Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Gənclər Birliyi Azərbaycan gəncliyinin avanqard qüvvəsidir

YAP Gənclər Birliyi Azərbaycan gəncliyinin avanqard qüvvəsidir

27.12.2011 [22:10]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin açılış mərasimi keçirilib
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin yeni ofisinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Gənclər Birliyinin yeni ofisinin açılışının əlamətdar bir gündə baş verdiyini bildirib: “24 dekabr tarixi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür, dövlətimizin başçısının 50 illik yubileyidir. Bu münasibətlə partiyamız tərəfindən Prezidentimiz haqqında kitab nəşr olunub”.
Əli Əhmədov qeyd edib ki, YAP Gənclər Birliyinin (GB) yeni ofisinin açılması gənclərin fəaliyyətinin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycan gəncliyinin yenilikçi qüvvə olduğunu deyən YAP Sədrinin müavini ölkə Prezidenti tərəfindən Azərbaycanın yeniləşməsi, modernləşməsi siyasətinin həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin bu siyasətini dəstəkləyən əsas qüvvədir: “Azərbaycan gənclərinin böyük bir hissəsi partiyamızda birləşib. Hesab edirəm ki, gənclərimiz yeni ofisdə səmərəli fəaliyyət göstərəcək, maraqlı diskussiyalar, müzakirələr aparacaqlar. Gənclərimiz həmişə xatırlayacaqlar ki, bu ofis Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 50 illik yubileyində açılıb. İstərdik ki, bu ofis YAP Gənclər Birliyinin üzvləri ilə yanaşı, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bütün gənclərin toplaşdığı məkan olsun. Hesab edirəm ki, burada gənclərimiz çox maraqlı layihələr həyata keçirəcəklər, Azərbaycan gənclərinin əksəriyyətini öz ətrafında birləşdirəcəklər və Prezidentimizin həyata keçirdiyi siyasəti, Heydər Əliyev ideyalarını gənclərimizin arasında daha geniş təbliğ edəcəklər. Fikrimcə, YAP Gənclər Birliyinin üzvləri bütövlükdə Azərbaycan gənclərinin maraqlarına uyğun olan layihələr əsasında işlər görəcəklər. Düşünürəm ki, ofisin istifadəyə verilməsi gənclərimizin fəallığını daha da artıracaq. Həqiqətən, YAP-ın sıralarında gənclər təkcə sayca çox deyillər. Təbii ki, gənclərin partiyamızın sıralarında birləşməsi YAP-ın Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin onlar tərəfindən qətiyyətlə dəstəklənməsinin bir ifadəsidir. Amma eyni zamanda, YAP-ın gənclərinin gücünü artıran məqam ondan ibarətdir ki, onlar xüsusilə fəal, yüksək intellektli gənclərdir. Daha yaxşı təhsil almış, böyük dünyagörüşünə malik olan gənclər YAP Gənclər Birliyinin gücünü daha da artırır”.
YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələrə də malik olduğunu deyən Əli Əhmədov qeyd edib ki, partiyanın gəncləri ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən partiyaların gənclər təşkilatları ilə sıx əməkdaşlıq edirlər. “Gənclərimiz müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, müştərək layihələr həyata keçirirlər. Beləliklə də, bizim gənclərimizin fəaliyyəti Azərbaycanın coğrafiyasından xeyli kənara çıxıb. Bütün bunların hamısı YAP Gənclər Birliyinin üzvlərinin fəallığından, ictimai aktivliyindən xəbər verir. Güman edirəm ki, yeni ofisin fəaliyyətə başlaması gənclərimizin fəallığını daha da artıracaq. İstəyirik ki, bu ofis partiyamızın gəncləri ilə yanaşı, onların ətrafında olan, Prezidentimizin siyasətini dəstəkləyən bütün gənclər üçün mərkəz olsun” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yeni ofisin açılışı münasibətilə YAP Gənclər Birliyinin üzvlərini təbrik edib. Onun sözlərinə görə, bu açılış Prezidentin ad gününə təsadüf etməsi ilə əlamətdardır. Nazir qeyd edib ki, keçirilən tədbirlərdə gənclər dövlət başçısının yubileyini böyük sevinclə qeyd edirlər. A.Rəhimovun fikrincə, bu ofisin açılışı o deməkdir ki, gənclər yüksək səviyyədə çalışacaq, yeni ideyalar irəli sürəcəklər: “Azərbaycan gənclər ölkəsidir. Əhalinin 66 faizi yaşı 35-ə qədər olan insanlardır. 14-29 yaş arasında olan gənclər isə ölkə əhalisinin 30 faizdən çoxunu təşkil edir. Eyni zamanda, Azərbaycanda gənclərlə bağlı 200-dən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar müxtəlif sahələri əhatə edir. YAP Gənclər Birliyi isə siyasi təşkilatdır. Bu, öncə liderlik məktəbidir. Partiyanın Gənclər Birliyinin üzvləri siyasətlə məşğul olmaq istəyirlər. Nazirlik olaraq bu fəaliyyəti dəstəkləyirik və istəyirik ki, ictimai-siyasi həyatda YAP Gənclər Birliyinin rolu daha da yüksək olsun. Biz istərdik ki, partiyanın Gənclər Birliyinin üzvləri gənclər təşkilatları ilə sıx əməkdaşlıq etsinlər və yeni layihələr ortaya qoysunlar. çünki birgə fəaliyyət səmərəli nəticələr verir. Nazirlik bu təşkilata həmişə dəstək olacaq. Hesab edirəm ki, bu ofis ölkə gənclərinin toplaşdığı, çoxsaylı tədbirlərin keçirildiyi məkan olacaq”.
Nazir bildirib ki, ölkəmizdə gənclər siyasətinin təməlini Ulu öndər Heydər Əliyev qoyub və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. “Gənclərin üzərinə böyük məsuliyyət düşür və onlar bu məsuliyyəti unutmamalıdırlar. Gənclərimiz üçrəngli bayrağımızı daim yüksəklərə qaldırmalıdırlar” - deyə, A.Rəhimov qeyd edib.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, YAP Gənclər Birliyinin yeni ofisinin açılması çox əlamətdar hadisədir. O, ilk siyasi fəaliyyətinin bu təşkilatla bağlı olduğunu deyib: “Mən ilk dəfə 30 oktyabr 1995-ci ildə bu binaya daxil olmuşam. O zaman YAP Gənclər Birliyinin sədri Siyavuş Novruzov bu binanın ikinci mərtəbəsində çox kiçik bir otaqda əyləşirdi. Sonrakı illər ərzində də Gənclər Birliyinin fəaliyyəti həmin otaqda davam etdi. Biz təsəvvür etmirdik ki, nə zamansa partiyanın Gənclər Birliyinin bu qədər gözəl və müasir tələblərə cavab verən ofisi olacaq. Amma buna baxmayaraq, hər gün biz yeni təşəbbüslərimizlə, fəaliyyətimizlə, aktivliyimizlə YAP Gənclər Birliyinin Azərbaycanın gənclər siyasətində sözünü deyirdik. çox fəxredici fakt ondan ibarətdir ki, bu gün YAP Gənclər Birliyi həm kəmiyyətinə, həm də keyfiyyətinə görə, Azərbaycan gənclərinin avanqard qüvvəsidir. Eyni zamanda, YAP Gənclər Birliyi Azərbaycan gəncliyinin avanqard qüvvəsi olmaqla yanaşı, gənclər hərəkatının aparıcı qüvvəsidir”.
E.Aslanov qeyd edib ki, YAP Gənclər Birliyi yeni fəal gənclərin formalaşmasını stimullaşdıran və onları ortaya çıxaran layihələr də həyata keçirir.
“Bu da qürurverici faktordur ki, dövlət idarəçiliyində YAP Gənclər Birliyindən təmsil olunmuş insanlar əksəriyyət təşkil edir. Əminəm ki, YAP Gənclər Birliyi gələcək seçkilərdə daha da fəal olacaq. Eyni zamanda, gənclərimiz Azərbaycanın dünyada tanıdılmasında, ölkəmizin haqq sözünün beynəlxalq ictimaiyyətə çatdırılmasında daha da güclü fəaliyyətlərini ortaya qoymaq əzmindədir. Artıq YAP Gənclər Birliyinin üzvləri tez-tez xarici ölkələrə səfərlər edirlər. İnanırıq ki, təşkilatda birləşən gənclər kreativ, təşəbbüskar, intellektual və yeni nəsli özündə ehtiva edən insanlardır. Hesab edirəm ki, sizə olan inamı öz fəaliyyətinizlə doğruldacaqsınız. YAP Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar və daim mübariz olmağı arzulayıram” - deyə, E.Aslanov vurğulayıb.
Daha sonra YAP Gənclər Birliyinin internet saytının təqdimatı olub. Sayt haqqında partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov məlumat verib. Bildirilib ki, “yapgencləri.org.az” adlanan saytda Azərbaycan Prezidentinin fəaliyyəti və partiya rəhbərliyi haqqında məlumatlar öz əksini tapır. Saytda, həmçinin, YAP Gənclər Birliyinin tədbirləri, keçirilən görüşlər, faydalı linklər və digər vacib məsələlər haqda məlumatlar yerləşdirilib, eləcə də, saytda gənclər müxtəlif mövzularda məqalələri ilə çıxış edirlər. S.Orucov, həmçinin, YAP Gənclər Birliyinin yeni ofisinin istifadəyə verilməsinə görə partiya rəhbərliyinə minnətdarlığını bildirib: “Yeni ofisdə fəaliyyət göstərmək üçün bütün lazımi şərait yaradılıb. Təbii ki, bu, partiya rəhbərliyinin gənclərə olan etimadının göstəricisidir. YAP Gənclər Birliyi olaraq öz fəaliyyətimizlə bu etimadı doğrultmağa çalışacağıq”.
Mərasim iştirakçıları daha sonra yeni ofisin şəraiti ilə tanış olublar.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30