/ / Avropa İttifaqı Azərbaycana Cənubi Qafqazın ən iri, zəngin, eyni zamanda Qərbə inteqrasiya yolunu tutan bir müsəlman ölkəsi kimi xüsusi önəm verir
Avropa İttifaqı Azərbaycana Cənubi Qafqazın ən iri, zəngin, eyni zamanda Qərbə inteqrasiya yolunu tutan bir müsəlman ölkəsi kimi xüsusi önəm verir
20.12.2011 [21:10]
Məlum olduğu kimi, dekabrın 21-də YAP-ın təşəbbüsü ilə “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Hazırda dünyada cərəyan edən proseslərə diqqət yetirdikdə mövzunun aktuallığı aydın şəkildə özünü büruzə verir. Bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən başlanan və hələ də davam etməkdə olan iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı imkanlara malik olduğunu göstərib. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq bu böhrandan uğurla çıxması, iqtisadi inkişaf modelinin digər dövlətlərə nümunə göstərilməsi belə bir mövzuda beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsinin nə qədər önəmli olduğunu təsdiqləyir. Yeni Azərbaycan Partiyasının təşəbbüsünün yüksək səviyyədə dəstəklənməsi tədbirə qatılacaq ölkələrin və nümayəndələrin sayından da görünür. Belə ki, tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək. Forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların-Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri iştirak edəcək. Onlar arasında Belçika senatının fəxri spikeri Anne-Marie Lizin də var.
Anne-Marie Lizin dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında qonaq olub. Belçika senatının fəxri spikeri Anne-Marie Lizin əməkdaşlarımıza geniş müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Azərbaycana xoş gəlmisiniz. Xahiş edirik, öncə Azərbaycana səfəriniz və bu səfərdə məqsədlər barədə oxucularımıza geniş məlumat verəsiniz...
- Biz Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkənizə səfərə gəlmişik. Tədbirdə Azərbaycanın 20 illik müstəqilliyi dövründə hakim Yeni Azərbaycan Partiyasının ölkədə gördüyü işlər müzakirə olunacaq. Bu 20 illik tarix və bu dövrdə gedən proseslər çox əhəmiyyətlidir və bu, bir çox ölkələri maraqlandırır.
- Siz Yeni Azərbaycan Partiyasının dəvəti ilə gəldiynizi söylədiniz. ümumiyyətlə, təmsil etdiyiniz qurumla YAP arasındakı münasibətlər barədə nə deyə bilərsiniz?
- Belçika parlamenti Azərbaycanla əlaqələrə böyük önəm verir. Bununla yanaşı, Azərbaycanda bizim üçün mühüm olan bir sıra məsələlər var. Bunlardan biri qadınlarla kişilərin hüquq bərabərliyi məsələsidir. Azərbaycan bu cəhətdən vacib xüsusiyyətlərə malikdir. Belə ki, burada qadınlar azaddır. Müsəlman əhalinin çoxluq təşkil etdiyi bir ölkədə qadınların müxtəlif sahələrdə azad olduğunu və hüquqlarından tam yararlana bildiyini görmək çox maraqlıdır. Başqa bir məsələ söz azadlığı ilə bağlıdır. Bu məsələ təmsil etdiyim qurumu, eləcə də, Avropa təşkilatlarını da maraqlandırır. Azərbaycanın gələcəyi baxımından da söz azadlığı, demokratik dəyərlərin qorunması ilə yanaşı, səmərəli idarəçiliyin həyata keçirilməsi çox vacibdir. Güman edirəm ki, bu məsələlər keçiriləcək konfransda da diqqət mərkəzində olacaqdır.
- Yəqin ki, bu qısa zaman ərzində Azərbaycanla və paytaxt Bakı şəhəri ilə tanışlıq imkanı əldə etmisiniz. ölkəmizlə bağlı təəssüratlarınız necədir və Bakını Avropanın hansı şəhərləri ilə müqayisə edərdiniz?
- Azərbaycanla bağlı məndə xoş təəssüratlar yaranıb. Xüsusən də, Bakı şəhərinin sürətlə inkişaf etməsi göz önündədir. Urbanizasiya prosesi ilə əlaqədar şəhər sürətlə böyüyür, müasir tikililər ucaldılır. Eyni zamanda, şəhərin qədimliyinin qorunub saxlanması da vacibdir. Deyərdim ki, müasirliyinə görə, Bakı daha çox Dubaya, bir qədər də Barselonaya, qədimliyinə görə isə, Parisə bənzəyir. Qədim tikililərin qorunub saxlanması həm də turizm baxımından da əhəmiyyətlidir. Azərbaycanın zəngin tarixi məkanları imkan verir ki, bu ölkə təkcə neft və qaz ölkəsi kimi deyil, həm də turistləri cəlb edən bir yer kimi tanınsın.
- Sizin ölkəniz Avropanın mərkəzində yerləşir və Avropanın mühüm təşkilatlarının mərkəzi qərargahları da paytaxtınızda fəaliyyət göstərir. Ona görə də, istərdik belə bir sualla müraciət edək. Avropa üçün Azərbaycanın əhəmiyyəti nədir və ümumiyyətlə, Qərb üçün Azərbaycan nə deməkdir?
- İlk növbədə bildirməliyəm ki, Azərbaycan Avropa üçün enerji baxımından çox önəmli bir ölkədir. Enerji dedikdə isə birinci olaraq Azərbaycanın neft və daha sonra təbii qaz ehtiyatları yada düşür. Azərbaycan Avropa üçün ən mühüm enerji daşıyıcısı olan kəmərlərin çəkilişi baxımından da əhəmiyyətlidir. Azərbaycan dedikdə, həm də Cənubi Qafqazda yerləşən və Avropaya böyük maraq göstərən bir müsəlman dövləti yada düşür. Elə bu səbəbdən də, Avropa İttifaqı (Aİ) Azərbaycanı özünə qonşu dövlət hesab edir və mövcud əlaqələrin möhkəmlənməsinə çalışır. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan Türkiyənin şərqində yerləşir və Aİ-nin bu ölkə ilə əlaqələrinin inkişaf səviyyəsi həm də Azərbaycanla olan münasibətlərə təsir göstərir. Postsovet ölkələrinin Qərbə inteqrasiyasına gəlincə, Baltikyanı ölkələrlə bağlı ciddi bir problem yaşanmadı. üç Cənubi Qafqaz ölkənin isə Aİ-yə inteqrasiyası üçün geniş imkanları mövcuddur. Gürcüstanla Ermənistanın xristian olması amili daha çox önə çəkilir. Lakin Aİ Azərbaycana Cənubi Qafqazın ən iri, zəngin, eyni zamanda Qərbə inteqrasiya yolunu tutan bir müsəlman ölkəsi kimi xüsusi önəm verir. Digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanda Avropanın rəhbər tutduğu demokratik prinsiplər daha yüksək səviyyədə bərqərar olub və Azərbaycanla Avropa qurumları arasında daha möhkəm, stabil əlaqələr qurulub. İlk dövrlərdə Avropa Komissiyası üç Cənubi Qafqaz ölkəsinin regiona inteqrasiyası üçün vahid proqram hazırlasa da, tezliklə bunun faydasız olduğu üzə çıxdı və hər üç ölkə üçün ayrılıqda proqram işlənib hazırlandı. Azərbaycan üçün hazırlanan proqram tələblərinin çoxluğuna və çətinliyinə görə ən yüksək səviyyəli proqram hesab oluna bilər. Buna səbəb Avropanın Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkə kimi görməsidir. Azərbaycanın maliyyə imklanlarının, təbii sərvətlərinin və inkişaf səviyyəsinin yüksək olması Avropanın bu ölkəyə qarşı daha tələbkar və tənqidi yanaşmasına səbəb olur. Bu cəhətdən, Azərbaycanda təhsil, səhiyyə sahəsində görülən işlər, vətəndaş cəmiyyəti quruculuğu da diqqət mərkəzindədir. Eyni zamanda, Avropa ölkələri Azərbaycanla təhsil sahəsində əlaqələrə də önəm verirlər. Bu cəhətdən universitetlər arasında əlaqələrin qurulması aktuallıq kəsb edir.
- Uzun müddətdən sonra Belçikada yeni hökumətin qurulması münasibətilə sizi təbrik edirik. Belçikadakı yeni hökumətinin Azərbaycana münasibəti necə olacaq və ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Belçika Azərbaycanla münasibətlərə daha çox Avropa prizmasından yanaşır. Avropa İttifaqının mərkəzi qərargahının paytaxt Brüsseldə yerləşməsi bizim üçün əlavə imkanlar yaradır. ümid edirik ki, iki ölkə arasında əlaqələr bundan sonra da indiki kimi mehriban şəraitdə inkişaf edəcək və bu əlaqələr həm enerji, həm də digər sahələr üzrə irəliləyəcək. Bildiyiniz kimi, neft və qaz sektoru üzrə Belçika Fransadan, xüsusən də, “Total” şirkətindən asılıdır. ümid edirəm ki, “Total” bundan sonra da Azərbaycanla əməkdaşlığını məmnuniyyətlə davam etdirəcək. Avropa ölkələrinin əksəriyyətinin karbohidrogen resurslarının çox məhdud olduğunu və enerjini əsasən xarici ölkələrdən idxal etdiyini nəzərə alsaq, Xəzər regionunun resurslarının nə qədər böyük əhəmiyyətə malik olduğunu görərik. Hazırda Belçika da daxil olmaqla bir sıra Avropa ölkələri üçün mövcud enerji mənbələri içərisində Azərbaycanın rolu böyükdür. Doğrudur, bunu Avropada hər kəs bilməsə də, Azərbaycanın region üçün enerji əhəmiyyəti olduqca mühümdür. İki ölkə əlaqələrinin təhsil sahəsində universitetlərarası mübadilə şəklində də inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.
- Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanda Qərbə inteqrasiya siyasətinin əsasını qoydu. Hazırda bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Qərbə inteqrasiya yolunda atdığı addımları və əldə etdiyi uğurları necə qiymətləndirirsiniz?
- Avropa Azərbaycanın regiona inteqrasiyasında maraqlıdır və bu strategiyanı çox müsbət qiymətləndirir. Avropa Azərbaycanla daha çox ticarət əlaqələrinin qurulmasına, vətəndaş cəmiyyəti quruculuğu, insan haqlarının müdafiəsi sahəsində təcrübə, fikir mübadiləsi etməyə maraq göstərir. Lakin Azərbaycanın yerləşdiyi geostrateji məkan və qonşu dövlətlər nəzərə alınaraq, Avropa Azərbaycanı yalnız dəstəkləyir, hər hansı məsələ ilə bağlı isə müdafiə etmir. Avropa Azərbaycandan Rusiya faktorunu unutmağı, yaxud nəzərə almamağı tələb etmir. Əgər Azərbaycanın hərbi müttəfiqə ehtiyacı olarsa, Avropanı yanında görməyəcək. çünki tarixdə yaşanan hadisələrdən dolayı Avropa müharibədən bezib və hər hansı hərbi münaqişəyə qoşulmaq istəmir. Liviyayla bağlı proseslərə gəlincə, Avropa ölkələrinin buradakı müharibəyə qatılması istisna hal təşkil edir. Burada ABŞ-ın da rolu var idi. ABŞ faktoru olmadan Avropanın Liviyadakı müharibəyə qoşulması mümkün olmayacaqdı. Digər tərəfdən, Azərbaycana, hər hansı hərbi dəstəyin göstərilməsi Rusiyaya qarşı çıxmaq olardı və Avropa bunu etməyəcək. 2008-ci ildə Gürcüstanın başına gələnlər və Avropanın sərgilədiyi mövqe buna sübutdur. Buna baxmayaraq, Avropa Azərbaycana qarşı pozitiv mövqedədir və sosial məsələlər, vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı yardım etməyə hazırdır.
- Azərbaycan Avropa Şurasına (AŞ) üzv olan və ərazisi başqa bir AŞ ölkəsi tərəfindən işğal olunan yeganə dövlətdir. Münaqişənin həllini tapmamasının səbəblərindən biri də beynəlxalq ictimaiyyətin Ermənistana kifayət qədər təzyiq göstərməməsidir. Bu da Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurur. Qərbin Ermənistana qarşı bu cür yumşaq münasibət göstərməsinin kökündə duran səbəblər nələrdir?
- ümumiyyətlə, regionda Dağlıq Qarabağ problemi kimi illərlə davam edən bir sıra münaqişələr mövcuddur. Lakin Avropa Şurası Aİ-nin bir orqanı deyil və bu tipli problemlərin həlli ilə birbaşa məşğul olmur. Avropa Şurasının Ermənistana təzyiq göstərməməsinin səbəbi isə Rusiya faktoru ilə bağlıdır. Ermənistanın sülhə vadar edilməməsinin əsasında Rusiyanın Ermənistana olan münasibəti, dəstəyi dayanır. Məlumdur ki, Ermənistan tamamilə Rusiyadan asılıdır və əgər rəsmi Moskva istəsə idi, Yerevanı problemin həllinə doğru addım atmağa məcbur edə bilərdi. Ermənistana təzyiqin göstərilməsi Azərbaycana qarşı müsbət münasibət kimi meydana çıxardı, bu isə Rusiyanın maraqlarına qarşı çıxmaq deməkdir. Eyni zamanda, 2008-ci ilin avqust hadisələrindən də göründüyü kimi, Rusiya regionda baş verən hadisələrə birbaşa müdaxilə edə bilər.
- Son olaraq Azərbaycana nələri arzu edərdiniz?
- İnkişaf edən bir ölkə kimi Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsini arzu edərdim. Eyni zamanda, Azərbaycana qonşu olan ölkələrdə və regionlarda sosial-siyasi sabitliyin mövcudluğu da çox vacibdir. Mən Azərbaycana yeni ilə sülh, əmin-amanlıq şəraitində daxil olmağı arzu edirəm.
Aqşin ŞAHİNOÄžLU,
Hülya Məmmədli
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

