Azərbaycan təmsilçiləri Avropa səhnəsini fəth etdilər
17.05.2011 [03:22]
Almaniyanın Düsseldorf şəhərinin “Esprit Arena”sında 56-cı “Eurovision” mahnı müsabiqəsi başa çatıb. Azərbaycanı bu yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin iştirakı ilə keçən müsabiqənin final mərhələsində tarixi qələbəsini qazanıb. Təmsilçilərimizin ifa etdiyi “Running Scared” mahnısı 43 ölkə tamaşaçıları və münsiflərin verdiyi səslərin nəticəsində 221 xal toplayıb. 125 min nəfərin izlədiyi müsabiqədə ikinci və üçüncü yerləri isə İtaliya və İsveç paylaşıb.
“Eurovision-2011” mahnı müsabiqəsinin nəticələri elan olunandan sonra xalq Bakının küçələrində təmsilçilərimizin yarışmadakı qalibiyyətlərini qeyd ediblər. Təkcə Bakıda deyil, İsveç, Rusiya, Gürcüstan, Türkiyə, Latviya, Rumıniya və digər ölkələrdə yaşayan azərbaycanlılar Eldar və Nigar duetinin birinci yeri tutması münasibətilə sevinclərini ifadə etmək üçün paytaxt şəhərlərinin mərkəzi meydan və küçələrinə toplaşıblar.
Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal mayın 16-da səhərə yaxın Vətənə - Azərbaycana qayıdıblar. Qaliblər Heydər Əliyev Beynəlxalq hava limanında Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, İctimai Televiziyanın nümayəndələri, jurnalistlər, çoxsaylı pərəstişkarlar, onların doğmaları və yaxınları tərəfindən qarşılanıblar.
Həmvətənlərimiz ilk növbədə ümummilli lider Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda Ulu öndərin abidəsini ziyarət ediblər. Təmsilçilərimiz parkda əllərində bayraqlar, gül-çiçəklərlə onları qarşılayan ictimaiyyət nümayəndələri, tələbələrə bu müddət ərzində onlara daim dəstək olduqlarına görə minnətdarlıqlarını bildiriblər.
Eldar Qasımov və Nigar Camalın “Eurovision-2011”dəki uğurlu çıxışı beynəlxalq KİV-lərin əsas mövzusuna çevrilib. Gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutması və qaliblərin əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırmaları bütün televiziya kanalları və informasiya agentliklərinin ən mühüm xəbəri kimi təqdim olunub. Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision-2011” mahnı müsabiqəsində qazandıqları parlaq qələbə qardaş Türkiyədə böyük sevinclə qarşılanıb. Bu qələbə, eyni zamanda, Türkiyənin də zəfəri kimi dəyərləndirilib. Həmin şərhlərin bəzilərini təqdim edirik:
“CNN Türk”: “Yüksek Sadakat” qrupunun finala keçə bilmədiyi mahnı yarışmasının qalibi 4 favorit arasından seçildi. Bu, Azərbaycan oldu. Azərbaycanın təmsilçisi Nigar səhnəyə Türkiyə bayrağı ilə çıxdı”.
Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı, “CNN Türk” telekanalında “Əyrisi-doğrusu” verilişinin prodüsseri Taha Akyol “Yaşa Azərbaycan” başlıqlı yazısında qeyd edir ki, Azərbaycanın müsabiqədə qalib olması Türkiyə təmsilçisinin müsabiqədə mübarizəsini dayandırmasına baxmayaraq, qardaş ölkə vətəndaşlarının “kədərini” sevincə çevirib. Müəllif qeyd edir ki, Azərbaycanın təmsilçisi Nigar Camalın əlində Türkiyə bayrağı ilə səhnəyə çıxması xüsusi ilə sevindiricidir: “Onsuz da Türkiyə yarışı tərk edəndə Nigar və Eldar biz Türkiyə üçün də ifa edəcəyik demişdilər, söylədilər və bacardılar”.
“Mədəniyyət sahəsində ortak sevinclərin yaranması fövqəladə hadisədir. Vaxtilə bu daha da inkişaf edəcək. Krımlı İsmayıl bəy Qaspralının 100 il əvvəl dediyi kimi, “dildə, fikirdə, əməldə birlik” üçün bu gün daha əlverişli zamandır.
“Eurovision”da Azərbaycanın qələbəsi heç də təsadüfi deyil. Azərbaycanda teatr və opera kimi sənəd növləri Türkiyədən çox əvvəl formalaşıb. “Leyli və Məcnun” operasının müəllifi Azərbaycanın dahi bəstəkarı mərhum üzeyir Hacıbəylinin məmləkəti üçün bu uğur təbiidir”.
Qeyd edək ki, təkcə mətbuat deyil, Türkiyə ictimaiyyəti də Azərbaycanın qələbəsinin sevincini paylaşıb. Sosial şəbəkələrdə və qəzetlərin internet səhifələrində verilən şərhlərin bir neçəsini oxuculara təqdim edirik.
Mustafa: Yaxşı ki, yarımfinaldan yarışmayı tərk etdik, yoxsa belə bir tablonu görə bilməzdik. Heç bir ölkəyə belə bir an asan nəsib olmaz. İtirdiyimiz sadəcə bir musiqi yarışması qarşılığında qazandığımız dərinlərdə qalmış bir bağın su üzərinə çıxmasıdır. Həqiqi xəzinə budur. Bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Bakıda görüşmək ümidi ilə.
Cem Güvən: Təşəkkürlər Hürriyet. Bu möhtəşəm insanları baş səhifədə yayımladığınız üçün. Fəth etdikləri zirvə və əllərindən düşməyən türk bayrağı. Təşəkkürlər sizə qəhrəman, cəsur, azərbaycanlı qardaşlarım. Etdiyiniz bu jesti ömrüm boyu unutmayacağam.
Həsən Bayramoğlu: “Yarışmanı biz Azərbaycan türkləri deyil, bütün Türk dünyası qazandı” ismarıcı bundan daha gözəl verilə bilməzdi.
Mahmut Yalçın: Azərbaycanlı qardaşlarımızı qazandıqları haqlı qələbə münasibətilə təbrik edirəm. Musiqi insan ruhunu oxşayan, sakitləşdirən məxmər kimi yumşaq idi. Türk bayrağının səhnədə dalğalanması isə “Bir millət, iki dövlət” şüarının sübutu idi.
Kardeş ülke: Azərbaycan qələbəsi ilə dünyaya varlığını, bizə də qardaşı olduğunu xatırlatdı.
Aytən Rıfat: Yaşadığım həyəcanı ömrüm boyu unutmaram. Bu qələbə Azərbaycanın Qarabağda çalacağı böyük zəfərin başlanğıcıdır.
Eyni zamanda, Türkiyənin “Hürriyet”, “Vətən”, “Milliyet”, “Sabah” və digər nüfuzlu qəzetlərin internet saytlarında Azərbaycan gənclərinin qələbə anını əks etdirən videokliplər yerləşdirilib. Qəzetlərin birinci səhifələrindəki xəbərlər “Eurovision”da qardaş təsəllisi”, “Finala çıxa bilmədik, amma qazandıq”, “Eurovision”da zəfər qardaş Azərbaycanın oldu” kimi başlıqlarla verilib. Həmçinin, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olan həmyerlilərimizin uğurlu çıxışı Rusiya, Fransa, İngiltərə və digər xarici kütləvi informasiya vasitələrinin əsas müzakirə mövzusuna çevrilib.
“ORT” telekanalı: “Yarışmaya gedən yol çətin, mükafata gedən yol isə gözlənilməz oldu. Azərbaycana nadir hallarda 8-dən az xal verilirdi. Səsvermənin sonunu gözləmədən mətbuat mərkəzində jurnalistlər öz sevincini yaşayan azərbaycanlı əməkdaşlarını əhatəyə aldılar. Daha bir neçə ölkənin səs verməsi hələ qalırdı, amma Avropaya artıq bəlli idi - növbəti yarışma şərq ab-havası ilə olacaq. Eldar və Nigarın çıxışı gözəl bir nağıla, bioqrafiyaları isə iki şahzadə haqqında hekayətə bənzəyirdi. İki uşaq anası və xoşbəxt evdar qadın olan Nigar oxumağı həmişə arzu edibdi. 21 yaşlı Eldar da “Eurovision”u fəth etməyi arzulayırdı. Belə də görüşdülər. İndi Avropa görəcək ki, Bakı onları necə qarşılayacaq. Onlar hələ bilmirlər ki, Azərbaycan neçə qonaqpərvər ölkədir.”
“BBC” telekanalının yayımladığı xəbərdə qeyd edilib ki, Azərbaycan təmsilçiləri ElL və Nikki 221 xal toplayaraq, Avropanın ən yaxşı mahnısının ifaçıları olublar. Telekanal 56 illik tarixi olan müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulan Azərbaycan artıq dördüncü dəfə qatılaraq ilk qalibiyyətini əldə etdiyini bildirib.
“Yarışın səhəri Britaniyada çıxan bazar günü qəzetlərindən bəzilərinin məyusluğunu başa düşmək çətin deyil. Britaniyanın 1997-ci ildən bəri “Euroviziya” mahnı yarışında qalib gəlmək cəhdi, yenə də alınmadı. Amma britaniyalıların heç olmasa təsəllisi budur ki, yarışın qalibi - Nikki Camal və ya Nigar Camal əri və iki uşağı ilə Londonda (Londonun şimalında - Enfilddə) yaşayır. Əslində, Şimali London Azərbaycan diasporunun yaşadığı əsas ərazidir”.
Londonda çıxan “Mirror” qəzeti isə belə də yazıb: “O, Bakıda doğulsa da, Birləşmiş Krallıq onun uğurunu öz qələbəsi saya bilər”.
Nəşr qeyd edir ki, sözügedən yarışda Böyük Britaniyanı “Blue” qrupu, İrlandiyanı isə ziddiyyətli Cedvard əkizləri təmsil edib.
Beləliklə, Eldar Qasımov və Nigar Camal 56 illik tarixi olan “Eurovision”a yalnız 2008-ci ildə qoşulmuş Azərbaycanın başını uca etdilər.
öz fəaliyyətini yenidən bərpa etmiş Britaniya qrupu “Blue” isə yarışda, sadəcə 100 bal toplaya bilib. İkinci yerə isə italiyalı Rafael Qulazzi layiq görülüb.
“Euronews” telekanalı: Almaniyanın Düsseldorf şəhərində keçirilən mahnı müsabiqəsinin qalibi Azərbaycandan olan El və Nikki (Eldar Qasımov və Nigar Camal) dueti olub. Eldar Qasımov və Nigar Camal 221 xal toplayaraq, “Running Scared” mahnısı ilə qələbə çalıblar. Nigar hazırda Londonda yaşayır. O, 2001-ci ildə Bakıda Xəzər Universitetinin “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə ali təhsilini başa vurub. Eldar isə ötən il beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Cəmi 4 ildir ki, “Eurovision”da iştirak edən Azərbaycanın indiyədək ən böyük uğuru 2009-cu ildə Aysel Teymurzadə-Araş dueti ilə qazandığı 3-cü yer olmuşdu.
“VOA”: Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibidir.
Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanın böyük qələbəsi Fransa mətbuatının da aparıcı mövzularından birinə çevrilib. ölkənin ən nüfuzlu “www.yahoo.fr” saytında məşhur “Röyter”, “Assoşieyted Press”, “Frans Press” və digər agentliklərin mahnı yarışından qalib çıxaraq doğma Azərbaycanı ləyaqətlə təmsil etmiş Eldar Qasımov və Nigar Camalla bağlı materialları yerləşdirilib. Agentliklər Ell və Nikkinin (Eldar və Nigar belə təqdim olunur) sayəsində “Eurovision-2011”-də Azərbaycanın qalib gəlməsi barədə məlumat verilib, Fransanın təmsilçisi Amori Vassilinin yarışmada 15-ci yeri tutması, bu ölkənin sonuncu dəfə 1977-ci ildə “Eurovision” müsabiqəsinin qalibi olması təəssüf hissi ilə xatırlanıb.
Fransa mətbuatı Qafqaz ölkələrindən biri olan Azərbaycanı təmsil edən gənc duet Ell və Nikkinin ifa etdikləri “Running Scared” mahnısı ilə “Eurovision-2011” müsabiqəsinin qalibi olmasından, artıq süqut etmiş SSRİ-nin keçmiş respublikalarından olan Azərbaycanın belə möhtərəm mahnı yarışında dördüncü dəfə iştirak etməsinə baxmayaraq, qibtə ediləcək dərəcədə böyük uğura imza atmasından, beləliklə də ümumi qaydaya əsasən, növbəti “Eurovison-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyindən və bunun gənc müstəqil dövlət üçün qürurdoğuran fakt olmasından yazıb.
Parisdə nəşr olunan gündəlik “L’ Express”, “Le Parisien”, “Liberation”, “Paris-Matsh” və digər mətbu orqanları da öz səhifələrində Azərbaycanın gənc ifaçıları Eldar Qasımovun və Nigar Camalın “Eurovision-2011”də müvəffəqiyyətli çıxışı və öz ölkələrinə birinci yeri qazandırmaları barədə müxtəlif başlıqlar altında məqalələrə geniş yer ayırıb.
“Le Parisien” qəzetində dərc olunmuş “Azərbaycan - 2011-ci il “Eurovision”un qalibi oldu” başlıqlı məqalədə ölkəmizin belə mötəbər yarışlarda cəmisi dörd dəfə iştirak etdiyi, bundan əvvəlki yarışlarda da Azərbaycan təmsilçilərinin mükafata layiq yer tutmalarının yaxın gələcəkdə bu ölkənin yarışın qalibi olacağına şübhə doğurmadığı, bunun üçün çox gözləməyin lazım gəlmədiyi, respublikamızın “Eurovision-2011” yarışının qalibi olduğu qeyd edilib. Eyni zamanda, məqalədə Eldar və Nigar duetinin “Eurovison-2011” müsabiqəsində isveçli müəllif və bəstəkarın mahnısını ingilis dilində çox romantik şəkildə, göz-gözə, məharətlə ifa etdikləri diqqətə çatdırılıb.
“L’ Express” qəzetində “Azərbaycan “Eurovison-2011”də Eldar və Nigarla qələbə qazandı” sərlövhəli məqalədə Almaniyanın qərbində yerləşən Düsseldorf şəhərinin stadionunda keçirilmiş 56-cı mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ən yüksək göstəriciyə nail olması - 221 xalla 43 ölkə arasında inamlı qələbə qazanması xüsusi vurğulanıb. Məqalədə bildirilir ki, Reyn çayının sahilindən 5500 km uzaqda yerləşən Azərbaycanın paytaxtı Bakıda yerli vaxtla gecə saat 3.30-da nəticələr elan olunan kimi şəhər sakinləri küçələrə çıxaraq qələbəni qeyd ediblər.
Müəllif, həmçinin, 9 milyon əhalisi olan Azərbaycanın öz enerji ehtiyatlarına görə dünyanın mühüm strateji dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
ölkənin digər mətbu orqanlarında da Eldar və Nigarın qələbəsindən bəhs olunur, “Eurovision-2012”nin Azərbaycanda keçiriləcəyi bildirilir, həmin mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil ediləcəyinə böyük ümid bəslənildiyi vurğulanıb.
Əlavə edək ki, müsabiqənin şərtlərinə görə, növbəti mahnı müsabiqəsi qalib müğənnilərin təmsil etdiyi ölkədə keçirilir. Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
“Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Düsseldorfda Azərbaycanı qalibiyyət münasibətilə təbrik edərək növbəti ildə ölkəmizin bu yarışmanı yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib, Odlar diyarına bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qələbə münasibətilə bir daha təbrik edib. İcraçı direktor ölkəmizin “Eurovision-2012” mahnı müsabiqəsində ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib.
öz növbəsində, Adil Kərimli də qələbə sevincini bölüşərək bildirib ki, bu, inanılmaz bir hissdir. O, Azərbaycanın 2012-ci ildə bu müsabiqəni yüksək səviyyədə təşkil edəcəyini vurğulayıb. Qeyd edib ki, müsabiqədə iştirakımız boyu Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bizə dəstək olub: “Bu diqqət və qayğısına görə Prezidentimizə minnətdarıq”.
A.Kərimli deyib ki, yaxın vaxtlarda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Avropanın ən böyük musiqi şousunda 4-cü dəfə iştirak etməyimizə baxmayaraq, Azərbaycanın birincilik qazanmasının inanılmaz nailiyyət olmasını vurğulayan A.Kərimli, bu qələbəni ölkəmizin müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

