Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir
19.04.2011 [16:45]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə lokal-regional, mahiyyətinə görə isə qlobal xarakterli problemlərdəndir. Məhz buna görə də, münaqişənın həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi şəkildə səsləndirilməkdədir. Qısası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir...
Qeyd etdiyimiz kimi, beynəlxalq miqyasda dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini əsas tutaraq fəaliyyət göstərən milli aktorların hamısı bəhs edilən münaqişənin həlli istiqamətində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini mütəmadi şəkildə dəstəkləməkdədir. Bunlardan biri də qardaş Türkiyə Respublikasıdır. Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə və ruhuna müvafiq olaraq rəsmi Ankara bütün digər sahələrdə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də özünün prinsipial mövqeyi ilə ölkəmizin haqlı mövqeyinə ardıcıl dəstək verməkdədir. Son olaraq AŞ PA-nın plenar sessiyasında çıxışından sonra Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyanın sualına cavab olaraq Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bunları deyib: “Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ayrı bir məsələdir. Türkiyədəki erməni əhalinin hüquqlarının qorunmasına gəldikdə, bu bizim qarşımızdakı əsas öhdəliklərdən biridir və bu öhdəliyə sədaqətliyik. Digər tərəfdən, bizə dost və qardaş olan Azərbaycanın da maraqlarını qoruyuruq və onların da hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik. Səmimi deyim, biz bu problemi həll etməliyik. Biz bu gün sərhədləri açmağa hazırıq. Həmişə çıxışlarımızda ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal olmağa çağırmışıq. ABŞ, Fransa və Rusiya bu münaqişəni həll etmək üçün səylərini artırmalıdırlar. Onlar nə zaman bu problemin həllini tapsalar, o zaman biz də sərhəd məsələsində həll yolunu tapa bilərik. Əgər onlar öz öhdəliklərini yerinə yetirməsələr, o zaman hər şey çətin olacaq”.
önəmli və diqqətçəkici məqamdır ki, Baş nazir R.T.Ərdoğan beynəlxalq təşkilatlardakı çıxışlarının əksəriyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulamaqda və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa səy etməkdədir. Bütün bu faktları nəzərə alan bir sıra analitik mərkəzlər indi ciddi şəkildə araşdırırlar ki, məhz bu dönəmdə nə üçün Dağlıq Qarabağ münaqişəsi regionun ən ciddi və dərin əsaslı problemi kimi qəbul edilməkdə və ciddi səylərə-cəhdlərə səbəb olmaqdadır?
Bu sualın cavabı olduqca sadə, amma çoxistiqamətlidir. Əvvəla, istər regional, istərsə də qlobal güclər yaxşı anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan ciddi problematik faktordur. Bu münaqişənin həll edilməsi regional miqyaslı, qlobal xarakterli qarşılıqlı-faydalı-uzlaşdırılmış əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək. Yox, əgər münaqişə həll olunmamış qalarsa, məhz bu zaman Cənubi Qafqaz bölgəsi “qapalı”-səmərəsiz geosiyasi məkana çevrilməkdən qurtula bilməz. Bu isə region dövlətlərindən daha çox qlobal aktorlara mənfi təsir göstərər. çünki hər kəsə məlumdur ki, Cənubi Qafqaz ən böyük sərmayə məkanlarından biri olmaqla yanaşı, ən önəmli bölgələrə çıxış qapısı rolunu da oynamaqdadır.
İkincisi, Cənubi Qafqaz kimi “brainland” (geosiyasi nəzəriyyə və planlarda qlobal sistemin beyni-idarəetmə mərkəzi mənasında işlədilir-N.Q.) önəmi kəsb edən bölgədə təhlükəsizlik balansının pozulmasının-qeyri-sabitliyə səbəb olacaq halların meydana gəlməsinin qarşısını almaq üçün dağıdıcı faktorların aradan qaldırılması zəruridir. Əlbəttə ki, bu cür dağıdıcı faktorlardan biri də, Azərbaycan torpaqlarının 20 faizinin hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır. İşğala son qoyulmadıqca, nə Ermənistan regional layihələrdə iştirak edə biləcək, nə də sərmayədar dövlətlər istədikləri səviyyədə bölgəyə investisiya yönəldə biləcəklər. Bundan başqa, münaqişənin həll olunmamış qalması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaradılmasına və növbəti strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olacaq.
Deyilənlərlə yanaşı, Türkiyənin hər zaman ən yüksək səviyyə və formada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirməsi də təsadüfi deyil. Bu, özündə bir neçə fundamental strateji faktoru ehtiva edir:
Əvvəla, Cənubi Qafqazın lokomotiv aktoru olan Azərbaycan Türkiyə üçün bölgəyə giriş və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni, Cənubi Qafqazda geniş əhatəli əməkdaşlıqlar mühiti formalaşdırmaq və uzunmüddətli perspektivdə sürdürmək üçün Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir. Müxtəlif xarakterli layihələrin reallaşdırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. BTC, BTƏ və BTQ kimi layihələr zamanı sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran bariz arqumentdir;
İkincisi, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. çünki Asiyadan-Avropaya uzanmaq üçün Azərbaycan amili birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir;
üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birilərinə qarşı “dual dövlət” mövqeyindən çıxış edirlər. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı-səmimi-faydalı-uzlaşdırılmış münasibətləri daha da möhkəmləndirən amildir.
Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşmasını şərtləndirən fundamental faktorların sayını istənilən qədər artırmaq olar. Hər halda, bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi-Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur. Bu isə onu tələb edir ki, münaqişənin həlli yönündə Türkiyə Azərbaycanla birgə səylərini daha da artırsın...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

