30 il susan...
14.10.2023 [11:10]
AŞPA-dan növbəti qərəz
Heç bir hüquqi qüvvəyə malik olmayan “qətnamə”...
2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü, 2023-cü ildə isə bütün ərazilərində suverenliyini birmənalı şəkildə təmin etməsi erməni lobbisini, onların havadarlarını məyus etdi. 30 ilə yaxın müddətdə guya “möhkəmləndirilən” qondarma xunta rejiminin cəmisi 24 saata “süqut etməsi” onların planlarını pozub-bununla yanaşı, Azərbaycanın bölgədə güclənməsi, Cənubi Qafqazın real liderinə çevrilməsi, yeni əməkdaşlıqlar platforması ilə bağlı anonslar səsləndirməsi onları “yenidən hərəkətə” gətirir. Bu mənada, artıq bir neçə beynəlxalq “təsisatın” anti-Azərbaycan xarakterli “qətnamələrinin”, “qərarlarının” şahidinə çevrilməkdəyik.
Məsələyə keçməmişdən öncə, qeyd edək ki, heç bir hüquqi qüvvəyə malik olmayan bu kimi “qətnamələr” erməni lobbisinin “könlünü qırmamaq” xarakteri daşıyır. Bundan öncəki proseslərə nəzər salsaq, Avropa Parlamentinin, elə AŞPA-nın bir neçə dəfə bu kimi ermənipərəst qətnamə qəbul etdiyini görə bilərik. Budəfəki qətnamə də onların “davamıdır”.
Bəli, oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Maraqlıdır ki, bu barədə tələm-tələsik, ala-yarımçıq məlumatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan sosial şəbəkələrdə yayıb. Rubinyan sənədlərdə guya Qarabağın erməni əhalisinin fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycanın hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir...
Rubinyan dövlətinin mövqeyini “təkzib edir”?
İlk olaraq, elə Rubinyandan başlayaq. Ermənistan dövlətinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri funksiyasını daşıyan Rubinyan deyəsən öz ölkəsinin baş nazirinin 24 saatlıq antiterror tədbirləri ilə bağlı mövqeyi ilə tanış deyil. Xatırladaq ki, hələ lokal tədbirlər zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin siyasi rəhbərliyi keçirilən tədbirləri Azərbaycanın suveren hüququ kimi dəyərləndirmiş, bunun Ermənistana yaxından-uzaqdan aidiyyatının olmadığını bəyan etmişdilər.
Demək ki, Ermənistanın beynəlxalq qurumdakı nümayəndə heyəti və onun üzvü növbəti dəfə “özbaşnalıq” edir, ölkəsinin bəyanatını, baş nazirinin mövqeyini tanımadığını bəyan edir, ya da... Ermənistanın simasızlığı növbəti dəfə aşkara çıxır - bu ölkə ikiüzlü siyasət yürütdüyünü növbəti dəfə etiraf etmiş oldu...
Regional təhlükəsizliyə töhfə...
Gələk AŞPA-nın məlum, ikili standarta söykənən, qərəzli və yalan “qətnaməsinə”. Azərbaycan 24 saatlıq lokal antiterror tədbirləri həyata keçirdiyi zaman beynəlxalq hüququn heç bir şərtini pozmayıb, beynəlxalq konvensiyaların ölkəmizin timsalında dünya dövlətləri üçün verdiyi imkanlardan, tanıdığı hüquqdan istifadə edib. Azərbaycan öz addımlarında BMT Nizamnaməsini əsas götürüb. Ölkə ərazisində qeyri-qanuni fəaliyyət göstərən terrorçu xunta rejimini - separatçı qüvvələri zərərsizləşdirib. Ermənipərəst mövqeyə “istinad edərək” reallığa göz yuman “aşpalı” deputatlar həmin terrorçu qurumdan müsadirə olunan silah-sursatın, hərbi texnikaların sayına, “rəngarəngliyinə” diqqət yetirsinlər. Bu qədər silah-sursata malik terrorçu dəstə nəinki Azərbaycana, nəinki suveren ərazimiz olan Qarabağa, nəinki suveren Azərbaycan torpağı olan Qarabağda yaşayan erməni sakinlərinə, bütövlükdə regionun təhlükəsizliyinə açıq təhdid idi. Bu silah-sursatı “toplamış” separatçı xunta rejimi bölgədə reallaşan regional və qlobal laiyhələrə təhdid yaradırdı. Azərbaycan 24 saatlıq antitetrror tədbirləri ilə bu təhdidin aradan qalxmasına, Cənubi Qafqazın sülh və sabitlik adası kimi beynəlxalq münasibətlər sistemində özünə uyğun yer tutmasına, təhlükəsiz ünvan kimi qlobal laiyhələrin reallaşdığı məkana çevrilməsinə şərait, zəmin yaradıb. İlk növbədə isə Azərbaycan öz ərazilərində suveren hüquqlarını təmin və bərpa edib. AŞ PA-da təmsil olunan deputatlar bu hüquqi prosedurun uğurla yekunlaşmasını alqışlamalıdırlar - onlar əksinə, erməni lobbisinin təsiri ilə prosesə özünəməxsus “don geyindirməyə” çalışır.
Azərbaycanın humanizmi...
AŞPA-nın “qətnaməsində” əsas məqam kimi Qarabağın erməni sakinlərinin bu ərazilərdən getməsi məsələsi vurğulanır. Bir beynəlxalq təsisatın araşdırma aparmadan, real faktlara istinad etmədən, BMT missiyasının hesabatına nəzər yetirmədən, həmin insanların videomüsahibələrinə baxmadan verdiyi “qərar” təbii ki, birmənalı və qərəzli olacaq - indiki halda olduğu kimi.
Xatırladaq ki, antiterror tədbirləri başlayan gün - sentyabrın 19-da yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ermənilərinə müraciət edərək mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Həmçinin qeyd olunmuşdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Bu faktlar humanizmin növbəti göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən bildirmişdi ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.
Digər tərəfdən, Qarabağın erməni sakinlərinə Azərbaycan dövləti reinteqrasiya proqramı təqdim edib və onların ölkə qanunvericiliyi əsası?da bütün hüquq və azadlıqlarının təmin olunacağını bildirib. Bu proses uğurla davam edir və Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edənlər var. Bu isə onu göstərir ki, AŞPA-nın və ya digər beynəlxalq təsisatın erməni lobbisinin təhriki ilə etdiyi bu “canfəşanlıq” yersizdir. Qarabağı tərk edən erməni sakinləri heç kim qovmayıb - onlar öz arzuları və razılıqları ilə həmin regionu tərk ediblər. Təbii ki, Azərbaycan qanunlarını qəbul edərək qayıtmaq arzusunda olanlara heç bir çətinlik və ya əngəl yaradılmır...
AŞPA alət rolunda...
Əslində, AŞPA-nın bu addımı Azərbaycana qarşı növbəti qərəzin göstəricisidir. Bir neçə ay öncə “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” haqqında debatların sonunda qəbkl edilən “qətnamə”nin davamı kimi indiki “qətnamənin” qəbulu anlaşılandır - bu, Azərbaycana qarşı növbəti ikidli standartdır. Halbuki Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən AŞPA Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu. Bunda Avropadakı erməni lobbisinin təsiri böyük idi. Azərbaycan öz torpaqlarını işğaldan azad, ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra isə AŞPA-dakı ermənipərəst qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edirlər. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin pərdə arxasına saxlanıldığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

