Rusiya Ermənistanı tərk edəcək?
07.09.2023 [11:50]
Nardar BAYRAMLI
Ermənistanla Rusiya arasında mövcud olan gərgin münasibətlərin yeni mərhələsi başlanıb. Buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiya haqqında dediyi fikirlərdir. Laçın yolunda Rusiya sülhməramlılarının “faktiki fəaliyyətsizliyi” ilə bağlı baş nazir Nikol Paşinyan bildirib ki, “bir gün biz oyanıb Rusiyanın burada olmadığını görəcəyik”. “Rusiyalı tərəfdaşlarımız Qərb tərəfdaşlarının Ermənistanla işləməsi və ya Ermənistan hökumətini? Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün tədbirlər görməyə sövq etməsi barədə çox danışırlar. Amma biz rusiyalı tərəfdaşlarımızla danışanda bəzən deyirik, öz fikrimizi və qiymətləndirməmizi bildiririk ki, əksinə, görürük ki, Rusiya atdığı və ya atmadığı addımlara görə regionu tərk edir” - deyə Paşinyan söyləyib.
Bu mövzu həm Rusiya, həm də Ermənistan mediasında əsas müzakirə mövzularından biridir. Artıq rəsmi Moskva Paşinyanın fikirləri ilə bağlı öz mövqeyini açıqlayıb. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının onlara həvalə edilmiş missiyanı yerinə yetirməməsi və Rusiyanın regionu tərk edəcəyi barədə bəyanatına reaksiya verib. Dmitri Peskov bildirib ki, Kreml Nikol Paşinyanın bəyanatları, o cümlədən Qarabağda sülhməramlı missiyanın uğursuzluğu ilə bağlı bəyanatı ilə razılaşmır. “Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Və unutmayaq ki, Rusiyada yaşayan ermənilər faktiki olaraq Ermənistanda olduğundan daha çoxdur, onların əksəriyyəti ölkəmizin, Rusiya Federasiyasının tamamilə nümunəvi vətəndaşlarıdır”, - Rusiya rəsmisi bildirib.
Kreml sözçüsü onu da deyib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi, münaqişələrin həllində ardıcıl və çox mühüm rol oynamaqda davam edir və Moskva bu rolu davam etdirəcək. Eyni zamanda, Peskov tərəfləri 2020-ci il üçün üçtərəfli sazişlərə sadiq qalmasını vacib hesab edib.
Ümumiyyətlə, tarixdən məlumdur ki, ermənilər Cənubi Qafqaza Rusiya tərəfindən kütləvi köçürülüb. Bu köç “Gülüstan” və “Türkmənçay” müqavilələri əsasında reallaşdırılıb. Ermənistan adlı dövlət də məhz Rusiyanın sayəsində yaranıb. Ermənistan hazırda da Rusiyanın bir quberniyası kimi də xarakterizə olunur. Çünki hər bir cəhətdən bu ölkədən asılıdır.
Xatırladaq ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Hələ 2010-cu ildə İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə o vaxtkı prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra keçmiş müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Yəni, Rusiya bununla dünyaya mesaj ünvanlayıb ki, Ermənistan onun Qafqazda forpostudur. Müqavilənin müddətinin uzadılması Rusiya tərəfindən Ermənistana uzunmüddətli nəzarət kimi qiymətləndirilə bilər. Məsələ ondandır ki, hələ bu müqavilənin uzadılmasına qədər Rusiya Ermənistanı sosial-iqtisadi və hərbi-siyasi baxımdan da tam nəzarətə götürmüşdü. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olan bütün var-yoxunu öz ağasına, yəni, Rusiyaya vermək məcburiyyətində qalıb. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Rusiyanın yardımları hesabına yaşayan bir ölkənin əhalisinin sürətlə köç etməsi, iqtisadiyyatının çökməsi, insanlar arasında sosial-ideoloji savaşın başlanması, dövlətin kriminal qruplar tərəfindən idarə olunması artıq erməni dövlətçiliyinin sonu deməkdir.
Bir sözlə, Paşinyanın nə deməsindən asılı olmayaraq, Rusiya Ermənistanı tərk etmək fikrində deyil. Peskovun fikirləri də məhz buna dəlalət edir. Rəsmi İrəvanın bütün dövrlərdə qeyri-konstruktiv siyasət aparması, bütün qonşuları ilə normal münasibətlər qurmaması, ərazi iddiaları ilə çıxış etməsi Ermənistanın hər zaman ziyanına olub. Bu səbəblərdəndir ki, ermənilər həmişə beynəlxalq güclərin əlində alət olaraq qalıblar. Bu gün də belədir.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

