Nizami rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub
15.06.2011 [09:27]
öncə Ulu öndər Heydər Əliyevin İcra Hakimiyyətinin foyesində qoyulmuş büstünün önünə tər çiçəklər düzülüb.
Nizami rayon İH-nin akt zalında keçirilən mərasimi giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Tahir Budaqov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir: “Hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun tarixi müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində qalan Azərbaycanın xilas yolunu müəyyənləşdirən Ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi, siyasi, sosial inkişafın keyfiyyətcə yeni mərhələsi başlanıb”.
Millət vəkili Fəttah Heydərov dövlətçiliyimizin müasir tarixi üçün əlamətdar olan 15 İyun - Milli Qurtuluş Gününün mahiyyət və əhəmiyyəti barədə danışıb: “Milli qurtuluş günü kimi qeyd olunan bu tarix həqiqətən bir xalqın azadlığa qovuşması ilə əlamətdardır. ölkəsini inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaq istiqamətində Onun göstərdiyi fəaliyyət barədə danışmaq üçün qərinələr lazımdır. çünki, Ulu öndərin hər iş günü, həyatının hər saatı Azərbaycanın gələcəyi naminə hesablanmış ideyalarla zəngindir. Hakmiyyətə qayıdış ifadəsi siyasi məhfum olmaqla bir çox məqamları özündə ehtiva etdirir”.
“Hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin əbədi qarantı kimi həm də iqtisadi inkişafımızın strategiyasını müəyyənləşdirən Heydər Əliyev qətiyyəti sayəsində Azərbaycan yenidən dirçəlib” - deyən F.Heydərov vurğulayıb ki, bəlkə də heç bir liderin, dövlət başçısının yerinə yetirə bilmədiyi bir missiyanı reallaşdıran Heydər Əliyev “Əsrin müqaviləsi” kimi əfsanəvi bir kontraktın imzalanmasını gerçəkləşdirməklə tarixi şəxsiyyət kimi tanınıb.
Millət vəkili Aydın Mirzəzadə çıxışında bildirib ki, Azərbaycanın rəsmən qazandığı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayandığı bir zamanda hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı xəritədən silinmək təhlükəsindən qurtaran xilaskar kimi xalqın imdadına çatıb. Heydər Əliyevin çox mürəkkəb bir dövrə təsadüf edən hakimiyyətə qayıdışı taleyüklü problemlərin həlli üçün dönüş nöqtəsi olub.
Millət vəkilləri, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Rasim Musabəyov çıxış edərək Ulu öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışıblar. Vurğulayıblar ki, Heydər Əliyev tarix, cəmiyyət üçün yaranmış müdrik zəka sahibi idi. Yalnız yaşadığı dövr üçün xarakterik olan vəzifələri deyil, bir neçə on illər üçün inkişaf strategiyasını planlaşdıran dahilər liderlik adına layiqdirlər. ümummilli lider Heydər Əliyev tarixdə özünəməxsus səhifə yaradan, dünya şöhrətli korifeylər sırasında fərqlənən belə liderlərdəndir.
Nizami rayon İH başçısının müavini Gülnaz İsrafilova çıxış edərək rayonda 27 apreldən başlayaraq bu günə kimi davam edən ümummilli lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər barədə məlumat verib.
Qeyd olunub ki, Ulu öndərin ad günü münasibətilə keçirilən Gül bayramında daha fəal iştirak edən Nizami rayonu birinci yerə layiq görülüb, diplomla mükafatlandırılıb.
Mərasimdə rayon üzrə keçirilən bilik, idman yarışlarında, interaktiv oyunlarda, müsabiqələrdə fərqlənən pedaqoji kollektivlərə və şagirdlərə qiymətli hədiyyələr təqdim olunub.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

