Azərbaycan MDB-də mükəmməl torpaq islahatları modeli yaradıb
11.10.2011 [00:54]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” mövzusunda konfrans keçirilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiyaya uyğun olaraq ölkəmizdə uğurlu torpaq islahatlarının həyata keçirildiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra respublikamızın qarşısında duran ən vacib məsələlərdən biri torpaq islahatlarının həyata keçirilməsi idi. ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən diqqət mərkəzində saxladığı sahələrdən biri də aqrar sahədə kompleks və genişmiqyaslı islahatların aparılması oldu.
Qərib Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyev aqrar sahədə islahatların aparılması, xüsusilə də, onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılması ilə bağlı qətiyyətli addımlar ataraq yeni iqtisadi sistemə transformasiyanı təmin etdi. Azərbaycan dövlətçiliyinin memarı ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə MDB dövlətləri içərisində respublikamızda torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar qəbul edildi. ümummilli liderin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Onun təşəbbüsü ilə Muxtar Respublikanın Gal və Şurut kəndlərində torpaq islahatı aparılmışdı, torpaqlar kəndlilərə pulsuz olaraq paylanmış və nəticədə kənd təsərrüfatı məhsulları istehsalında müsbət nəticələr əldə edilmişdi.
Aqrar islahatların bir hissəsini təşkil edən torpaq islahatlarının keçirilməsi, torpağa yeni mülkiyyət formalarının yaradılması, yeni torpaq-mülkiyyət münasibətlərinin formalaşdırılması və bu münasibətlərin hüquqi tənzimlənməsi Ulu öndər Heydər Əliyevin imzaladığı çoxsaylı fərmanlarda və başqa normativ-hüquqi aktlarda öz əksini tapdı. Beləliklə, Azərbaycan MDB-də torpaq islahatlarına start verən ilk ölkə oldu. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, digər ölkələrdən fərqli olaraq respublikamızda torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olundular. Eyni zamanda, Azərbaycanda fiziki və hüquqi şəxslər öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verdi ki, bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi. Beləliklə, aqrar islahatların əsas hissəsini təşkil edən torpaq islahatlarının keçirilməsi, torpağa yeni mülkiyyət formalarının yaradılması, yeni torpaq-mülkiyyət münasibətlərinin formalaşdırılması və bu münasibətlərin hüquqi tənzimlənməsi Prezident Heydər Əliyevin imzaladığı çoxsaylı fərmanlarda və başqa normativ-hüquqi aktlarda öz əksini tapdı. Beləliklə, aqrar istehsalatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında imzalanan fərmanlar, sovxoz, kolxoz və başqa kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi barədə əsasnamə, sovxoz, kolxoz və başqa kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi barədə əsasnamə, vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəsi altında olan bağların onların mülkiyyətinə verilməsi haqqında normativ sənədlər, eləcə də, torpaqların alqı-satqı qaydaları, kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi qaydaları, kənd təsərrüfatı üçün yararsız və ya az yararlı torpaqların kənd təsərrüfatı məqsədləri ilə istifadəsində güzəştlər edilməsi haqqında əsasnamə, yay və qış otlaqlarının bölünməsi və istifadə qaydaları və digər hüquqi sənədlərin icrasına başlanması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.
Qərib Məmmədov qeyd edib ki, Azərbaycan MDB-də mükəmməl torpaq islahatları modeli yaradıb. Bu model keçmiş Sovet respublikalarının əksəriyyətində islahatlar zamanı tətbiq olunub. Hazırda ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. İstehsal edilən kənd təsərrüfatı məhsullarının 99,1 faizi məhz onların payına düşür. Bu məhsulların satışında qiymətlər tam sabitləşib, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılıb. Bununla yanaşı, ölkəmizdə fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və digər hüquqlar verildi ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
DTXK-nin sədri onu da bildirib ki, aqrar islahatların birinci mərhələsində torpağın və əmlakın özəlləşdirilməsi başa çatdırıldı və xüsusi mülkiyyətə veriləcək torpaq sahələrinin 99,8 faizi, əmlakın isə 98,9 faizi özəlləşdirildi. ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində 867 minə yaxın ailə torpaq payı alıb, böyük mülkiyyətçilər ordusu yaranıb. Aqrar sahədə yaradılmış əlverişli şərait nəticəsində 842 minə qədər xırda (ailə-kəndli) təsərrüfatı, 36 dövlət təsərrüfatı (məhdud məsuliyyətli cəmiyyət), 79-dan çox kənd təsərrüfatı istehsal kooperativi, 2409 kənd təsərrüfatı müəssisəsi (birgə təsərrüfatlar), 2571 fərdi sahibkarlar (hüquqi şəxs) və 220 kənd təsərrüfatı müəssisəsi (elmi-tədqiqat, tədris, təcrübə və s.) təsərrüfat formaları yaradılıb.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar islahatların yeni inkişaf mərhələsində davam etdirildiyini qeyd edən Qərib Məmmədov son illərdə torpaqlardan səmərəli istifadə ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyev aqrar siyasəti dərinləşdirməklə ölkəmizin bu sahədə yeni inkişaf mərhələsinə çatmasına səbəb olub. Dövlət başçısı aqrar sahəni ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu qeyd edərək bu bölməyə xüsusi diqqət ayırıb. ölkə başçısının birbaşa diqqəti sayəsində torpaq mülkiyyətçilərinə dövlət dəstəyi və qayğısı ilbəil güclənib, onlara lazım olan bütün köməkliklər göstərilib. Kənd təsərrüfatında müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişləndirilib. Aqrar sahədə dövlətin birbaşa dəstəyi bir neçə formada özünü təzahür edir və bunlar ən qabaqcıl inkişaf modellərinə əsaslanır. Bir neçə ildir ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına birbaşa (yardımlar, subsidiyalar və s.) və dolayı (vergi güzəştləri, güzəştli kreditlər və s.) yolla dəstəklər göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar edilməkdədir.
Qərib Məmmədov bildirib ki, Azərbaycanda torpaq islahatlarının ikinci mərhələsinə uyğun olaraq torpaqlardan səmərəli istifadə ilə bağlı məqsədyönlü işlər aparılmaqdadır. Komitə həm regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, həm də torpaqların inventarizasiyası və digər işlərin aparılması üçün mühüm addımlar atır. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı strategiyaya da öz töhfəsini verməkdədir. Qərib Məmmədovun sözlərinə görə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında bir sıra vəzifələr qoyulub. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlavə əkinə yararlı torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində əlavə olaraq əkinə 900 min hektara yaxın torpaq cəlb olunmalıdır. Bu istiqamətdə torpağın şorakətləşməsi, eroziyaya uğraması, şəhərləşmə prosesi ilə bağlı torpağın dövriyyədən çıxarılması və s. kimi təsirlərin qarşısının alınması da komitəyə həvalə olunub.
Azərbaycanın qonşu dövlətlərlə sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı vəziyyətə gəlincə, Qərib Məmmədov Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı prosesin tam başa çatdırıldığını söyləyib. Belə ki, Rusiya prezidenti Dmitri Medvedevin ötən ilin oktyabr ayında ölkəmizə səfəri zamanı sərhədlərin delimitasiyasına dair imzalanan sazişə uyğun olaraq məsələ ilə bağlı yekun sənəd hazırlanıb və oktyabrın 27-də Həştərxanda Azərbaycan və Rusiya xarici işlər nazirləri tərəfindən imzalanıb. Hər iki tərəf sərhəd xəritələrini hazırlayıb və noyabr ayında təsdiq edib. Hazırda Rusiya ilə Azərbaycan arasında təkcə sərhədlərin demarkasiyası işi ilə bağlı məsələ tamamlanmamış qalır ki, bunu da Azərbaycan tərəfi həyata keçirməkdədir.
Qərib Məmmədov ölkəmizdə torpaq islahatlarının ikinci mərhələsi çərçivəsində daha mühüm işlərin yerinə yetiriləcəyini diqqətə çatdırıb. Bura torpaqlardan daha səmərəli istifadə ilə bağlı kompleks işlərin aparılması, aqrar-sənaye kompleksi müəssisələrinin genişləndirilməsi, iri fermer təsərrüfatlarının yaradılması, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsi, regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturunun təşkili, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışının dəstəklənməsi, aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətlərinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi, torpaqların inventarizasiyası və digər tədbirlər daxildir. Hazırda torpaqlardan daha səmərəli istifadə etmək və kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək məqsədilə kiçik fermer təsərrüfatlarının birləşməsi də vacib sayılır. Komitə sədrinin sözlərinə görə, dünyada kiçik torpaqların böyüklərə birləşdirilməsi praktikası tətbiq edilir. Torpaqların birləşdirilməsi ondan daha səmərəli istifadə yollarından biridir. Vətəndaşlar torpaq sahələrinə sahibdirlər, kiçik təsərrüfatlarda müasir texnologiyanı tətbiq etmək mümkün deyil. Kiçik fermer təsərrüfatları birləşib iri fermer təsərrüfatları yaratmalıdırlar ki, bunu həm müasir texnologiya, gübrə sistemi, həm də kollektiv cins sistemi tətbiq etməklə yüksək məhsul əldə etmək mümkün olsun.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

