa dəyərləri deyilən prinsiplərlə idarə olunur. Dünyanın bu və ya digər bölgəsində cərəyan edən hadisələrin hansı sonluqla başa çatacağı Avropanın mövqeyindən asılıdır. Bu reallıqdır ki, Avropa bu gün güclü təsir imkanlarına malikdir. Düzdür, bəzən dünyaya hüquq, insan azadlıqları, demokratik dəyərlər dərsi keçən region özü bu qaydaları pozur. Liviya məsələsi buna bariz nümunədir. Təbiidir ki, bu gün Liviyada baş verənlər, ölkənin bombalanması birmənalı qarşılanmır. çox təəssüf ki, bunun qarşısını ala biləcək və bunun əvəzinə başqa bir metod tətbiq edə biləcək dünyada güc mərkəzi də yoxdur. Bu baxımdan, dünyanın ancaq proseslərin nə ilə başa çatacağını gözləməkdən başqa çıxış yolu qalmır.
H.B. BMT Təhlükəsizlik Şurası Liviya ilə bağlı qərar qəbul etdi və bu qərar 4 bənddən ibarətdir - Liviyanın hava sahəsində uçuşların qadağan olunması, Liviya xalqının qorunması, Liviya xalqına köməklik göstərilməsi və humanitar yardım. Bu qətnaməni əlində rəhbər tutan bəzi beynəlxalq mətbuat orqanları Liviyaya hücumların legitim olduğunu və BMT qətnaməsinə söykəndiyini yazırlar, bu istiqamətdə təbliğat aparırlar. Amma bu qətnamənin heç bir bəndində zor tətbiq etmək, Liviyanın bombardıman olunması ilə bağlı tələb yoxdur. Belə olan halda, qlobal güclərin beynəlxalq münasibətlərin bir aktoru olan milli dövlətə havadan hücumu, oraya bombaların yağdırılması nə qədər legitimdir?
A.M. Mən istəməzdim burada Avropanın hərəkətlərinin vəkili kimi çıxış edim və onların yerinə cavab verim. Amma bununla belə, hesab edirəm ki, BMT TŞ-nin Liviya ilə bağlı qətnaməsinin bəndlərini unutdular və yalnız bir bəndin üzərində durdular. O da NATO-nun interpretasiyasına üstünlük verilməsi bu gün Avropa ölkələrinin xarici siyasətinin böyük bir qüsurudur.
H.B. BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bəs, niyə NATO və ya digər ölkələr işğalçı Ermənistana münasibətdə bu cür sərt tədbirlərə əl atmırlar? Əgər məqsəd, mülkü vətəndaşların qətlə yetirilməsinin qarşısını almaqdırsa, onda Dağlıq Qarabağda Liviyadakından 100 dəfələrlə çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.
F.A. Bəli, bu böyük ədalətsizlikdir və biz bu gün bu ədalətsizliyin bütün tərəflərini görməkdəyik. Mən sizinlə tamamilə eyni fikirdəyəm ki, bütün dünya dövlətləri, qabaqcıl təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma buna baxmayaraq, hələ də işğal faktı davam edir. Baxmayaraq ki, BMT TŞ-nin 4 qətnaməsi var və bu qətnamələrin hamısı birmənalı olaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını özündə ehtiva edir. Lakin BMT TŞ-nin bu qətnamələrini həyata keçirməmək üçün bunlar absurd bir qurup yaradıblar və adını ATƏT-in Minsk qrupu qoyublar. 18 ildən artıqdır ki, bu Minsk qrupunun həmsədrləri ermənilərin işğal siyasətinə bəraət qazandırmaqla məşğuldurlar. Əgər, onlar münaqişəni həll etmək istəyirlərsə, heç Ermənistana bomba atmağa, bu ölkənin hava sərhədlərini bağlamağa, NATO-nun hərbi müdaxiləsinə də ehtiyac yoxdur. Sadəcə olaraq, bu gün dünyanın super dövlətləri konkret olaraq bəyanat versələr ki, Ermənistan işğalçı dövlətdir, bu işğal faktına soy qoyulmalıdır, son qoymursa, ora iqtisadi sanksiya tətbiq etsələr, ermənilər işğal etdikləri torpaqlarda bir saat belə qalmazlar. Bunu etmirlər, əksinə, Ermənistanı düşdüyü ağır iqtisadi durumdan xilas etmək üçün müxtəlif layihələr irəli sürürlər. Burdan çıxan məntiq ondan ibarətdir ki, dünyada ikili standart mövcuddur, ABŞ və onun müttəfiqləri heç də Liviyaya ədalət gətirmək, demokratiya gətirmək üçün hücum etməyiblər.
H.B. Aydın müəllim, sizcə, Ermənistana qarşı niyə iqtisadi, siyasi və ya başqa formada embarqolar tətbiq olunmur?
A.M. Bunun bir adı var - ikili standart. Bu gün Avropanın müəyyən dairələrində ikili standartlardan istifadə olunması adi bir hala çevrilib. Bu gün Liviyaya hücum gündəmdə əsas mövzulardan biridir, amma bu ölkədəkindən də daha mürəkkəb və alovlu hadisələrin yaşandığı Nigeriya diqqətdən qaçıb. Nigeriyada prezident seçkiləri keçirilib və bu posta iddialı olan iki nəfərin hər biri özünü prezident elan edib. Onların tərəfdarları arasında qanlı qarşıdurmalar yaşanır, vətəndaş müharibəsi gedir. Amma nədənsə nə BMT bu hadisələrə münasibət bildirir, nə bu ölkə bombardıman olunur və s. Bu isə bir daha ikili standartların olduğunu göstərir. Bunu biz Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də görürük. Bu gün Ermənistan bütün hüquq normalarını tapdalayır, ancaq Ermənistana qarşı hər hansı sanksiyadan söhbət belə getmir. Ermənistan Avropanın sanksiya tətbiq etdiyi İranla sıx münasibətlərə sahibdir, Ermənistan prezidenti Serj Sarkisyan prezidentlik müddətinin böyük hissəsini Tehranda keçirir, amma Ermənistana heç kəs heç nə demir. Cəbhə xəttində 8 yaşlı uşağı - Fariz Bədəlovu qətlə yetirirlər, buna Avropa heç bir reaksiya vermir. Təbii ki, bu cür reaksiya qəbuledilməzdir.
H.B. Fəzail müəllim, siz bir müxalifət partiyasının sədrisiniz. Bu gün Azərbaycanda bir qrup dağıdıcı müxalifət partiyaları var ki, onlar Ərəb ölkələrində baş verən hadisələrdən ruhlanaraq, müxtəlif təxribatlar törətməyə çalışırlar. Sizcə, bu qüvvələr həqiqətən Azərbaycanın problemlərinin həllini istəyirlərsə, niyə bir dəfə də olsun mitinqlərində Dağlıq Qarabağla bağlı bir dənə də olsun tələb qoymurlar, BMT TŞ-nin qərarlarının icrası ilə bağlı heç bir məsələ qaldırmırlar? Amma süni şişirdilmiş olan və ya olmayan neqativ hallarla bağlı tələblər qoyurlar.
F.A. Müxalifətin radikal qanadının fəaliyyəti və onların baxışları anti-milli xarakter daşıyır. 1993-cü ildən bəri onların fəaliyyətinin bütün istiqamətlərini təhlil etsək, belə bir nəticəyə gələcəyik ki, radikal müxalifətin fəaliyyəti Azərbaycan dövlətçiliyinə qarşı yönəlib. Bu isə Azərbaycana düşmən münasibətində olan xarici qüvvələrin istəklərinə uyğundur. Həmin qüvvələr Azərbaycanın müstəqil siyasət yürütməsini, inkişaf etməsini həzm edə bilmirlər və ölkə daxilindəki əlaltılarına müxtəlif təxribatlar törətmək üçün tapşırıqlar verirlər. Uzun illər boyu xaricdən ən müxtəlif formada dəstək alan, maliyyə yardımı alan radikal müxalifətin dağıdıcı fəaliyyəti bu günə qədər heç bir nəticə verməyib və bundan sonra da verməyəcək. çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət radikalları sosial dayaqlardan tamamilə məhrum etdi. Azərbaycan xalqı bugünkü iqtidarı dəstəkləyir və bu siyasətin ölkəmizi inkişafa apardığını görür. Radikallar müxalifət cəbhəsində isə yalnız avantüranın, hərc-mərcliyin, dağıdıcı fəaliyyətin, milli mənafeyimizə uyğun olmayan hərəkətlərin, xəyanətlərin şahidi oluruq. Belə olduğu halda xalqımızın onlardan üz döndərməsi, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi tamamilə məntiqəuyğundur. Əgər radikal müxalifət liderlərinin ətrafında özlərindən və övladlarından başqa heç kəs qalmayıbsa, onda bunlar hansı haqla özlərini lider, siyasətçi adlandırırlar. Hesab edirəm ki, onlar artıq Azərbaycan xalqının tarixin arxivinə atdığı ölü canlardır.
H.B. Bugünkü iqtidar Azərbaycanın milli maraqlarını və dövlət maraqlarını heç bir şərtdə güzəştə getmir, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getmir, ölkə maraqlarını prioritet kimi önə sürür və onu sona qədər müdafiə edir. Belə olan halda Qərbin bəzi dairələri radikal müxalifət qüvvələrindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir və baş verən mitinqlər də bununla bağlıdır.
A.M. ölkənin öz müstəqil siyasətini formalaşdırmaq və həyata keçirmək istəyi heç də xarici dairələrdə həmişə razılıqla qarşılanmır. Mütləq müəyyən dairələr var ki, həmin ölkənin bu və ya digər addımını öz maraqlarına uyğunlaşdırmaq istəyir. Bunun üçün həm dövlət siyasi, iqtisadi, hərbi sınaqdan keçirilir, həm də ölkədə müəyyən problemlər yaradılır. Ancaq 1993-cü ilin 15 iyunundan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsindən sonra Azərbaycan sözün əsl mənasında müstəqillik əldə etdi və Azərbaycan öz problemlərini özü həll etməyə başladı. Azərbaycan öz inkişaf yolunu özü müəyyənləşdirir və bu strateji xətt 2003-cü ildən sonra isə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə Azərbaycanın dövlət büdcəsi 300 milyon dollar idisə, bu gün Azərbaycanın büdcəsi 16 milyard dollardan artıqdır. Əgər 1993-cü ildə Azərbaycanın xaricdə heç bir səsi eşidilmirdisə, bu gün dünyanın 60-dan çox ölkəsində səfirliyimiz fəaliyyət göstərir. Azərbaycanın mövqeyi bu və digər formalarda beynəlxalq təşkilatlarda öz ifadəsini tapır. Bu istiqamətdə çoxlu sayda paralellər apara bilərik. Real mənzərə odur ki, Azərbaycan dövlətini sınağa çəkmək, onu forposta çevirmək cəhdləri heç bir zaman alınmır və birmənalı şəkildə alınmayacaq. Nə qədər ki, Azərbaycan Heydər Əliyev yolu ilə gedir, ölkəmiz uğurlar qazanacaq, özünün müstəqilliyini inadla möhkəmləndirəcək. Azərbaycan daxilində özləri üçün 5-ci kalon yaratmaq, ölkə daxilində özlərinin maraqlarına uyğun olaraq siyasi qüvvələr yetişdirmək cəhdləri də heç bir nəticə verməyəcək.
H.B. Maraqlı söhbətə görə çox sağ olun və təklifimizi qəbul edib bu gün redaksiyamızda qonaq olduğunuza görə minnətdarlığımızı bildiririk.
A.M. Biz də belə bir maraqlı rubrika təqdim etdiyinizə və bizi dəvət etdiynizə görə təşəkkür edirik. Hesab edirəm ki, Azərbaycan mətubatında belə açıq diskussiyalara, maraqlı söhbətlərə ehtiyac var.
F.A. Mən də öz növbəmdə sizə minnətdarlıq edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hazırladı: Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

