"Human Rights Watch"un hesabatı müxalifətin "mətbəxində" hazırlanıb
25.01.2012 [00:51]
Sirr deyil ki, Azərbaycanın sürətli inkişafı və dünyada mövqelərinin möhkəmlənməsi antiazərbaycan dairələrini ciddi narahat etməkdədir. Elə bu səbəbdəndir ki, həmin dairələr ciddi-cəhdlə ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməkdədir. Bu kampaniyada isə bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarından alət kimi istifadə olunur. ABŞ-da fəaliyyət göstərən və dünya ölkələrində insan hüquqları, sosial-siyasi təsisatların demokratik indekslər baxımından durumu və fəaliyyət mexanizmi kimi məsələlərlə bağlı hesabatlar hazırlayan “Human Rights Watch” təşkilatı da bu sıradadır.
Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə “Human Rights Watch” ölkəmizlə bağlı qeyri-obyektiv, subyektiv fərziyyələrə söykənən, həqiqətdən uzaq növbəti hesabatını açıqlayıb. Hesabatda guya Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığını pozduğu, müxalifətin paytaxt Bakıda bir dənə də olsun mitinq keçirilməsinə icazə verilmədiyi, hakimiyyəti tənqid edənlərə qarşı siyasi motivli ittihamlar irəli sürüldüyü, insan haqları müdafiəçilərinin təqib olunduğu qeyd olunur. Təbii ki, ölkəmizdə mövcud olan durumu, bu məsələlərlə bağlı real vəziyyəti təhlil edən, düzgün qiymətləndirən istənilən şəxs çox asanlıqla təşkilatın bu iddialarının nə dərəcədə absurd olduğunu, Azərbaycandakı vəziyyəti əks etdirmədiyi nəticəsinə gəlir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, son illər Azərbaycan mətbuatı məhz hökumətin və şəxsən Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Mətbuatımızın inkişafına mane olan bütün məsələlər sürətli şəkildə həllini tapır, jurnalistləri narahat edən sosial qayğıları aradan qaldırılır, mətbuat müstəqil fəaliyyətini gücləndirir. Görülən bütün bu tədbirlər Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafına, jurnalistikanın problemlərinin həllinə həssas münasibətini, yüksək diqqətini ifadə edir. Təbii ki, mətbuat nümayəndələri də bu diqqət və qayğını görür, onu yüksək qiymətləndirirlər.
Digər tərəfdən, təşkilatın uydurmalarının tamamilə əksinə olaraq, ölkəmizdə sərbəst toplaşmaq azadlığı Konstitusiya ilə təsbit olunur. Bu gün Azərbaycanda yüksək səviyyədə hazırlanmış “Sərbəst toplaşma azadlığı haqqında” Qanun mövcuddur. İnsanlar bu hüquqlarından azad şəkildə istifadə edə bilirlər. Bu məsələni öz cılız korporativ maraqları müstəvisinə transfer etmək, məsələləri siyasiləşdirməyə cəhd göstərmək üçün müxtəlif qeyri-qanuni aksiyalar təşkil etmək, ictimai sabitliyi pozmağa cəhd etmək əlbəttə ki, qanun pozuntusudur. Vətəndaşların təhlükəsizliyini və sabitliyi qorumağa məsuliyyət daşıyan orqanlar isə şübhəsiz ki, bu cəhdlərin qarşısını almalıdır. Dövlət orqanları da təbii olaraq, bu kimi təxribatçı cəhdlərin qarşısını almaqdadır.
Müxalifət qüvvələrinin paytaxtda mitinq keçirməsinə icazə verilməməsi kimi məsələ də qətiyyən həqiqət deyil. Paytaxt rəhbərliyi müxalifətin mitinqlə bağlı istənilən müraciətinə cavab olaraq ölkə qanunvericiliyinin və beynəlxalq təcrübənin tələblərini əsas götürərək müvafiq yerlər ayrılmasına razılıq verib və onlara bu yerlər təklif olunub. Amma radikal müxalifət heç bir elektoratı və dəstəkçisi olmadığı üçün həmin yerlərdə mitinq keçirməkdən imtina edib. Təşkilatın başqa bir iddiası isə, qeyd etdiyimiz kimi, müxtəlif cinayəttərkibli əməllərinə görə həbs olunanlarla bağlıdır. Narkotik maddə daşıdığına, hərbi xidmətdən yayındığına görə həbs olunan şəxsləri “siyasi məhbus” adlandıran “Human Rights Watch” təşkilatının yəqin ki, özü də bu kimi absurd iddialara inanmır.
Əslində, özlərinin belə inanmadıqları iddiaları isə cəmiyyətə hesabat kimi sırımaq istəmələrinin səbəbləri də hamıya bəllidir. Onların bu cür uydurma, yalan və böhtan dolu fikirlərinin Azərbaycan cəmiyyətində qarışıqlıq yaratmağa, ölkəmizə təzyiqlər göstərməyə, ölkəmizin nüfuzuna zərbə vurmağa hesablandığı heç kəsə sirr deyil. Belə olan halda, maraqlı bir sual ortaya çıxır: Görəsən, bəhs olunan təşkilat illik hesabatını tərtib edərkən Azərbaycanla bağlı apardığı araşdırmalarda ilkin mənbə kimi hansı informasiya resurslarına istinad edilib?
Sözügedən təşkilatın hesabatında öz əksini tapan məqamlara və detallara nəzər saldıqda aydın olur ki, məhz bu dəfə də Azərbaycanla bağlı əsas informasiya mənbəyi qismində ölkədə fəaliyyət göstərən bir sıra qeyri-ciddi müxalifət qəzetləri çıxış edib. Hansı ki sözügedən media qurumları və onların xidmət etdiyi siyasi partiyalar öz fəaliyyətləri ilə ideoloji müstəvidə ictimai rəyi çaşdırmağa və yanlış istiqamətə yönləndirməyə çalışırlar. Onların müxtəlif dövrlərdə dövlətimizə qarşı olan bu kimi yalan və dezinformasiyalarla dolu hesabatları Azərbaycanı sevməyən qüvvələrə ötürdüklərinin şahidi olmuşuq. Bu hesabatın da müxalifətin mətbəxində hazırlandığı şübhə doğurmur. Ona görə də, xalqımız, o cümlədən, cəmiyyətin lokomotivi hesab olunan ziyalılarımız bu tip davranışlara qarşı daim barışmaz mövqe sərgiləyir, sərt reaksiyasını ifadə edir. Həmin təşkilatlara yalan - yanlış məlumatlar ötürən qüvvələrin müəyyən maddi və mənəvi dəstəyi ilə ölkəmizin daxilində fəaliyyət göstərən siyasi və qeyri-hökumət təşkilatlarının birmənalı şəkildə cəmiyyətimiz tərəfindən qəbul olunmaması həm də bu tip davranışlara qarşı göstərilən etirazdır. Sadalanan faktlar və Azərbaycandakı real vəziyyətin təhlili də bir daha göstərir ki, ölkəmizdə bütün sahələrdə böyük inkişaf var və müəyyən güclərin təxribat xarakterli davranışları bu inkişafa mane ola bilməz. Azərbaycan dövləti artıq bütün mürəkkəb sınaqları uğurla keçib, böyük maneələri müvəffəqiyyətlə dəf edib. Bundan sonra ölkəmizin inamla və böyük uğurlarla gələcəyə doğru addımlayacağına şübhə yoxdur.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

