Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın bugünkü reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipi müşahidə edirik

Azərbaycanın bugünkü reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipi müşahidə edirik

23.12.2011 [11:20]

“Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabının təqdimatı olub
Dünən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” (“The President of Azerbaijan: His struggle for peace and vision of the future”) kitabının təqdimatı olub.
AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, ziyalılar, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tanınmış müəllif Qrem Uilsonun “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabı ingilis dilində nəşr olunub. Kitabın dünyada tanınmış bir müəllif olan Qrem Uilson tərəfindən yazılması bir daha sübut edir ki, bu gün artıq bütün dünya Azərbaycan Prezidenti İlham Əliyevi XXI əsrin lideri kimi görür və Onun həyata keçirdiyi daxili və xarici siyasət dünyanın aparıcı ölkələri tərəfindən də qəbul olunur.
Kitabda Azərbaycanın qədim zamanlardan bu günədək olan tarixi əks olunur. Nəşrdə qədim zamanların tarixi, 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü, Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin tərcümeyi-halları, onların həyat və fəaliyyətləri yer alıb. Əsərdə qlobal proseslər təhlil olunur, burada Xocalı faciəsi, 20 Yanvar hadisələri haqqında da həqiqəti əks etdirən ətraflı məlumatlar verilir.
Müəllif bu kitabı yazarkən ciddi araşdırmalar aparıb, bir çox şəxslərlə görüşüb. Nəşrdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi vaxtadək olan hadisələr əksini tapıb. Müəllif Qrem Uilson iyirmiyədək görkəmli şəxs və dünyanın iri şirkətləri haqqında dərc edilən nəşrlərin müəllifidir. Onun ssenariləri əsasında “Discovery”, “National Geographic” kanallarında filmlər çəkilib.
Təqdimat mərasimi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə qazanılmış nailiyyətlərdən bəhs edən “2003-2011-ci illərdə Azərbaycan” adlı videoçarxın nümayişi ilə başlanıb.
Mərasimdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək bildirib ki, kitab böyük siyasi və dövlət xadiminin - Prezident İlham Əliyevin həyat yolunu və malik olduğu dəyərləri, Azərbaycanın qədimdən bəri siyasi tarixini və inkişaf perspektivlərini əks etdirən sanballı əsərdir.
Akademik Ramiz Mehdiyev keçən illərin siyasi yekunlarına nəzər salıb. Bildirib ki, bu yekunlar bir daha aşkar şəkildə göstərir ki, həm zaman, həm də qazanılan siyasi kapital - ideyalar, resurslar, kadrlar Azərbaycanın xeyrinə işləyir, dövlətin möhkəmlənməsinə xidmət edir. Ən başlıcası isə, həmin resursların düzgün istifadəsinə qərar verən siyasi lider amilidir.
Ramiz Mehdiyev vurğulayıb ki, nail olduğumuz qələbələrin, Azərbaycanın beynəlxalq uğurlarının, regionda və dünyada dinamik inkişaf edən ölkə imicinin nə qədər çətin məqamda əldə olunması yeni zamanın lideri obrazını gözümüz önündə canlandırır. Ətrafdakı ölkələrin fasiləsiz gərginlik ocağına, bölgədə sabitlik üçün təhlükə mənbəyinə çevrildiyi çətin şəraitdə Azərbaycan inkişaf, əməkdaşlıq və qlobal təhlükəsizliyin yeni modelini dünyaya təqdim edir.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, 2003-2011-ci illərdə sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əldə edilən yüksək və davamlı sosial-iqtisadi göstəricilərin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, zəhməti və fədakarlığı dayanır.
Siyasi, iqtisadi uğurlarımızdan danışan akademik Ramiz Mehdiyev bildirib ki, son on il tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq başlanğıcı və uğurlu illəri kimi yadda qalacaq.
Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bölgədə sülhə nail olmaq və Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf etmiş hissəsinə çevirmək üçün öz səylərini davam etdirir. Təsadüfi deyildir ki, kitabın adı da “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” adlanır.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açıb, Onun sayəsində bu gün ölkəmiz regionun lideri statusunu qazanıb və dünya dövlətləri birliyində layiqli yer tutub. İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti və təvazökarlığı ətrafında olanlar üçün örnəkdir. Azərbaycanın bugünkü reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipi müşahidə edirik. Bu, Azərbaycan dövlətçiliyi tarixində yeni fenomendir.
“Mənim üçün burada, bu tədbirdə iştirak etmək çox xoşdur. Bu kitab İlham Əliyev haqqında xarici dildə olan ilk kitabdır”, - deyən müəllif Qrem Uilson bildirib ki, əsərdə Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyəti əks etdirilmişdir və bu cür kitab çoxdan lazım idi. Kitabda Azərbaycanın uğurlarının əks olunduğu diqqətə çatdıran Qrem Uilsonun sözlərinə görə, ölkədə bir milyon qaçqın və məcburi köçkünün olduğu halda, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bu cür inkişafı təqdirəlayiqdir.
“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar və Xocalı faciələri barədə məlumatlıyıq”, - deyən müəllif Azərbaycanın ərazisinin 20 faizinin işğala məruz qalmasına baxmayaraq, həm daxili, həm də xarici siyasətdə əldə edilən uğurlardan bəhs edib. ümummilli lider Heydər Əliyev barədə də kitabda maraqlı məlumatların olduğunu deyən Qrem Uilson Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və kitabın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə minnətdarlığını bildirib.
Müəllif vurğulayıb ki, gələn il bu kitab on min nüsxələrlə nəşr ediləcək və dünyanın hər yerinə göndəriləcək. Kitabı yazdığı dövrdə ölkəmizə dəfələrlə səfər etdiyini deyən müəllif Prezident İlham Əliyev ilə görüşdüyünü, onun çox səmimi, dərin təfəkkürə sahib, həqiqəti sevən və gözəl insan olduğunu bildirərək deyib: “Arzu edirəm ki, gələn dəfə Prezident İlham Əliyevdən müsahibəni Şuşada, Dağlıq Qarabağda alım”.
Sonra kitab haqqında film nümayiş olunub.
Tədbirdə çıxış edən Türkiyənin Bilkənd Universitetinin prezidenti Əli Doğramacı təklif edib ki, bu kitab gələcəkdə Azərbaycan dilinə tərcümə olunsun və internetdə yerləşdirilsin. Kitabın çox maraqlı olduğunu deyən Bilkənd Universitetinin prezidenti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə deyib ki, belə qiymətli kitabı ərsəyə gətirmək çox şərəfli və çətin işdir. Səfir vurğulayıb ki, burada Azərbaycanın müstəqilliyinin bərpası və ölkəmizin inkişafı barədə maraqlı faktlar var.
“Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. MDB ölkələri arasında ən güclü iqtisadi inkişaf tempinə malik olan Azərbaycanın inkişafı və tərəqqisi bu gün hamının gözü önündədir”, - deyən Vladimir Doroxin respublikamızın bugünkü uğurlarında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıb və ümummilli liderin siyasi kursunun bu gün uğurla davam etdiyini vurğulayıb. Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini ölkəmizin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirib.
Diplomat kitabda Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayrıldığını və rəsmi Moskvanın münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı olduğunu deyib.
Daha sonra ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə çıxış edərək deyib ki, mən bu kitabı sevdim. Burada Prezident İlham Əliyevin uğurlu fəaliyyəti geniş əksini tapıb. Səfir deyib ki, dövlətimizin başçısı İlham Əliyev ilə dəfələrlə görüşməsindən şərəf hissi duyur: “Mən həmişə ona çox maraqlı insan kimi baxmışam. İlham Əliyev çox güclü intellektual biliyə malik olan şəxsiyyətdir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün hərtərəfli inkişaf etdiyini və bütün sahələrdə uğurların qazanıldığını deyən diplomat ölkəmizin beynəlxalq və regional əhəmiyyətli layihələrdə iştirakını xüsusi vurğulayıb.
Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30