Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın terrorçu əməllərinin qarşısı alınmalıdır

Ermənistanın terrorçu əməllərinin qarşısı alınmalıdır

26.07.2011 [09:21]

Beynəlxalq birlik bu istiqamətdə konkret addımlar atmalıdır
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi intensivləşib. Amma bütün bunlara rəğmən Ermənistan özünün işğalçı, terrorçu siyasətindən əl çəkmir. Bir neçə gün öncə Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın  ölümü bunu növbəti dəfə təsdiqləyib.
İşğalçılar tərəfindən həyata keçirilən bu kimi qərəzli aksiyalar bir daha göstərir ki, ermənilər bölgədə sülh istəmir və regionun daim təhdid altında qalmasında maraqlıdır. çünki hər dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar aktiv fazaya daxil olarkən, Ermənistan ənənəvi vəhşilik metodlarına əl ataraq prosesi “ölü nöqtə”yə sürükləyir. çox təəssüflər olsun ki, ermənilər bu zaman ən çirkin yola baş vuraraq, uşaqları hədəfə götürürlər. Daha doğrusu, cəmi 5 ay ərzində iki azərbaycanlı azyaşlı uşağı vəhşicəsinə qətlə yetirən ermənilər bir daha dünyaya nümayiş etdiriblər ki, onlar nəinki sülh istəmirlər, hətta dinc insanların, xüsusilə uşaqların qatilidirlər.
Qeyd edək ki, bir neçə gün öncə 13 yaşlı azərbaycanlı qızın ölümünə səbəb olan partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. Xatırladaq ki, Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır və Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblərmiş.
Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.
Beləliklə, ermənilərin uşaq oyuncaqlarından istifadə edərək, terror aktı törətmələri bir daha onu göstərir ki, onlar məhz azərbaycanlı uşaqları hədəfə alıblar. Yəni, uşaqların oyuncağa münasibətini bilən erməni hərbçiləri qətlləri bu vasitə ilə həyata keçirməyi özləri üçün əlverişli metod sayırlar.
ümumiyyətlə, erməni hərbçilərinin azərbaycanlı azyaşlı uşaqları qətlə yetirməsi təkcə partlayıcı oyuncaq vasitəsilə deyil, eyni zamanda, snayperdən də istifadə etməklə də həyata keçirilir. 2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi də heç kəsin yadından çıxmayıb. Yəni, 9 yaşlı uşaq təsadüfi deyil, tam şüurlu şəkildə, uzun müddət hədəfdə saxlanılaraq, dəqiq atəş vasitəsilə öldürülüb.
Bir sözlə, 1994-cü və 2011-ci illərdə partlayıcı oyuncaqdan, bu ilin mart ayında isə snayperdən istifadə edərək, uşaqların ermənilər tərəfindən qətlə yetirilməsi faktları bir daha onu sübut edir ki, Ermənistan hərbçiləri azərbaycanlı uşaqları öldürmək taktikasını seçib və bu metoddan geniş istifadəyə başlayıb. Bununla yanaşı, ermənilər bu hərəkətlərilə beynəlxalq konvensiyalarda öz əksini tapmış prinsipləri pozub. Bu prinsiplərdə  mülki şəxslərə, o cümlədən, uşaqlara atəş açılması qadağan olunur. Eyni zamanda, beynəlxalq hüquq səviyyəsində müharibə qanunları müəyyənləşdirilib ki, hərbçilər onlara mütləq riayət etməlidirlər. Əlbəttə ki, bu qanunları pozanlar, xüsusilə də, uşaqlara və qadınlara qarşı cinayətlər törədənlər artıq terrorçu adlandırılmalı, eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Erməni hərbçiləri tərəfindən azərbaycanlı azyaşlı uşaqların, həmçinin, mülki şəxslərin qətlə yetirilməsi isə məhz qəbul olunmuş hərbi qanunların və beynəlxalq konvensiyaların tələblərinin pozulması deməkdir. Bu səbəbdən də, Ermənistan dövləti beynəlxalq təşkilatlar tərəfindən təzyiqlərə məruz qalmalı və bu cinayət faktlarına görə cəza almalıdır.
Azərbaycan tərəfinə tam aydındır ki, ermənilər bu cür əməllərlə sülh prosesini zərbə altında qoymağa çalışır. Təcrübə də göstərir ki, Ermənistan tərəfi bu metodlardan ancaq münaqişənin həlli ilə bağlı pozitiv mühit formalaşan zaman istifadə edir. çünki, məhz 1994-cü ildə atəşkəs əldə olunduqda, həmçinin, 2011-ci ilin martında və iyul ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq ən yüksək səviyyəyə çatdıqda bu cinayət aktları törədilib. Azərbaycan tərəfi bu hadisələri, Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyətini beynəlxalq birliyə çatdırmaqdadır. Belə ki, hadisədən dərhal sonra KİV-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat veriləcəyini bildirib. PA rəsmisi qeyd edib ki, bu hadisə ermənilərin simasını bir daha açdı və onların vəhşi üsullara əl atdığını bir daha göstərdi: “Müharibənin də öz qaydaları var. Uşaq oyuncağının içərisinə partlayıcı maddə yerləşdirib çayla bir kəndə axıtmaq sözün həqiqi mənasında vəhşiliyin nümunəsidir”.
Ermənilər tərəfindən son vaxtlar bu qəbildən olan hadisələrin mütəmadi şəkildə törədildiyini vurğulayan Əli Həsənov bu ilin martında 9 yaşlı uşağın snayperlə öldürülməsi, 1994-cü ildə çaya buraxılan oyuncağın partlaması nəticəsində iki azyaşlı uşağın həlak olması, birinin isə yaralanmasını misal göstərib: “Bu hadisələr Ermənistanın Cənubi Qafqazda sülhə, barışığa, insanların dinc yaşayışına nə qədər mane olduğunu göstərir”.
Onu da bildirək  ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri də bu məsələni təşkilat qarşısında qaldıracaqlarını deyiblər.
Artıq bir sıra dövlətlərin, eləcə də, beynəlxalq təşkilatların nümayəndələri hadisəyə münasibət bildirərək uşaq ölümünü pisləyiblər. Amma təəssüf ki, bu münasibətlər ümumi xarakter daşıyır, işğalçı Ermənistan ciddi qınaq obyektinə çevrilmir. Hesab edirik ki, artıq ATƏT, YUNİSEF, AŞPA kimi beynəlxalq qurumlar ermənilərin azyaşlı azərbaycanlı uşaqların qətlinə görə hərəkətə keçməli və bu cür terror hadisələrinin bir daha təkrar olunmaması üçün işğalçı Ermənistana qarşı ciddi addım atmalıdırlar. Əks halda, Ermənistan terrorçu əməllərini davam etdirəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30