Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm"

"Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm"

21.12.2011 [01:46]

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Avropa Xalqları Partiyasının sədri Uilfrid Martensin kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Hyatt Regency” hotelində Avropa Xalqları Partiyasının sədri, Belçikanın sabiq baş naziri Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.
YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, Milli Məclisin deputatlarının və media nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova açıb. Vitse-spiker bildirib ki, təqdimat mərasimi Azərbaycanla Avropa ölkələri arasında əlaqələrə öz töhfəsini verən tədbir olacaq. çünki Azərbaycanın inkişaf istiqamətlərindən biri də Avropa ailəsinə daxil olmaq, dünyaya inteqrasiya siyasətini həyata keçirməkdir. Onun sözlərinə görə, tədbir həm də ölkəmizin Avroatlantik məkana inteqrasiyası istiqamətində atılan addımlara YAP-ın özünəməxsus töhfəsidir.
Uilfrid Martensin həyat və fəaliyyəti barədə ətraflı məlumat verən B.Muradova bildirib ki, o, son 50 ildə Belçikanın yetirdiyi ən məşhur siyasətçilərdən biridir: “U.Martensin çətinliklər içərisində böyüməsi, həmin illərdə ölkəsindəki ağır vəziyyət kitabda ardıcıllığı ilə qeyd edilir. Müəllifin o dövrdə çox gənc olmasına baxmayaraq, bu kimi hadisələrə qarşı mübarizənin önündə getməsi diqqətçəkən məqamlardandır. Bu, əlbəttə, çox ibrətamiz bir faktdır. çünki Avropanın böyük təhlükələrlə üzləşdiyi həmin dövrdə sülhün, sabitliyin, əmin-amanlığın yaranmasına çox böyük ehtiyac var idi. Martens bu günədək zəngin və hərtərəfli fəaliyyəti ilə Avropa ölkələri, eyni zamanda, digər dövlətlərlə bu ölkələr arasında əlaqələrin inkişafına, daha da genişlənməsinə öz töhfəsini verir. Bu nailiyyətləri onu daha da ruhlandırır, əməkdaşlıq münasibətlərinin yeni istiqamətlərdə inkişafı üçün səylərini artırır. Bütün bu reallıqlar yazdığı kitablarda qeyd edilir”.
“Biz çıxışlarımızda tez-tez “Avropa dəyərləri” deyilən bir ifadə işlədirik” deyən Milli Məclisin sədr müavini qeyd edib ki, həmin dəyərləri yaxşı bilənlər bu gerçəkliyi də bilirlər ki, sözügedən meyarlar, ilk növbədə, mənbəyini xristian-demokratik dəyərlərdən götürür. “Xristian-demokratik dəyərlər o zaman Avropada, o cümlədən, Martensin vətəni olan Belçikada qarşıdurmaları aradan qaldırmaq üçün əsas ideya mənbəyi kimi götürülüb. İş o həddə çatmışdı ki, bu dəyərləri bölüşən, ölkəsini və Avropanı bu istiqamətdə inkişaf etdirmək istəyən xristian-demokratlar Belçikada iki hissəyə-flamand və fransız dilli qruplara bölünmüşdü. Müharibədən sonrakı Avropanın çox hissəsinin qırmızı rəngdə olduğunu söyləyən Martens həmin məqamda məhz bu dəyərlərə istinad edərək, inanc əxlaqı ilə məsuliyyət əxlaqını birləşdirərək, ölkəsinin və Avropanın gələcəyini məhz federalizm prinsipinin bərqərar olunmasında görürdü. 1962-ci ildəki məşhur nitqi sonradan 1993-cü ildə qəbul olunan bütün Avropa sənədlərində və konstitusiyalarında öz əksini tapacaqdı. Amma o, hələ 60-cı illərdə böyük ümidlə yaşayırdı. Bu dəyərlər Belçikanı məhz müxtəlifliklə birliyi, birliklə müxtəlifliyi qiymətləndirməyə gətirib çıxardı. İstər gənclər təşkilatının, istər Xristian-Demokratlar Partiyasının, istərsə də Avropa Xalqları Partiyasının rəhbəri olduğu zaman bütün fəaliyyətini məhz bu dəyərlərin möhkəmlənməsinə və onun tərəfdarlarının genişlənməsinə, xüsusilə də bu dəyərlərin yalnız Avropa ölkələrində deyil, Şərqi Avropa və digər regionlarda da inkişaf tapmasına yönəltmişdir” - deyə, vitse-spiker vurğulayıb.
B.Muradova qeyd edib ki, kitab 10 fəsildən, hər fəsil isə bir neçə məqalələrdən ibarətdir. Bu məqalələrin hər biri oxucu üçün əhəmiyyətlidir. Martensin Avropaya göstərdiyi xidmətlərin siyahısının uzun olduğunu diqqətə çatdıran B.Muradova bildirib ki, müəllif kitabın əvvəlində onu nə üçün yazmasının səbəblərini açıqlayır. Qeyd edir ki, memuar yazmaq bütün yazı işlərinin arasında ən çətinidir. “Martens düşünür ki, kitabın Azərbaycan dilində çap olunmasına maraq haradan qaynaqlanır. çünki onun ölkəsi regionların və icmaların birliyindən yaranmış bir ölkədir. Federalizm əsasında fəaliyyət göstərir. Azərbaycanda belə bir kitaba marağın olmasının özünəməxsus cavabı var. çünki kitab Avropa ölkələrinin keçdiyi inkişaf və inteqrasiya mərhələlərinə işıq salmaqla yanaşı, bu dövlətlərin konfliktlərin həllində əldə etdikləri təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. U.Martensin Avropada və dünyada tutduğu yer, beynəlxalq aləmdə gedən siyasi və iqtisadi proseslərdə oynadığı rol haqqında çox danışmaq olar. Buna da əsas verən Martensin 50 ildən artıq siyasi fəaliyyəti və çox zəngin həyat təcrübəsidir” söyləyən B.Muradova qeyd edib ki, “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabında bu reallıqlar öz əksini tapıb.
Onun fikrincə, bu kitab hər kəs üçün maraqlı olacaq: “Martens kimi şəxsiyyətlər öz həyatlarını yox, Avropanın həyatını yaşayırlar. Kitabın sonunda Martens bildirir ki, Avropa Xalqları Partiyası dəyərlər partiyasıdır. Əgər bir gün bu partiya bu dəyərlərdən üz çevirib, siyasi ambisiyalara uyğun hərəkət edərsə, o yalnız siyasi hakimiyyəti əldə saxlamaq alətinə çevriləcək. Məhz bu kimi fikirlərdən onun tutduğu yola sadiqliyi, dünya üçün nə qədər məsuliyyət hissi daşıdığı bir daha aydın görünür”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov U.Martensi Azərbaycanda yenidən görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, kitab faktiki olaraq Avropanın tarixidir. Avropanın bu gün belə güclənməsi mövcud dəyərlərlə sıx bağlıdır: “Kitab ona görə əhəmiyyətlidir ki, o dəyərlərin müdafiəsini, əsl Avropanın mahiyyətini müdafiə edən fikirləri özündə ehtiva edir. Yeni nəşrin ön sözündə xanım A.Merkel U.Martens haqqında çox gözəl sözlər deyib. Bildirir ki, son 50 ildə Belçikanın Avropaya bəxş etdiyi ən yüksək səviyyəli siyasətçi məhz U.Martensdir. 1979-1990-cı illərdə Belçikanın baş naziri kimi fəaliyyət göstərib. Bu dövrdə U.Martens fəaliyyəti ilə Belçikanı ən yüksək mərhələlərə yüksəldərək Avropanın ən inkişaf edən ölkələrindən birinə çevirdi. Martens daim siyasi fəaliyyətlə məşğul olub. Məhz ona görə 1976-cı ildə Avropa Xalqları Partiyasının yaradıcılarından biri olub və 90-cı ildə bu qurumun prezidenti seçilib. U.Martens bu günədək Avropada ən nüfuzlu, ən yüksək səviyyəli partiyanın sədridir. Bu gün Avropa Birliyində, Avropa Parlamentində, Avropa Şurasında Avropa Xalqları Partiyası ən təsiredici siyasi qüvvədir. Təsəvvür edin ki, Avropa Birliyinə daxil olan 27 ölkədən 16-sında rəhbər həmin partiyanın üzvüdür”.
S.Seyidov onu da bildirib ki, bir neçə müddətdən sonra Avropa Şurası Parlament Assambleyasının sədri də Avropa Xalqları Partiyasının nümayəndəsi olacaq. Komitə sədri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə kitabın Azərbaycan dilində nəşrini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
S.Seyidovun sözlərinə görə, AXP ilə YAP-ın siyasəti üst-üstə düşür: “Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyası ilə əməkdaşlığa xüsusi önəm verir. çünki Yeni Azərbaycan Partiyası da bəşəri dəyərlərin daşıyıcısıdır”.
Mərasimdə çıxış edən U.Martensin yaxın dostu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri Xose de Venesiya kitabın əhəmiyyətindən, Martensin siyasi fəaliyyətindən geniş bəhs edib. O bu tədbirin YAP-ın təşəbbüsü ilə keçirilməsini qanunauyğunluq kimi dəyərləndirib. çünki hər iki partiya mərkəzçidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr içərisində bu kitabın Azərbaycan dilində nəşrinin müstəsna rol oynadığını qeyd edib. Onun sözlərinə görə, U.Martens Avropanın nüfuzlu siyasətçilərindən biridir.
Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Ramin Məmmədov isə U.Martensin həyat və fəaliyyətinin gənc siyasətçilər üçün nümunə olduğunu bildirib. çıxışlarda Azərbaycanın xarici siyasət sahəsində əsas istiqamətlərindən birinin Avropaya inteqrasiya olduğu qeyd edilib. Vurğulanıb ki, bu yolda Avropa təşkilatları ilə çox yüksək səviyyədə əlaqələr qurulub. Azərbaycanın Avropa Birliyinə üzv olan ölkələrlə əlaqələri yüksək səviyyədədir. Məqsəd dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənmək, respublikamızda mövcud olan meyarları Avropa dəyərlərinə uyğunlaşdırmaqdır. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar dünya dövlətləri, təşkilatlar tərəfindən də təqdir olunur.
O da qeyd edilib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının xarici əlaqələrini gündən-günə möhkəmləndirməsi sevindirici haldır. ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsi, qanunun aliliyinin yüksək səviyyədə təmin olunması, demokratikləşmə prosesinin sürətlənməsi aparıcı siyasi partiyaların Avropanın tanınmış siyasi qurumları ilə əməkdaşlığının inkişafına çox böyük təsir göstərir.
Natiqlər kitabın müəllifini təbrik edərək ona yeni-yeni uğurlar arzulayıblar.
Sonda kitabın müəllifi U.Martens çıxış edərək təqdimatın belə yüksək səviyyədə keçirilməsinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycana ikinci dəfə gəldiyini qeyd edən müəllif ölkəmizin böyük inkişaf yolunda olduğunu diqqətə çatdırıb. U.Martens çıxışında kitabda yer alan mövzular, Avropanın inkişaf tarixi, eləcə də, Avropa Xalqları Partiyasının bu qitədəki önəmi haqqında fikirlərini bildirib. O deyib ki, nəşr siyasi fəaliyyətinin 50 ilini özündə birləşdirir: “Son 50 ildə Belçikanın keçdiyi inkişaf yolunu gənclərə çatdırmağı qarşıma mühüm vəzifə kimi qoyduğum üçün kitabın ərsəyə gəlməsindən, onun belə rəğbətlə qarşılanmasından böyük sevinc hissi keçirirəm”.
U.Martens Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın gələcəyini Avropa ilə bağlı gördüyünü vurğulayıb.
Müəllif Azərbaycan haqqında təəssüratlarının böyük olduğunu qeyd edib. “ölkəniz inkişaf, tərəqqi yolundadır. Hər ötən dövrün yeni uğurlarla yadda qalması böyük hadisədir. Azərbaycanın bugünkü inkişafını yüksək dəyərləndirirəm. ölkənizdə demokratiyanın inkişafı sahəsində görülən işləri xüsusi qeyd etmək istərdim” - deyən U.Martens bir daha nəşr haqqında söylənilən xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonda Avropa Xalqları Partiyasının prezidenti Uilfred Martens öz kitabını YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədova təqdim edib.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30