Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Human Rights Watch" təşkilatının hesabatı subyektivdir

"Human Rights Watch" təşkilatının hesabatı subyektivdir

24.01.2012 [00:45]

“Human Rights Watch” beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən hökumətdən kənar lobbist təsisatdır
Məlum olduğu kimi, ABŞ-da fəaliyyət göstərən və dünya ölkələrində insan hüquqları, sosial-siyasi təsisatların demokratik indekslər baxımından durumu və fəaliyyət mexanizmi kimi fundamental məsələləri araşdıraraq hesabatlar hazırlayan “Human Rights Watch” təşkilatı dünya ölkələrində insan hüquqlarının vəziyyəti ilə bağlı növbəti illik hesabatını hazırlayıb. Hesabatda ənənəvi surətdə araşdırılan müxtəlif ölkələrdəki daxili durum reallıqdan uzaq şəkildə dəyərləndirilib. Belə ki, hesabatın real faktlar əsasında deyil, konkret güclərin transmilli maraqlarına xidmət edən detallar əsasında tərtib edilməsini göstərən bir sıra-əslində kifayət qədər- qərəzli və paradoksal məqamlar yer alıb. Təəssüflə qeyd etmək lazımdır ki, tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Belə ki, sözügedən təşkilatın son hesabatında əks olunmuş qərəzli və qeyri-obyektiv mövqeyin fonunda iddia edilir ki, guya Azərbaycanda 2011-ci ildə insan hüquqlarının vəziyyəti pisləşib, hökumət bütün etiraz aksiyalarını dağıdıb. Guya Azərbaycanda media azadlığı, dini etiqad azadlığı sahələrində bərbad vəziyyət mövcuddur, eləcə də, ölkə vətəndaşları işgəncə və kobud rəftardan ciddi surətdə əziyyət çəkirlər. Amma ölkədaxili ictimai-siyasi vəziyyətə dair obyektiv, təhrif olunmamış faktlara nəzər salan hər bir şəxsə aydındır ki, hökumətdən kənar təzyiq qrupu qismində çıxış edən “Human Rights Watch” təşkilatının iddia etdiyinin əksinə olaraq, Azərbaycanda ictimai-siyasi təsisatların fəaliyyəti üçün olduqca demokratik mühit mövuddur, eləcə də, siyasi sistemin struktur elementləri mütəmadi surətdə təkmilləşməkdədir və dövlət insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısı qismində çıxış edir...
Bəs belə olan təqdirdə bəhs olunan təşkilatın bu cür “ideoloji hücum” səciyyəli aktını necə dəyərləndirmək lazımdır? Bu sualın cavabını aşkar etmək üçün daha bir neçə sualdan yola çıxmaq lazımdır:
- “Human Rights Watch” təşkilatı hansı qüvvələrin maraqlarına xidmət edir və öz hesabatlarında real surətdə hansı prinsiplərə söykənir?
- Qeyri-obyektiv, birtərəfli və qərəzli hesabatların hazırlanması ilə hansı məqsədlərə nail olunmaq istənilir?
Beləliklə, bu suallardan yola çıxaraq bəhs olunan təşkilatın fəaliyyət mexanizminin əsaslarını və hazırlanan hesabatların mahiyyətini aşkar edə bilərik...
“Human Rights Watch” hökumətdən kənar təzyiq qrupudur
Demokratik norma və dəyərlərdən təzyiq vasitəsi kimi istifadə edən “Human Rights Watch” beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladır. Məhz bu cür hökumətdən kənar aktorlar-təzyiq qrupları “demokratiya” və “insan hüquqları” kimi fundamental prinsiplərdən ideoloji silah kimi istifadə edir və dövlətlər üzərində basqı vasitəsilə bir sıra güclərin maraqlarını təmin edən xidmətçi funksiyanı yerinə yetirirlər. Buna görə də, “Human Rights Watch” öz hesabatlarında konkret, real faktlardan yan keçərək subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Bununla yanaşı, təşkilatın hər il hazırladığı hesabatlarda real faktlar təhrif edilir və müxtəlif ölkələrdə daxili ictimai-siyasi sabitliyin pozulmasına yönəlik provokativ detallar əks olunur. Başqa sözlə, ambisioz qrupların strateji səciyyəli transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə paradoksal situasiya yaratmağa hesablanmış hesabatlarla çıxış edir. Bu isə təşkilatın beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən lobbist bir təsisat olduğunu sübut edir...
“Human Rights Watch”un hesabatındakı Azərbaycanla bağlı məqamlar ziddiyyətli, qərəzli və subyektivdir
Vurğulanması zəruri olan mühüm məqamlardan biri budur ki, “Human Rights Watch” təşkilatının hesabatında Azərbaycanla bağlı əks olunmuş məqamlar olduqca ziddiyyətlidir. Belə ki, hesabatda Bəxtiyar Hacıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə azadlıqdan məhrumetmə cəzası alması illeqal (qeyri-qanuni) dövlət aktı kimi səciyyələndirilib. Bu, olduqca qərəzli, ziddiyyətli və subyektiv yanaşmanın ifadəsidir. Əgər vətəndaş qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırdığına görə cinayət məsuliyyətinə cəlb olunursa, bu, Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunlara uyğun hüquqi akt kimi dəyərləndirilməlidir. çünki qanun qarşısında hər bir vətəndaş bərabərdir və etdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmalıdır. Digər tərəfdən, icazəsiz aksiyalarda ictimai asayişi pozmağa çalışanların (və pozanların) məsuliyyətə cəlb edilməsinin də “Human Rights Watch” təşkilatının hesabatında “arzuolunmayan hal” kimi dəyərləndirilməsi hüquqi nöqteyi-nəzərdən əsaslı olan obyektivliyə verilən subyektiv qiymətin nümunəsidir.
Beləliklə, bəhs olunan təşkilatın dövlətin öz funksiyasını normal və qanuni surətdə yerinə yetirməsinə bu cür yanaşması “Human Rights Watch” təşkilatının hesabatının subyektivliyinə və qərəzliliyinə dəlalət edir. Belə olan halda ortaya belə bir çıxır: Niyə “Human Rights Watch” öz hesabatında ABŞ-da keçirilən “Wall streeti işğal et” sosial etiraz aksiyasının fonunda vətəndaşlara qarşı tətbiq edilən zorakılıqları öz hesabatına daxil etməyib? Nə üçün Fransada, Böyük Britaniyada etiraz aksiyası təşkil edənlərin kütləvi surətdə həbs olunmasını “Human Rights Watch” qanunsuzluq kimi dəyərləndirməyib?
Nəticə etibarilə sadalananlar belə bir qənaətə gəlməyə imkan verir ki, “Human Rights Watch”-un hesabatındakı Azərbaycanla bağlı məqamlar ziddiyyətli, qərəzli və subyektivdir. Hesabatın mahiyyəti həm də ona dəlalət edir ki, “Human Rights Watch” beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən bir lobbi təsisatıdır.
NURLAN QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 826 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30