Böyük alim, yüksək bacarıqlı təşkilatçı, zərif qadın...
11.10.2011 [00:48]
Elə insanlar var ki, bütün ömrünü, həyatını xalqının, millətinin savadlı və bilikli olmasına, xalqının dünya xalqları arasında layiqli yer tutmasına həsr edir. Bu yolda mübarizlikləri, vətən və millət sevgisindən aldıqları böyük güc onların önünə çıxan çətinlikləri, qarşılaşdıqları əngəlləri asanlıqla dəf etməyə imkan verir. Ona görə də, belə insanlar həm öz cəmiyyətinin tarixində mühüm rol oynayır, həm də xalqının yaddaşında dərin və unudulmaz izlər buraxır. Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri olan şərqşünas alim, görkəmli pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva da belə şəxsiyyətlərdəndir.
Yeri gəlmişkən, qeyd edək ki, oktyabrın 10-u Aida xanım İmanquliyevanın dünyaya göz açdığı gündür. 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açan Aida İmanquliyeva 132 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ali təhsil almışdır. 1962-ci ildə Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları və ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamışdır. Kiçik elmi işçi (1966), baş elmi işçi (1973), ərəb filologiyası şöbəsinin müdiri (1976-cı ildən), elmi işlər üzrə direktor müavini (1988-ci ildən) və 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmışdır.
1989-cu ildə Aida xanım İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuş, tezliklə bu ixtisas üzrə professor adı almışdır.
Aida xanım qısa zaman kəsiyində ən tanınmış mütəxəssislərdən birinə çevrilmişdir
Şübhəsiz ki, insanın doğulduğu, böyüdüyü mühit onun gələcək həyatının müəyyənləşdirilməsində mühüm rol oynayır. Aida xanım İmanquliyeva da sözün həqiqi mənasında Azərbaycanın ən görkəmli ziyalılarından biri, söz və fikir dünyamızda öz müstəsna yeri olan, görkəmli qələm sahibi, publisist Nəsir İmanquliyevin ailəsində dünyaya göz açmış, bu ailədə tərbiyə almışdır. O, görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin təsirinin nəticəsidir ki, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
Aida İmanquliyeva elm sahəsində zirvələri inamla və qətiyyətlə fəth edib. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir. Onun elmi rəhbəri dünya şöhrətli şərqşünasımız, professor Rüstəm Əliyev olmuşdur. Aspiranturada təhsil aldığı müddətdə Aida xanım özü üçün tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçmişdir. Qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiyyatı, xüsusilə 1920-ci ildə təsis edilmiş “Qələmlər birliyi” ərəb ədəbiyyatı tarixində xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik dissertasiyası müdafiə etmiş, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nüaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdir. Aida xanım öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə ən tanınmış mütəxəssislərdən birinə çevrilmişdir.
O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Professor Aida İmanquliyeva çox az insana nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. O, 20 ildən artıq müddətdə Bakı Dövlət Universitetinun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir.
Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun mahir mühazirəçi olduğunu qeyd edirlər. Bu günün tələbələri isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən bəhrələnirlər. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarındandır.
Aida İmanquliyevanın tədqiqat əsərləri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir
Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir. Qələmə aldığı bütün əsərləri bu insanın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını etmişdir. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər görmüşdür.
Şərq ruhunu Qərb düşüncəsi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin tədqiqi Aida xanımın elmi yaradıcılığında öz əksini layiqincə tapmışdır. Aida İmanquliyevanın Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri, məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində görkəmli mütəxəssislər tərəfindən bəyənilir və qəbul edilir.
Onun baxış spektri o dərəcədə zəngin idi ki, təkcə ərəb ədəbiyyatı ilə məhdudlaşa bilməzdi
Aida xanım İmanquliyeva araşdırmalarında o zamana qədər elə də məşhur olmayan, araşdırılmayan, hələ də dünya oxucusu üçün sirli olan bir aləmə müraciət etmişdir. Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, R.Emerson, U.Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur. Onun rolu bu ədəbi proseslər haqqında heç də sadəcə informasiya verməkdən ibarət deyildi. Aida xanım Qərb ədəbiyyatı tarixçisi də deyildi. Lakin onun tədqiqatı empirik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi ki, nəticədə Şərqdə və Qərbdə gedən ədəbi proseslərin ümumi tendensiyaları tapılıb üzə çıxarılırdı. Onun baxış spektri o dərəcədə zəngin idi ki, təkcə ərəb ədəbiyyatı ilə məhdudlaşa bilməzdi. Buraya istər-istəməz müxtəlif coğrafi məkanlara aid olsalar da, eyni ideyanın və eyni xətti-hərəkətin nümayəndələri və bayraqdarları olan fərqli şəxsiyyətlər daxil edilməli idi. Məhz buna görə də, Aida xanımın baxış bucağında ərəb ədəbiyyatı ilə bərabər, Amerika, Avropa və rus ədəbiyyatını da görmək mümkündür. Bir tərəfdən Turgenyev, çexov, Tolstoy, Dostoyevski kimi rus yazıçılarının ərəb məhcər ədəbiyyatına təsirindən bəhs edilərkən, bu yazıçıların öz dünyagörüşləri haqqında da məlumat verilir, digər tərəfdən, onların başlıca ideyaları diqqət mərkəzinə çəkilir, söhbət ədəbi şəxsiyyət müstəvisindən ideya müstəvisinə keçirilir. Bleyk, Bayron, Şelli, Emerson, Uitmen, Toro və b. bu kimi görkəmli Qərb şairlərinin timsalında isə Şərq poetik ruhunun Amerikada və Avropada necə yaşadıldığı və qayıdıb yenidən Şərq ədəbi düşüncəsinə necə təsir etdiyi açılıb göstərilir.
Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli olmuşdur. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratmışdır.
üç monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.
Ərəb məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.
Aida İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etmişlər.
Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, özbəkistanda, Gürcüstanda və bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.
Eyni zamanda, Aida xanım Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli iş görmüş, bir sıra görkəmli ərəb yazıçılarının əsərlərini dilimizə çevirmişdir.
Bəli, Aida xanım İmanquliyeva haqqında, böyük alim, nəcib insan, ana, yüksək bacarıqlı təşkilatçı, zərif qadın kimi çox yazılıb və bundan sonra da çox yazılacaqdır. çünki zaman onu bizdən daha çox ayırdıqca, zaman olaraq ondan uzaqlaşdıqca, biz Aida xanımın böyüklüyünü, kamilliyini və zənginliyini daha dərindən anlayır, daha yaxşı dərk edirik. Onun hər hansı bir cəhətini daha qabarıq xarakterizə etmək, hansısa məziyyətini daha ön plana çəkmək olduqca çətindir. çünki Aida xanım İmanquliyevadakı bu xüsusiyyətlər bir-biri ilə elə möhkəm vəhdət təşkil etmişdir ki, onları ayırmaq qeyri-mümkündür.
Aida İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmalardan yan keçməsinə, dialoq qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etmişlər. Həm də buna görədir ki, Aida xanım İmanquliyevanın əsərləri, elmi fəaliyyətinin zəngin nailiyyətləri bu gün üçün də öz dəyərini qoruyur və gələcəkdə bu zəngin xəzinəyə ehtiyac daha da artacaqdır.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

