/ / Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Fondun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə obyektin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasının açılışlarında iştirak edib
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Fondun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə obyektin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasının açılışlarında iştirak edib
19.10.2011 [18:47]
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edilib. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib.
Əvvəlcə məktəbin tədris mərkəzinin foyesində yaradılmış fotostendə baxan Azərbaycanın birinci xanımı daha sonra burada yerləşən akt zalı, ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış muzey, xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri ilə tanış olub. Mehriban xanım Əliyevaya məlumat verilib ki, bütün kabinetlər yeni və müasir avadanlıqla təchiz olunub. Azərbaycanın birinci xanımı tədris mərkəzinin təmirdən əvvəlki fotoşəkillərinə də baxıb. Bildirilib ki, məktəbdə gənclərin ibtidai hərbi hazırlığına da xüsusi diqqət yetiriləcək.
Heydər Əliyev Fondu yeniyetmə və gənclərin təlim-tərbiyəsinə, inkişafına daim xüsusi qayğı göstərib. Onların yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyəsi, vətənə və cəmiyyətə yararlı insan kimi yetişməsi Fondun prioritet istiqamətlərindəndir. Daha sonra məktəbdə fəaliyyət göstərəcək interaktiv atəş zalı ilə tanış olan Mehriban xanım Əliyevaya bildirilib ki, belə zal ilk dəfə məhz bu məktəbdə yaradılıb, burada gənclərə atəş açmaq öyrədiləcək.
Mehriban xanım Əliyeva məktəbin həyətində inşa olunmuş pintbol, atçılıq və futbol meydançalarına baxıb. Pintbol meydançasında döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədiləcək.
Məktəbin həyətində qızlar üçün ayrıca idman meydançası da var.
Xüsusi məktəbin yataqxana korpusu ilə tanış olan Mehriban xanım Əliyevaya buradakı qız və oğlanlar üçün ayrıca trenajor otaqları, Heydər Əliyev Fondu tərəfindən müxtəlif nəşrlərlə təmin olunmuş kitabxana, istirahət və yataq otaqları barədə də məlumat verilib.
Azərbaycanın birinci xanımı məktəbin yeməkxanasına da baş çəkib.
Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş Səhiyyə Nazirliyinin Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının yeni binası ilə tanış olub.
Əvvəlcə xəstəxananın stasionar şöbəsi ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verilib ki, 1973-cü ildən fəaliyyət göstərən xəstəxananın ümumi sahəsi 16 min 700 kvadratmetrdir. Təmirinə 2009-cu ilin avqustundan başlanılan 40 palatalıq xəstəxana yeni avadanlıq və müasir cihazlarla təchiz olunub.
Heydər Əliyev Fondunun prezidenti stasionar şöbədə Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara qayğısını əks etdirən fotostendə baxıb, daha sonra müalicə, bədən tərbiyəsi, psixoloq otaqları, oyun zalı, fizioterapiya otağı, həmçinin palata və yeməkxanada yaradılmış şəraitlə tanış olub. Fitoterapiya otağında müalicə ənənəvi üsullarla yanaşı, ot çayları, təbii şirələr, oksigen kokteylləri vasitələri ilə də aparılır. Müalicə-bədən tərbiyəsi zalı ən müasir trenajorlarla təchiz edilib, palatalar balacaların zövqünə uyğun qurulub.
Fizioterapiya şöbəsi ilə tanış olan Azərbaycanın birinci xanımına məlumat verilib ki, 280 kvadratmetr sahəni əhatə edən binada EKO, EEQ, Spa terapiyası, halvanik vanna, sualtı massaj vannası, fizioterapiya otaqları vardır. Otaqlarda yüksək standartlara cavab verən avadanlıq quraşdırılıb. Tibbi reabilitasiya xəstəxanasının həyəti də abadlaşdırılıb, hovuz tikilib, yeni ağaclar, dekorativ kol və güllər əkilib.
Sonra Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada olub.
Rəmzi lenti kəsən Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub.
Tədris binasındakı sinif otaqları, idman və akt zalları ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verilib ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində təmir olunan mərkəz bir tədris korpusu, iki yataqxana binası, yeməkxana və yardımçı binalardan ibarətdir. Tədris mərkəzinin foyesində Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu islahatları, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilə, o cümlədən gimnaziyaya göstərdiyi qayğını və dövlət atributlarını əks etdirən fotostend var.
700 yerlik gimnaziyada 38 sinif otağı, multimedia və fənn kabinetləri, 2 kompyuter sinfi, kimya, fizika laboratoriyaları, dərslik, dünya, şifahi xalq və müasir dövr ədəbiyyatından ibarət zəngin kitabxana mövcuddur. Hazırda burada 611 şagird təhsil alır. Sinif otaqları, laboratoriyalar, fənn kabinetləri əyani vəsaitlərlə, müasir avadanlıqlarla təchiz olunub.
Gimnaziyanın həyətində süni örtüklü futbol, basketbol və voleybol meydançaları, həmçinin, müxtəlif idman avadanlıqları qurulub.
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış olub. İki yataqxana binasında ümumilikdə 48 yataq otağı, dərsdənkənar məşğələ sinifləri, tibb məntəqəsi, istirahət guşələri var. Hazırda gimnaziyanın yataqxanasında 150 nəfər yaşayır.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan millət vəkili seçilən Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Rəmzi qırmızı lenti kəsən Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Azərbaycanın birinci xanımı binanın foyesində Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə gül dəstəsi qoyub.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Mehriban xanım Əliyevaya məlumat verib ki, 3 mərtəbədən ibarət binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Burada Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoguşə yaradılıb. Birinci mərtəbədə qeyri-iş otaqları və 120 yerlik akt zalı var. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
2-ci mərtəbə ilə tanışlıq zamanı Mehriban xanım Əliyeva İdarə Heyətinin iclaslarının keçirilməsi üçün nəzərdə tutulan konfrans zalına baxıb.
YAP-ın Xəzər rayon təşkilatı üzrə 8 mindən çox üzvü var. Yeni inzibati binanın inşası da bu zərurətdən irəli gəlib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16

