Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Rusiyanın "Yedinaya Rossiya" Partiyasının qurultayında iştirak edib

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Rusiyanın "Yedinaya Rossiya" Partiyasının qurultayında iştirak edib

27.09.2011 [10:05]

Aydın Mirzəzadə: “Yedinaya Rossiya” Partiyası Azərbaycanla, o cümlədən, ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə əlaqələrə böyük önəm verir
Məlum olduğu kimi, sentyabr ayının 23-24-də Rusiyanın paytaxtı Moskva şəhərində Rusiyanın hakim “Yedinaya Rossiya” (Vahid Rusiya) partiyasının XII qurultayı keçirilib. Qurultaya ölkəmizin hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti də dəvət olunub. Belə ki, partiyanın Siyasi Şurasının üzvləri, millət vəkilləri - Aydın Mirzəzadə, Mirkazım Kazımov ölkəmizi qurultayda təmsil ediblər. Aydın Mirzəzadə qəzetimizə müsahibəsində həm qurultayla bağlı təəssüratlarını bölüşüb, həm də, ölkəmizlə Rusiya arasında münasibətlərin mövcud vəziyyəti ilə bağlı fikirlərini bildirib. O deyib ki, “Yedinaya Rossiya” Rusiya Dövlət Dumasında deputat yerlərinin 70 faizini tutur və ölkədə əsas siyasi güc hesab olunur. Qurultaydan əvvəl bir sıra ekspertlər bu tədbirin Rusiyanın tarixində dönüş nöqtəsi olacağını bildirirdilər. XII qurultayın bu ilin dekabr ayında Rusiyada keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf etdiyini söyləyən millət vəkili vurğulayıb ki, qurultay həm yaxın dövr üçün özünün strategiyasını müəyyənləşdirməli, həm də parlamentə deputatlığa namizədlərin siyahısını qanuna uyğun şəkildə təsdiq etməli idi: “Bu qurultayda 600-dən çox nümayəndə, partiyanın rayon və şəhərlərdən 1000-dən artıq təmsilçi iştirak edirdi. “Yedinaya Rossiya”nın budəfəki qurultayında bir müddət əvvəl yaranmış ümumrusiya Xalq Cəbhəsinin fəalları da iştirak edirdi. “Yedinaya Rossiya” parlament seçkilərinə bu yeni ictimai təşkilatla birgə qatılır. Qurultaya dünyanın müxtəlif ölkələrindən 20-ə qədər nüfuzlu partiyaların təmsilçiləri də dəvət olunmuşdular. O cümlədən, YAP-ın üzvləri olaraq, biz də bu tədbirə qatılmışdıq”.
Daha sonra millət vəkili Aydın Mirzəzadə deyib ki, qurultayda “Yedinaya Rossiya” Partiyasının sədri və ölkənin baş naziri Vladimir Putin, həmçinin, digər çıxışçılar həyata keçirilən islahatlara münasibət bildiriblər və partiyanın qarşıdan gələn parlament seçkilərinə hazırlığı ilə bağlı fikirlər səsləndiriblər. V.Putin ölkənin iqtisadi durumu və əldə olunmuş nailiyyətlərlə bağlı xoş fikirlərini bildirib, ölkə rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib. “Baş nazir daha sonra qarşıdan gələn parlament seçkilərində “Yedinaya Rossiya”nın seçki siyahısına Dmitri Medvedevin rəhbərlik etməsini təklif edib. Dmitri Medvedev isə bu təklifi müsbət qarşılayaraq, növbəti prezident seçkilərində partiya sədri, baş nazir Vladimir Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı təklif səsləndirib. Hər iki təklif qurultay iştirakçıları tərəfindən razılıqla qarşılanıb və bunlarla bağlı müvafiq qərarlar qəbul olunub. ümumən, qurultayda yekdillik, Rusiyanın qarşısında duran problemləri həll etmək üçün böyük əzmin olduğunu göstərdi. “Yedinaya Rossiya” öz qurultayı ilə Rusiyanın aparıcı siyasi təşkilatı olduğunu bir daha nümayiş etdirdi”, - deyə millət vəkili vurğulayıb.
Qurultayda Rusiyada yaşayan həmyerlilərimizin də fəal iştirak etdiyini deyən A.Mirzəzadə əlavə edib ki, onlar müxtəlif regionlardan nümayəndələr seçilmişdilər. YAP nümayəndə heyəti ilə görüşən həmyerlilərimiz Rusiyanın siyasi həyatında iştirak etməklərindən məmnunluqlarını ifadə ediblər: “Biz də onlara siyasi fəaliyyətlərində uğurlar arzuladıq. Əlbəttə ki, bu, Azərbaycan cəmiyyəti üçün böyük fəxrdir”.
Qurultaydan bir gün əvvəl “Yedinaya Rossiya”nın Ali Şurasının üzvü, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun xarici nümayəndə heyətlərinin üzvləri ilə görüşdüyünü söyləyən A.Mirzəzadənin sözlərinə görə, görüşdə YAP nümayəndələri təmsil etdikləri partiya ilə “Yedinaya Rossiya” arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Azərbaycanda Rusiya ilə bağlı proseslər diqqətlə izlənir, ölkələrimiz arasında münasibətlərin inkişaf etməsi razılıq doğurur. Həmçinin, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallıq məmnunluqla qarşılanır. Bildirilib ki, Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçıları arasında görüşlərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə zəmin ola bilər. Boris Qrızlov isə tədbirdə iştirakına görə YAP nümayəndə heyətinə təşəkkürünü bildirib. O, deyib ki, “Yedinaya Rossiya” Partiyası Azərbaycanla, o cümlədən, ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə əlaqələrə böyük önəm verir. A.Mirzəzadənin sözlərinə görə, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, bu kimi tədbirlərdə iştirak artıq ənənə halını alıb.
Qurultay çərçivəsində, YAP nümayəndə heyətinin digər ölkə təmsilçiləri ilə bəzi görüşlər keçirdiyini də söyləyən Aydın Mirzəzadə deyib ki, bu görüşlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb, YAP-ın beynəlxalq arenada öz ideologiyasına və fəaliyyətinə yaxın saydığı partiyalarla əməkdaşlıqda maraqlı olduğu bildirilib.
Daha sonra bu qurultayda qəbul olunan qərarların Rusiyanın gələcək həyatı üçün əhəmiyyətindən danışan millət vəkili A.Mirzəzadə deyib ki, Dmitri Medvedevin 4 illik prezidentlik dövrü artıq başa çatır. Onun fəaliyyətinin müsbət olduğu və müasir Rusiyanın həyatında müsbət dəyişikliklərə səbəb olduğu birmənalıdır. Heç də təsadüfi deyil ki, bu gün ölkənin sadə vətəndaşları da onun ölkə rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq bununla bərabər, Putinlə Medvedevin siyasi tandem olduqları və vahid bir siyasi qüvvəni - “Yedinaya Rossiya”nı təmsil etdikləri də göz qabağındadır. Putinin yenidən prezident seçilməsi isə bu siyasi kursun gələcəkdə də davam edəcəyini söyləməyə əsas verir.
AQŞİN

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30