/ / Leyla Yunus və Arif Yunusun "Eurovision 2012" Mahnı Yarışmasına qarşı çirkin planı ermənipərəst dairələr tərəfindən idarə olunur
Leyla Yunus və Arif Yunusun "Eurovision 2012" Mahnı Yarışmasına qarşı çirkin planı ermənipərəst dairələr tərəfindən idarə olunur
25.01.2012 [00:52]
Son dövrlərdə Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər ölkəmizin dünya miqyasında istər siyasi, istərsə də mədəni müstəvidə imicinin daha da yüksəlməsinə yol açıb. Qısa müddətdə yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iqtisadi yüksəlişi, o cümlədən, müstəqil xarici siyasət yürütməsi isə dostlarımızı sevindirməklə yanaşı, bir sıra maraqlı dairələrin yenidən ölkəmizə qarşı çirkin kampaniyalara başlamasına rəvac verib. Azərbaycanın dünya mədəniyyətinin, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi, dünya ictimaiyyəti tərəfindən mədəni, tolerant bir ölkə olaraq qəbul edilməsi həmin dairələri ən əsas qıcıqlandıran məqamlardandır. ölkəmizin 2011-ci ildə “Eurovision” yarışmasında əldə etdiyi qalibiyyət isə bu mənada xüsusi əhəmiyyətə malikdir. Yəni, 2012-ci ildə Bakıda keçiriləcək mahnı yarışması artıq dünya mətbuatının gündəmindədir və bu yarışma həm də ölkəmizdə əldə olunan inkişafın, demokratik dəyərlərə hörmətin dünyaya təqdim olunması üçün bir vasitədir. çünki ölkəmizə gələcək xarici turistlər, KİV nümayəndələri Azərbaycanda gedən inkişafla daha yaxından tanış olmaq və həyata keçirilən dövlət siyasətinin uğurlarını görmək imkanı qazanacaqlar.
Məhz, bu kimi məqamlar bir sıra ermənipərəst və antiazərbaycan dairələrinin yeni bir çirkin kampaniyaya əl atmasına yol açıb. Həmin dairələr ölkəmizdə baş tutacaq bu mədəni tədbirə kölgə salmaq, bununla yanaşı, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olublar. Bu səfərbərlikdə isə yenə də ön sırada hər zaman xarici dairələrin əlaltısı, nökəri qismində çıxış edən bəzi insanlar yer alırlar. Belə ki, “singfordemocracy.org” portalını yaradanların əsl məqsədi məhz ölkəmizdə keçiriləcək “Eurovision-2012” Mahnı Yarışmasına qara yaxmaqdan ibarətdir.
Qeyd etdiyimiz kimi, bu layihənin “koordinatorları” sırasında yenə də bəlli isimlər yer alırlar. Daha dəqiq desək, Leyla Yunus və Arif Yunus cütlüyü yenə də ölkəmizin imicinə zərbə vurmaq üçün “hərəkətə” keçiblər. Əslində bu təəccüblü deyil. Azərbaycanın uğurlarına sevinməyən, əksinə, bu uğura qara yaxmaq, kölgə salmaq üçün məqam gözləyən bu insanların “Eurovision-2012” yarışına qarşı hücumları başadüşüləndir. Axı, hər zaman xarici dairələrdən aldıqları göstərişlərə əsasən, Azərbaycanda guya hər şeyin pis olduğunu, inkişafın getmədiyini, siyasi sabitliyin olmadığını iddia edən bu insanların yalanları faş olacaq və bütün dünya Azərbaycanın qısa müddətdə böyük bir yol keçdiyinin şahidi olacaq.
Bununla yanaşı, daha bir maraqlı nüans var. Belə ki, bir müddət öncə KİV-də adıçəkilən şəxslərin etnik mənsubiyyətləri ilə bağlı bir sıra informasiyalar yayılırdı. “Eurovision 2012” mahnı yarışmasına qarşı hücumların başında isə Fransanın ermənipəst dairələrinin dayanması və Leyla Yunus-Arif Yunus cütlüyünün də həmin əmrləri yerinə yetirməsi bu söylənilənlərin heç də təsadüfi olmadığından xəbər verir. Digər tərəfdən, bir fakt diqqəti cəlb edir ki, ölkəmizə qarşı həyata keçirilən bu çirkin kampaniyada səsləndirilən yalan iddialar məhz ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü əsassız ittihamlarla üst-üstə düşür. Bu isə qeyd olunan məqamların sinxron ardıcıllıqla inkişaf etdiyini deməyə əsas verir.
ümumiyyətlə, milli maraqları tapdamağa hazır olan, dövlətə, xalqa, dövlətin və xalqın uğurlarına qarşı hər zaman müxalif mövqe nümayiş etdirənlər öz addımları ilə hansı maraqlara qulluq göstərdiklərini ifşa edirlər. Mədəni bir tədbir olan bu yarışmanı hədəfə götürənlər öz fəaliyyətləri ilə sübuta yetirirlər ki, onlar Azərbaycanın nəinki siyasi uğurları, hətta mədəni uğurları ilə belə barışa bilmirlər. ölkəmizin nailiyyətlərini həzm etmək iqtidarında deyillər. Bunun qarşılığını isə bu uğurlara qarşı hücum kampaniyaları təşkil etməklə verirlər.
Amma onların qurduqları çirkin oyunlar, həyata keçirdikləri iyrənc kampaniyalar elə özlərinin ifşası ilə də yekunlaşır. çünki artıq bütün dünya erməni yalanlarına inanmadığı kimi, bu ermənipərəsət, düşmən mövqeyinə də aldanmırlar. Aparıcı dünya dövlətlərinin, beynəxlaq təşkilatların yaxın müttəfiqi olan Azərbaycanın nailiyyətləri bu gün dünyanın yüksək tribunalarından səsləndirilir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycana olan müsbət münasibət məhz bu cür ali seçkilərdə özünü göstərir.
Azərbaycan xalqı da kimin kim olduğunu bilir və hər kəsi öz kimliyinə əsasən dəyərləndirir. Xalqımız Leyla Yunus kimilərinin dövlətçiliyə qarşı apardığı çirkin oyunlara adekvat cavabı verir. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata keçirməkdən usanmayıblar. Bu gün də öz bəd əməllərini davam etdirməklə yalnız könül bulandırırlar. özləri bir şey olmasa da...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

