Ermənistanda insan hüquqlarının qorunması bərbad vəziyyətdədir
19.04.2011 [16:45]
Məlum olduğu kimi, bu günlərdə “Freedom House” beynəlxalq insan haqları təşkilatı “Dünyada azadlıq 2011” adlı hesabatını açıqlayıb. Hesabata görə, 2010-cu ildə 25 ölkədə insan haqları sahəsində ciddi geriləmə olub. Azad ölkələrin sayı 89-dan 87-yə enib. Ən qəribəsi isə odur ki, insan haqlarının kobud şəkildə pozulduğu, korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi Ermənistan hesabatda qismən azad ölkələrin siyahısında göstərilib.
Halbuki, hesabatdan cəmi bir gün əvvəl Ermənistanda siyasi məhbusların və təqib olunanların müdafiəsi komitəsi ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib. Ermənistan mətbuatında yer alan həmin bəyanatda qeyd olunur ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra həbsxanalar siyasi məhbuslarla dolub. Ermənistan hakimiyyəti siyasi məhbusların ailələri ilə sərbəst təmas hüquqlarını da tanımır. Məsələn, yanvarın 11-də siyasi məhbus Şmavon Qalstyana vəfat etmiş anası ilə normal vidalaşmağa imkan verilməyib. Komitənin bəyanatında deyilir ki, Ermənistan hakimiyyətinin primitiv qisasçılıq təfəkkürü siyasi məhbuslara qarşı qeyri-insani davranışı ortaya çıxarır. Belə ki, Şmavon Qalstyana anasının yas mərasimində cəmi iki saat iştirak etməyə icazə verilib. Erməni Milli Konqresinin Avropa Şurasındakı nümayəndəsi Arman Qriqoryanın sözlərinə istinad edilən yazıda qeyd olunur ki, Ermənistan Avropa Şurasının siyasi məhbusların azad edilməsi, KİV və nümayiş azadlığının təmin olunması və s. öhdəlikləri nəzərdə tutan 1677 saylı qətnaməsini yerinə yetirmir. Onun sözlərinə görə, bu ilin yanvarında Ermənistana səfər etmiş Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Tomas Hammarberq, eləcə də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həmməruzəçiləri Con Preskott və Laleks Fişerin Yerevana səfərinin nəticələrinə dair hazırladığı hesabatlar Strasburq qurumun yaz sessiyasında müzakirəyə çıxarılacaq.
A.Qriqoryan bəyan edib ki, Ermənistana qarşı sanksiyaların tətbiqi istisna olunmur. Onun fikrincə, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı bu kimi sərt addımların atılması vacibdir. çünki Ermənistanda insan hüquqları ilə bağlı vəziyyətin nə qədər bərbad olduğunu göstərən nümunələrin sayı yüzlərlə, bəlkə də minlərlədir.
Bu isə o deməkdir ki, “Freedom House” növbəti dəfə öz hesabatında dünyada insan hüquqları və azadlıqlarının vəziyyətinə qərəzli yanaşıb, həmçinin, azad, qismən azad və qeyri-azad ölkələri bir-birindən ayıra bilməyib.
Xatırladaq ki, “Freedom House” mənzil-qərargahı Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatıdır. Qurum 1972-ci ildən etibarən müntəzəm olaraq hər il dünyada insan azadlığının vəziyyətinə dair hesabat hazırlayır. Təşkilat dəyərləndirmələrini 3-azad, qismən azad və qeyri-azad ölkələr kateqoriyaları üzrə aparır.
“Freedom House”un büdcəsinin təqribən 80 faizi ABŞ hökumətinin ayırdığı qrantlar hesabına formalaşır. Göründüyü kimi, hesabatın hazırlanmasında, bu amil də az rol oynamayıb.
Əks təqdirdə, Ermənistanda insan hüquqlarının qorunmasına dair bu ölkənin mətbuatında yer alan fikirlər, ən azından nəzərə alınmalı idi. Yaxud da yanvarın sonunda Avropa Şurasının İnsan haqları üzrə komissarı Tomas Hammarberqin Ermənistana səfərinin əhali tərəfindən necə etirazla qarşılanması hesabatda öz əksini tapardı. Yerli KİV-lərin xəbərinə görə, ölkədə siyasi motivlərinə görə həbs edilmiş şəxslərin azad olunması tələbi ilə meydanlara və küçələrə çıxan ermənilər, hətta Tomas Hammarberqin qaldığı “Mariott” mehmanxanasını belə dövrəyə alıblar.
Ermənistanda siyasi məhbusların müdafiəsi komitəsinin fəalları tərəfindən təşkil edilən aksiyaya siyasi məhbusların yaxınları ilə yanaşı, digər bölgələrdən gəlmiş dinc sakinlər də qoşulub. Aksiya iştirakçıları siyasi məhbusların şəkilləri əks olunmuş plakatları Tomas Hammarberqin yerləşdiyi otağın pəncərəsinə belə atmaqdan çəkinməyiblər. Avropalı diplomatın diqqətini siyasi məhbuslar məsələsinə yönəltməyə çalışan aksiyaçılar, həmçinin, Avropa Şurası nümayəndəsindən rəsmi Yerevana təzyiq göstərilməsini də tələb ediblər. Yerli KİV-in məlumatına görə, siyasi məhbuslar Tomas Hammarberqə məktub da ünvanlayıblar. Məktubda Ermənistanda insan hüquqlarının pozulması və rəsmi Yerevanın siyasi baxışlarına görə insanları həbs etməsi xüsusilə qeyd olunub. Avropa Şurası təmsilçisindən siyasi məhbusların azad edilməsi üçün qurumun nüfuzundan istifadə etməsi xahiş olunur. öz növbəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı da Ermənistanda siyasi məhbusların mövcudluğundan narahatlığını ifadə edib. O, 2008-ci ilin 1 mart hadisələri zamanı 10 nəfərin ölümündə günahı olanların hələ də cəzalandırılmamasını kəskin pisləyib. Hammarberq bildirib ki, Yerevana səfərinin əsas məqsədi mart hadisələrinin araşdırılması istiqamətində işlərə nəzarət etmək, ölkədə mətbuatla bağlı vəziyyəti və Ermənistan ordusunda zorakılıq faktlarını araşdırmaqdır.
Bütün bunların fonunda “Freedom House” qeyri-hökumət təşkilatının Ermənistanı hələ də qismən azad ölkə kimi təqdim etməsi bu təşkilatın öz işini nə qədər “şəffaf” qurmasından, hesabatlarını nə qədər “obyektiv” şəkildə hazırlamasından xəbər verir.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28

