"Öz məşəlini alovlandır!"
27.01.2012 [01:33]
Əgər ötən il Azərbaycan təmsilçiləri - Eldar və Nigar cütlüyü ifa etdikləri mahnıları ilə Avropa tamaşaçısını təəccübləndirə bilmiş, onların rəğbətini qazanmışdılarsa, bu il “Eurovision” mahnı yarışmasına ev sahibliyi edəcək Bakı şəhəri, müsabiqənin təşkili, eləcə də, müxtəlif möhtəşəm şou-proqramları ilə bir daha Avropa musiqisevərlərin ürəklərini riqqətə gətirəcək. Bu fikirlər ötən gün Bakı Biznes Mərkəzində “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsi üzvlərinin Avropa Yayım Birliyi (AYB) təmsilçiləri ilə birgə keçirdikləri mətbuat konfransında səsləndirilib.
Tədbirdə çıxış edən “Eurovision” mahnı müsabiqəsinin layihə rəhbəri Yan Ola Sand qeyd edib ki, yanvarın 25-də “Buta “ sarayında keçirilən mərasimdə Almaniyanın Düsseldorf şəhərinin meri tərəfindən müsabiqənin simvolik açarı Bakı şəhəri İcra Hakimiyyətinin başçısına təqdim edilib və bununla da, Azərbaycan paytaxtı rəsmən müsabiqəyə ev sahibliyinə başlayıb. Onun sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsi öz möhtəşəmliyi ilə irihəcmli beynəlxalq yarışma hesab olunduğundan, belə tədbirlərin təşkilinə ən azı 2-3 il vaxt lazım gəlir. Lakin buna baxmayaraq, müsabiqənin təşkilatçısı olan AYB-da kifayət qədər professonal kadrlar təmsil olunduğundan, onlar cəmi 1 ildən də az bir müddətdə növbəti musiqi yarışmasının təşkilinə nail olurlar. Sözsüz ki, bu işdə ötənilki yarışmanın qalibi-növbəti yarışmaya ev sahibliyi edəcək ölkənin üzərinə də çox böyük məsuliyyət düşür, bu baxımdan, Azərbaycan da istisna deyil. 2011-ci ilin mayından- Almaniyada təşkil olunan “Eurovision” mahnı müsabiqəsindən ötən qısa müddət ərzində Bakıda müsabiqənin keçirilməsi üçün xeyli işlər görülüb, həmçinin, bütün hazırlıq işləri qrafikə uyğun şəkildə icra edilməkdədir. Bu müddət ərzində müsabiqənin keçiriləcəyi yer müəyyənləşib- Xəzər dənizinin sahilində 25 min tamaşaçı yeri olan möhtəşəm “Christal Palace” inşa olunub. Eyni məkanda, həmçinin, nəhəng mətbuat mərkəzi yaradılıb. Burada “Eurovision” mahnı müsabiqəsini işıqlandırmaq üçün 50-dən artıq ölkədən Azərbaycana gələcək 1600-dən artıq KİV nümayəndəsinin sərbəst şəkildə çalışması üçün hər bir şərait, texniki imkanlar mövcuddur. Bundan əlavə, şəhərdə çoxlu müasir, beşulduzlu mehmanxanalar istifadəyə verilib və bu proses hələ də davam etməkdədir. Paytaxtda müasir nəqliyyat infrastrukturu qurulub, şəhərə yeni taksilər gətirilib. Hazırda həmin taksilərin sürücüləri, eləcə də, asayişi qoruyacaq polislər ingilis dili kurslarına cəlb ediliblər. “Bir sözlə, Bakı “Eurovision” mahnı müsabiqəsinə ciddi hazırlaşır və ümid edirik ki, Azərbaycan 57-ci dəfə keçiriləcək bu yarışmaya, yüksək təşkilatçılıq və orijinal şou-proqramların hazırlanması baxımından öz damğasını vuracaq, budəfəki mahnı müsabiqəsi Avropa tamaşaçıları üçün sürprizlərlə dolu bir yarışma olacaq” - deyə, “Eurovision” mahnı müsabiqəsinin layihə rəhbəri Yan Ola Sand bildirib.
Müsabiqənin tədbirlər üzrə rəhbəri Sitsl Bekker isə öz növbəsində aparılan hazırlıq işlərini qənaətbəxş hesab edib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsi ilə bağlı bütün təşkilatçı ölkələrin müəyyən problemləri olub. Bu, həm infrastruktur, həm nəqliyyat, həm də ölkəyə gələn turistlərin yaşayış yerləri ilə bağlı olub. Amma, Azərbaycanda aparılan hazırlıq işləri bu problemlərin demək olar ki, minimuma endiriləcəyindən xəbər verir. Belə ki, müsabiqənin keçiriləcəyi yer çox uğurlu seçilib və şəhərin istənilən yerindən, paytaxtdakı istənilən mehmanxanadan oraya bir neçə dəqiqəyə hətta piyada gəlmək belə mümkündür. Onun sözlərinə görə, hələlik yeganə problemin viza rejimi ilə əlaqədər olması güman edilir ki, Azərbaycan tərəfi qısa müddət ərzində bu məsələni də həll etmiş olacaq.
Konsert proqramlarına biletlərin satılmasına toxunan S. Bekker qeyd edib ki, biletlərin qiymətləri çox da yüksək olmayacaq və sadə vətəndaşların belə həmin biletləri almaq imkanları olacaq. Ermənistan təmsilçilərinin müsabiqədə iştirak etməyəcəyi ilə bağlı yayılan şaiyələrə münasibət bildirən S.Bekker bunun həqiqətəuyğun olmadığını və ermənilərin “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələcəklərini vurğulayıb.
O, həmçinin, builki “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi şərtlərində müəyyən dəyişikliklərin edildiyini də bildirib. Belə ki, bu dəfə səsvermə bütün iştirakçılar öz çıxışlarını bitirdikdən sonra keçiriləcək və ölkələrdən göndərilən SMS-lərin nəticələrinə əsasən qalib müəyyənləşəcək.
“Eurovision-2012”nin İşçi qrupunun rəhbəri Adil Kərimli isə öz növbəsində müsabiqənin keçirilməsi ilə bağlı yeniliklərdən danışıb. Onun sözlərinə görə, müsabiqənin keçirildiyi “Chrustal Palace” və mətbuat mərkəzi ilə yanaşı, paytaxtın eyni bölgəsində “Eurovision vilage” və “Eurovision-club” da fəaliyyət göstərəcək. Müsabiqənin keçirildiyi bir həftə ərzində burada yarışmada iştirak etmək üçün Bakıya gələcək nümayəndə heyətlərinin üzvləri, müsiqiçilər, KİV nümayəndələri öz asudə vaxtlarını keçirə, dincələ biləcəklər. Müsabiqə iştirakçılarının təhlükəsizliyi, eləcə də, “Eurovision”un keçirildiyi müddətdə paytaxtdakı təhlükəsizlik tədbirlərinə toxunan A.Kərimli, bunun ən yüksək səviyyədə təşkil ediləcəyini bildirib. Bir qədər əvvəl Azərbaycanın Baş naziri Artur Rasizadənin imzası ilə Avropa Yayımlar Birliyinə bu barədə zəmanət məktubunun ünvanlandığını xatırladan natiq, narahatlıq üçün heç bir əsasın olmadığını vurğulayıb. “Eurovision-2012”də ölkəmizi təmsil edəcək namizədin seçimi ilə bağlı məsələyə toxunan İşçi qrupun rəhbəri yaxın günlərdə yarımfinal iştirakçılarının seçiminin başa çatacağını bildirib. Milli finalçını müəyyənləşdirəcək münsiflər heyətinin artıq formalaşdığını xatırladan natiq, üzvlərin müəyyən səbəblərə görə ictimaiyyətdən gizli saxlandığını və onların adlarının yalnız milli final gününün açıqlanacağını deyib.
Adil Kərimli, daha sonra, dünəndən etibarən Bakı Biznes mərkəsində “Eurovision” mahnı müsabiqəsinin mətbuat mərkəzinin fəaliyyətə başladığını, eləcə də, müsabiqənin rəsmi saytının istifadəyə verildiyini deyib. Onun sözlərinə görə, bundan belə istənilən KİV nümayəndəsi www.eurovision.az saytına daxil olmaqla müsabiqənin təşkili, keçirilməsi, görülən hazırlıq işləri, eləcə də, iştirakçılar haqda ətraflı və operativ məlumatlar əldə edə biləcək. Saytda həmçinin, xarici ölkə vətəndaşları üçün ölkəmiz haqda ətraflı məlumat, Bakının mədəniyyət obyektləri, istirahət yerləri, hotellər, hava limanı, nəqliyyat infrastrukturu, metro sxemləri, ölkəyə giriş üçün viza məsələləri ilə bağlı tövsiyələr, eləcə də, digər zəruri məlumatlar yerləşdirilib.
Tədbirin təşkilatçıları, sonda, bir daha Bakıda təşkil olunacaq “Eurovision-2012” mahnı müsabiqəsinin tarixində yaddaqalan bir hadisə olacağına əmin olduqlarını vurğulayıblar.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48

