Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Səs" qəzetində Vyetnam KP-nın xarici əlaqələr komissiyasının sədr müavini ilə görüş keçirilib

"Səs" qəzetində Vyetnam KP-nın xarici əlaqələr komissiyasının sədr müavini ilə görüş keçirilib

21.12.2011 [01:42]

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının sədr müavini Vuong Tua Fonq Yeni Azərbaycan Partiyasının dəvəti ilə “Modernləşdirmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir. SİA-nın verdiyi məlumata görə, vyetnamlı qonaq dünən “Səs” qəzetinin qonağı olub. Qəzetin redaksiyasında Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Vuong Tua Fonqu salamlayaraq ölkələrimiz arasında təkcə iqtisadi, siyasi sahədə yox, eyni zamanda media sahəsində də əlaqələrin bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə inandığını bildirib. B.Quliyev ölkələrimiz arasında əlaqələrin hələ Sovet hakimiyyəti illərindən başladığını xatırladıb. B.Quliyev görüş zamanı ölkəmizdə media sektorunun inkişafına olan münasibətdən də danışıb.
Qonaq Vuong Tua Fonq Azərbaycanda səfərdə olmaqdan məmnunluq duyduğunu ifadə edib. O, qeyd edib ki, Azərbaycanın qısa müddət ərzində keçdiyi sürətli inkişaf yolu hamı tərəfindən rəğbətlə qarşılanır: “Mən ilk dəfə Azərbaycanda 2007-ci ildə olmuşam. Bu günə qədər Azərbaycanda olan dəyişikliklər göz qabağındadır”.
Paylaş:
Baxılıb: 934 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30